Səmimiyyətsiz insanlar, ümumiyyətlə, ətraflarındakı insanları aldatmağa çalışar və öz çıxarları üçün fərqli taktikalar istifadə edərlər. Bu insanlar səmimiyyətdən xəbərsiz olaraq yaşamaqdadırlar. Hər zaman səmimiyyətsizlikləri ortaya çıxar və saxta gülüşlər sərgiləyərlər. Bu tiplərdən uzaq durmalı və fitnələrindən qorunmalıyıq.

 

Səmimiyyətsiz insanlar, tez-tez yalan danışarlar və başqalarının müvəffəqiyyətlərini tərifləmək yerinə ona zərər verməyə çalışarlar. Bu davranış insanların özlərinə etibarını itirməsinə, xəyal qırıqlığına səbəb olar.

 

Səmimiyyətsiz insanlar çox vaxt insanların bir-biri ilə olan əlaqələrini, işini, əməkdaşlığını pozmağa qədər gətirib çıxararlar. Hər vaxt öz fikir və mənfəətləri istiqamətində hərəkət etmək istəyən bu kəslər digərlərinin fərqli fikirlərini anlamaz və onlarla uyğunlaşmağa çalışmazlar.

 

Səmimiyyətsiz insanlar ətraflarındakı insanlara nə qədər zərər verdiklərini qavraya bilmədiyi kimi, yarış atlarında olduğu kimi, sadəcə hədəflərinə meyillidirlər. Özlərini düşünərlər, əhəmiyyətli olan digər insanların hissləri və düşüncələri onlara maraqlı olmaz. Bu insanların davranışları davamlı qarşıdurmalar və ya mübahisələr yarada bilər, əlaqələri pozar.

 

Təbii ki, səmimi görünən, amma əslində səmimiyyətsiz insanlarla əlaqədar bir çox yazı mövcuddur. Bu cür insanlarla qarşılaşmaq tez-tez başımıza gəlir. Onların gerçək üzlərini ortaya çıxarmaq və onlardan qorunmaq da mümkündür. Təcrübələrimdən yola çıxaraq bu yazını yazmaq qərarına gəldim və bir neçə maddə şəklində qeyd etmək istəyirəm:

 

1. Hərəkətlərinə, sözlərinə və davranışlarına diqqət yetirin. Səmimiyyətsiz insanlar, ümumiyyətlə, söylədikləri ilə etdikləri arasında ziddiyyət yaşayarlar. Bu səbəblə söylədikləri ilə etdikləri arasındakı əsassızlıqları fərq etməyə çalışın.

 

2. Öz hisslərinizə güvənin. Əgər bir adam sizinlə səmimi bir şəkildə maraqlanmır və ya sizdən yalnız öz mənfəətləri istiqamətində faydalanmağa çalışırsa, bu vəziyyəti fərq etməniz lazımdır. Öz hisslərinizə güvənin və bu cür insanlardan uzaq duraraq araya məsafə qoyun.

 

3. Ünsiyyət qurduğunuz kəsləri diqqətlə dinləyin. Səmimiyyətsiz insanlar çox vaxt özlərini önə çıxarmaq və başqa insanların diqqətini çəkmək üçün danışmağa meyillidirlər. Ancaq həqiqətən səmimi olan insanlar sizi dinləməyi və sizinlə səmimi bir bağ qurmağı seçərlər.

 

4. İlkin qiymətləndirmələrinizi bir kənara buraxın. Bu, sizə səmimiyyətsiz insanları tanımağınızı çətinləşdirə bilər. Bu səbəblə hər kəslə açıq fikirli bir ünsiyyət qurun və onların gerçək niyyətlərini anlamaq üçün gözləyin.

 

Nəticə etibarı ilə, səmimiyyətsiz insanlar cəmiyyətdə ciddi dostluqların, tanışlıqların, qohumluqların ünsiyyət və əlaqələrində bir növ koronavirus rolu oynayaraq uzunmüddətli münasibətlərə məsafələr qoyurlar. Buna görə də insanların gerçək niyyətlərini anlamaq və səmimiyyətsiz insanlardan uzaq durmaq əhəmiyyətlidir. Səmimiyyət cəmiyyətin təməl daşlarından biridir və bu, onun yoxluğu zamanı nə qədər əhəmiyyətli olduğunu açıqca göstərir və münasibətlərimizi bir daha nəzərdən keçirməmizi tələb edərək yolumuzda daha sağlam addımlar atmağımızı nümayiş etdirir.

 

Müəllif: Elsevər Əhmədov