Hər bir millətin keçmişini simgələyən və qədimliyini əks etdirən tarixi abidələri və dini mənsubiyyətlərini bildirən ibadətgahları vardır. Həmin bu tarixi abidələr və ibadətgahlar hər bir millətin qorumağa çalışdığı və müqəddəs saydığı yerlərdir. Odur ki, nə İslam aləmində, nə də türk kimliyində heç zaman heç bir dini məkanlar və tarixi abidələr məhv edilməmiş, əksinə qorunmağa çalışılmışdır. Bu, istər tarix boyu İslam və türk dövlərləri tərəfindən olsun, istərsə də bugünkü zamanda olsun, qorunmağa çalışılmış faktlardır. Çünki İslam dininə mənsub şəxslər Qurani-Kərimdə zikr olunan “Allahın məscidlərində Onun (Allahın) adının çəkilməsinə maneəçilik törədənlərdən və onların xarab edilməsinə (dağılmasına) çalışanlardan daha zalım kim ola bilər?...” (Bəqərə, 2/114) ayəsinin fərqindədirlər. Bunun üçün də hər hansı bir İslam ölkəsinə diqqət etsəniz orada yaşayan hər bir din mənsubunun ibadət evinə asanlıqla rast gələrsiniz. Əksinə, hər zaman müsəlmanların ibadətgahları, məscidləri, tarixi və mədəni irsləri məhv edilməyə çalışılmışdır.

 

Son bir neçə gündür ki, Azərbaycan və Ermənistan arasında gedən döyüşlər nəticəsində Azərbaycan, Dağlıq Qarabağ ərazisində bir çox tarixi abidələr və ibadətgahlar dağıdılmışdır. İlk olaraq nəzər salası olsaq Ermənistan ordusunun Şuşanı işğal edən zaman məscidi dağıdıb və ərazini xaraba vəziyyətə saldığını diqqətdən qaçırmamalıyıq.

 

Yəqin ki, başa düşdünüz söhbət nədən gedir. Bu yaxınlarda rus televiziyasında yayımlanan kanallardan birində Azərbaycanın xalq yazıçısı Çingiz Abdullayevin qonaq olduğu bir verilişdə Şuşadakı bir kilsənin bombalandığı haqqında sual edildi. Yazıçı orada gözəl cavab verdi. Bu hadisənin hər halda bir təsadüf nəticəsində baş vermiş olduğunu vurğuladı. Bununla birlikdə, onların diqqətini Azərbaycanda var olan məxtəlif dinlərin ibadətxanalarının var oluşuna, onların yenidən bərpasına çəkməyə çalışdı.

 

Bu televiziyanın və ya aparıcıların tərəf saxlamamasını birilərinin bunlara başa salması lazımdır. Bu kimi televiziya kanalları eyni Şuşa şəhərindəki məscidin içərisinə mal-qara doldurularkən hardaydılar görəsən? Niyə susqun düşmüşdülər? Uzaq tarixə getməyə heç ehtiyac da yoxdur. Son bir neçə ildə dünyanın müxtəlif bölgələrində məscidlərə olan hücumlar və törədilən qətllər bu insanların heçmi diqqətini cəlb etmədi? Suriyada, İraqda dağıdılan məscidlərdən, mədrəsələrdən xəbəri olmayan olmaz hər halda.

 

Görəsən doğrudandamı bu cür şəxslərin bu gün İslam dünyasında törədilən təxribatlardan xəbərləri yoxdur? Qüdsdəki Məscidi-Əqsaya müsəlmanların buraxılmadığından doğrudandamı bixəbərdilər? İndi sizlərə sual edirəm, gəlin görək kim təxribat törədir? Bu qədər məscidlər, ibadətxanalar, mədrəsələr dağıdılarkən niyə səsiniz çıxmırdı? Bu, öz gözündə kərəni görməyib, özgə gözündə tük axtarmaqdı.

 

Onu da qeyd edim ki, həmin verilişdə yazıçı dəfələrlə Gəncəyə atılan və qətl edilən  dinc əhalini də dilə gətirdi. Ancaq o movzudan qaçmağa çalışdılar. Çünki onlar Azərbaycan ordusunun haqlı olan torpaq savaşını qəbullana bilmirlər. Öz törətdikləri qətlləri görməyənlər türk dünyasını qatil kimi qələmə vermək istəyirlər. Ancaq dünya bir zaman bu həqiqətləri görəcək.