Səhər oyandığınız andan etibarən axşam yatana qədər etdiklərinizi, qarşılaşdığınız hadisələri və görünüşləri düşünün. Oyandığınızda və aynaya baxdığınızda uzun bir yuxudan sonra təkrar canlanan və sizin heç bir müdaxiləniz olmadan, öz-özlüyündən bütün funksiyalarını əskiksiz yerinə yetirən bədəninizi görərsiniz. Tək bir hüceyrənin çoxalmasından meydana gələn, bu anda da 100 trilyon hüceyrəyə yaxın, simmetrik və estetik bir görünüşə sahib, siz heç fərqində olmadan içində ard-arda yüzlərlə qüsursuz və qarışıq işləmin meydana gəldiyi bədəniniz bir gün əvvəlki halıyla qarşınızdadır. Ancaq insanların çoxu bu gerçəklərin şüurunda olmadan hərəkət edirlər. Səhər oyandığında aynaya baxarkən, ümumiyyətlə, üzünün ümumi görünüşü və ya saçlarının forması xaricində başqa bir şey haqqında düşünməz. Zehnində, ümumiyyətlə, iş, məktəb, ya da gün içində nə edəcəyi xaricində bir düşüncəsi yoxdur. Halbuki əksəriyyətin diqqətindən qaçan gerçək budur: Yəni başlayan yeni bir gün Allaha yönəlmələri, ya da Ona olan yəqinliklərini artırmaları üçün yeni bir fürsətdir. Bəlkə də bu fürsət insana verilmiş olan son bir fürsətdir. Kim bilir, bəlkə də o gün dünyada keçirəcəyi son gündür. Nə yaziq ki, insanların əksəriyyəti özlərinə verilən bu fürsətin fərqində deyillər. Bu səbəblə də, ümumiyyətlə, zehinlərini, Allahı deyil, özlərini, ya da ətrafl arındakı insanları razı salmağı düşünərək və bunun planlarını cızaraq məşğul edirlər. Bu vəziyyəti bir örnəklə açıqlayaq:
Bir bilik yarışması düşünün. Yarışmanı qazanana çox böyük məbləğdə pul verilir. Yarışma sırasında görəsən yarışmaçı necə hərəkət edər? Sualları dinləyib cavablarını düşünmək yerinə ətrafına baxıb əylənər, sualı soruşan aparıcının paltarını, səs tonunu, saçını nəzərdən keçirər, ya da sualın cavabını düşünmək yerinə sabah nə edəcəyini, nə geyinəcəyinimi düşünər? Yoxsa tam tərsi olaraq bu adam böyük bir diqqətlə sualı dinləyər, qısa olan zamanını yaxşı dəyərləndirməyəmi çalısar? Əlbətdə ki, müvəffəq ola bilmək üçün heç bir şeylə maraqlanmaz. Əksinə, əlindəki fürsəti ən gözəl şəkildə dəyərləndirməyə çalışar. Əgər yarışmaçı az əvvəl saydığımız hərəkətlərdə, mənasız davranışlarda olsa, yarışmaçının böyük bir çaşqınlıq, ağılsızlıq, qısası, qəflət içində oldugunu düşünərik.
Ancaq çox insanın içində olduğu qəflət halı verdiyimiz bu nümunədən daha fərqli ölçüdədir. Bu qəflət halı insanların Allahın insanları ona qulluq etmələri üçün yaratdığının şüurunda olmadan Allahın əmr və qadağalarından tamamilə uzaq bir həyat yaşamalarıdır.
Qəflət bütün insanları diqqətli olmadıqları və Allaha könüldən boyun əymədikləri müddətcə təhdid edən çox böyük bir təhlükədir. Çünki qəflətdə olan, ya da qəflətə sürüklənən bir insan Quranda ifadə edilən bütün əmr və qadağalara səmimi bir şəkildə uymadığını, ayrıca hər an qəflətə qapıla biləcəyini, ya da düşünmədiyi müddətcə içində olduğu vəziyyətin fərqində olmaz. Ancaq heç bir insan özünün də qəflətdə ola biləcəyi gerçəyini gözardı etməməli, yəni özünü bu təhlükədən uzaq və etibarda görməməlidir. Çünki Rəbbimiz Quranda “Xeyr, gerçəkdən insan azar. Özünün dövlətli olduğunu gördüyü üçün” (Ələq Surəsi, 6-7) şəklində buyurmuşdur. İnsan ancaq var dövlətdən qaçındığı zaman Quran ayələrini rəhbər edərək öz vəziyyətini təhlil edə bilər. Əskikliklərini və səhvlərini оrtаdаn qаldırаrаq laqeydlik etdiyi qüsurlarını düzəldə bilər. Çünki insanın davamlı qəflət içində qalmasının və qəflətin dərinliyinin gün keçdikcə artmasının ən böyük səbəbi adamın özünü əskiksiz və qüsursuz görməsi, halından məmnun olmasıdır. Bunun üçün edilməsi lazım olan şey isə qəflət təhlükəsinə və şeytanın bu tələsinə qarşı həmişə diqqətli olmaqdır.
HACI BƏKİROĞLU