Uca Allah insanı “əşrəfi məxluqat”, yəni məxluqların ən şərəflisi olaraq yaradıb, sonra isə insan ən aşağı səviyyəyə düşürülüb. Necə ki, Allah-Təala “Tin” surəsində bir neçə dəfə and içdikdən sonra buyurur: “...Biz insanı ən gözəl şəkildə yaratdıq. Sonra isə onu aşağıların ən aşağısına düşürdük...” Burada aşağı düşürdük deyərkən yolunu azmış insanlardan söz gedir. İnsan yaradılış şəkli olan ən üstün mərtəbəni əldə tuta bilməsi üçün Allahın qoyduğu qanunlardan kənara çıxmamalıdır. Daim nəfs və şeytanla mücadilə halında olmalıdır.

 

Əgər bu üstünlüyü qoruyaraq İslama uyğun bir şəxsiyyət, islami bir nəsil yetişdirmək istəyiriksə, əvvəlcə özümüzü inkişaf etdirməli, sonra Darül-Erkamlar quracaq gənc nəsilləri yetişdirməliyik ki, səhabələr kimi dinə sahib çıxacaq nəsillər yetişsin. Ancaq islami bir nəsil ola bilmək və yetişdirmək asan deyil. İslami bir nəsil –dinini tanıyan, gözəl əxlaqa sarılan, doğru yoldan çıxmayan, həyatını elmə həsr edən, təqva zirehini geyinən, ixlas ilə yaşayan və ən əhəmiyyətlisi də tək rəbb olaraq Allahı tanıyan bir nəsil deməkdir. 

 

Bütün ölçülərdə yetişmiş və tərbiyə görmüş nümunəvi şəxsiyyətləri (zehni, fəlsəfi və əfsanəvi olaraq deyil) gerçəkdə var olduqları şəkildə tanımaq, bu şəxsiyyətlərə və bu böyük dinə yenidən dönmək deməkdir. İslamın quruluşunda yenilik etmək, yenidən nümunə göstəriləcək bir insan meydana gətirmək və bu bir-birinə qarışmış olan, hər səhifəsi, hər hissəsi bir başqasının əlində olan Kitabı ilk dövrlərində olduğu kimi tam bir ruh olaraq toplamaq deməkdir.

 

Yaxşı, bəs bu ruh nə vaxt ilk günlərindəki halına dönəcək? O ilk günlər ki, iyirmi üç il içərisində vəhşi insanlarla bu dünya arasında sivilizasiya yaratdı, tarixin axış istiqamətini dəyişdi. Bu ruh artıq bir daha var – dövlətini İslam yolunda xərcləyib geriyə nə buraxdın sualına “Allah və Rəsulunu” cavabını verən hz. Əbu Bəkir yetişdirəcəkmi? “Fərat kənarında bir oğlaq itsə (yaxud bir qurd bir qoyunu yesə) qorxuram ki, qiyamət günündə onun belə hesabı məndən soruşular!” deyərək ədalət simvoluna çevrilən hz. Ömər, məclisə girdiyində Rəsulullahın belə özünə çəki düzən verərək hörmət etdiyi, həya abidəsi hz. Osman, həm cəngavərliyi, həm də üstün biliyi ilə dillərə dastan olan, peyğəmbərin elm şəhərinin qapısı olaraq adlandırdığı hz. Əli yetişdirəcəkmi? Yarı vəhşi, oxuması-yazması olmayan, nəinki dünyadan, öz ölkəsindən belə xəbəri olmayan bir adamdan bir Əbu Zər Qıffari yetişdirəcəkmi? İnsanı, bütün insanlığı xoşbəxtliyə aparan yolda ilham qaynağı və məzlum xalqların ümidi olan bu ruh nə vaxt belə bir dəyişiklik edəcək?

 

Orta əsrlər tarixinin qaranlıqlarında bölünmüş olan bu bədəni yenidən birləşdirək. Birləşdirək ki, bu ruh əsl bədəninə dönsün və yuxuya dalmış bu bədən həzrəti İsrafilin üfürülmüş suru kimi iyirmi birinci əsrin ölmüş cəmiyyətlərinə həyat versin, onları hərəkətə gətirsin.

 

Təqvanı qazanmaq, nəfsi təmizləmək və özünü islah etmək, künclərə çəkilib, cəmiyyətdən qoparaq cəmiyyətin qədərindən qafil qalmaqla və ictimai məsuliyyəti unutmaqla olmaz. İslam bunu istəmir, qətiliklə istəmir. İnancımız, düşüncə tərzimiz və bu inancla yetişən insanlar bunu təsdiqləmirlər. İslamın yetişdirdiyi və tərbiyə etdiyi böyük insanlar da belə deyildilər.

 

Müsəlman bir insan xalqın qədərindən və düşüncə formasından Allah qatında məsuldur. Fikri, ictimai və gündəlik bir məsuliyyətdir bu, yaxşılığı əmr edib, pislikdən çəkindirmə məsuliyyətidir.

 

Əgər cəmiyyətimizin alın yazısını ağartmaq istəyiriksə, bu ümməti oyandırmaq və ölmüş cəsədinə yenidən ruh vermək niyyətindəyiksə dini ruhu canlandırmaqdan başqa çarəmiz yoxdur. İslamı içinə soxulan xurafatlardan, səhv inanclardan və mürtəce fikirlərdən təmizləyərək, müstəmləkəçiliyin girdiyi yolun tam tərsi bir istiqamətə aldığımızda vəzifəmizi bacarmamaq üçün heç bir səbəb qalmayacaq.

 

Hacı BƏKİROĞLU