İnsan həyatını davam etdirə bilməsi üçün insanlarla həm maddi, həm də mənəvi baxımdan qarşılıqlı əlaqə içərisində olmağa möhtacdır. Yəni ictimai münasibətlər qurmaq məcburiyyətindədir. Bu səbəblə də dinimiz cəmiyyət olaraq bir yerdə yaşamağı asanlaşdıracaq ərdəmlər və çəkinilməsi lazım olan bəzi qaydalar tətbiq etmişdir. Bu qaydalara görə, insanın özü qədər başqalarını da diqqətə alması, sərhədlərinin fərqində olması və cəmiyyət içərisində ona görə hərəkət etməsi lazımdır. İslam dininin gətirmiş olduğu bu qaydalarda biri, hətta ən əhəmiyyətlilərindən biri də qul haqqıdır. Qul haqqı maddi olduğu kimi, mənəvi yöndən də ola bilər. Hz. Peyğəmbərin “Allahın hüzuruna heç kimə haqsızlıq etmədən çıxmağı ümid edirəm” (Ebu Davud, Büyu, 49) diləyi qul haqqı mövzusunda əhəmiyyətli bir xəbərdarlıq xüsusiyyətindədir. Yuxarıda da vurğuladığımız kimi, bizlər sosial bir varlığıq və cəmiyyət şəklində yaşayırıq. Bu vəziyyətdə insanın xətası qaçılmazdır. Ancaq bəzi hallar da vardır ki, bilərəkdən bu haqları pozuruq. Məsələn, ticarət əsnasında çəkidə az çəkirik, ölçüdə qısa ölçürük, və ya ödənişi az ödəyirik. Bəzən də malı dəyərindən baha qiymətə satmağa çalışırıq. Bunlar qul haqqına girməkdir. Bir mağazada, aptekdə, dayanacaqda başqasının sırasını qəsb edərək onun yerinə keçmək də qul haqqıdır. İşçinin ödənişini kəsmək və ya vaxtında verməmək yenə bir haqq pozuntusudur. Ödənişlə verdiyimiz bir dərsin saatını doldurmadan dərsə son vermək ödəniş sahibinin haqqını yeməkdir. Bir şagirdə layiq olduğu qeydi göstərməmək haqsızlıqdır. Qonşumuzu səs-küylə narahat etmək, birinin dedi-qodusunu etmək də qul haqqını pozmaqdır.
Bir gün Allah Rəsulu səhabələrindən: “Müflis kimdir, bilirsinizmi?” deyə soruşur. Səhabələrdən bəziləri: “Bizim aramızda müflis pulunu və malını itirən kimsədir” deyirlər. Bunun üzərinə Rasulullah (s.ə.s.) buyurur ki: “Şübhəsiz ki, ümmətimin müflisi qiyamət günü namaz, oruc və zəkat savablarıyla gələr. Lakin ona-buna söymüş, kimilərinə zina böhtanı etmişdir. Bəzi kəslərin malını yeyib, bəzilərinin qanını tökmüşdür. Kimilərini də döymüşdür. Belə birinin yaxşılıqlarının savabları haqq sahiblərinə verilincə üzərindəki qul haqları bitmədən savabları bitər. Bu səfər haqq sahiblərinin günahları özünə yüklənərək cəhənnəmə atılar. Bax müflis budur” (Müslim, Birr, 59).
Bu hədis başda yaxın əlaqə içində olduğumuz ailəmiz, qohumlarımız və qonşularımız olmaq üzrə din qardaşlarımıza və insanlığa qarşı məsuliyyətlərimizi yerinə yetirərkən göstərməyimiz lazım olan həssaslığı bizə xatırlatmaqdadır.
Qul haqqı mövzusundakı həssaslıqlar dünya həyatıdakı hüzuru təmin etdiyi kimi, axirət xoşbəxtliyinin də təminatıdır. Əliylə, diliylə, gözüylə və sözləriylə başqalarını incitməyin qul haqqına girmək olduğunu bilən əlinə, dilinə, gözünə və könlünə sahib olar. Başqalarını narahat etmədən əlindəki imkanları istifadə edə bilmə bacarığı bu həssaslığı qazanmağa bağlıdır. Çünki etdiklərinin başqalarını incidəcəyini düşünməyən kimsə asanlıqla qul haqqına girər.
Sevimli Peyğəmbərimiz Hz. Məhəmməd (s.ə.s.) bu mövzudakı digər bir hədisində də qul haqqını belə izah etməkdədir: “Üzərində qul haqqı olan, ölmədən əvvəl ödəyib halallaşsan! Çünki axirətdə qızılın, malın dəyəri olmaz. O gün haqq ödənənə qədər öz savablarından alınar, savabları olmazsa haqq sahibinin günahları buna yüklənər” (Buxari, Rikak, 48).
Çox diqqət göstərməyimizə baxmayaraq bir insanın haqqına girmişiksə o insana haqlarını qaytararaq halallaşmağımız, heç bir dünya nemətinin fayda verməyəcəyi hesab günü gəlmədən əvvəl edə biləcəyimiz ən uyğun davranış olacaq.
Hacı BƏKİROĞLU