Cəmiyyətdə əksəriyyətin həyat şəklinin və tətbiq etdikləri qaydaların doğru olduğu kimi bir inanış şəkli hakimdir. Sanki bir dindir bu yaşanan. Bu dinin mənsublarının cəmiyyətin əksəriyyətini təşkil etməsi digər insanları da səhv istiqamətləndirir. Halbuki Quran bizə “…Ancaq insanların əksəriyyəti inanmazlar” (Hud, 17) ayəsiylə əksəriyyətin səhv yolda olduğunu xəbər verir.

 

Quran əxlaqını gerçək mənada qavramamış olan kəslərə görə Allahın buyruqları xaricində də insanların uyması lazım olan bəzi qaydalar vardır. İnsan ictimai bir fərd olduğuna görə bu qaydalara uymaq məcburiyyətindədir. Cəmiyyət fərdlərinin məmnuniyyəti əhəmiyyətlidir və “insanlar nə deyər, nə fikirləşər, mənim haqqımda belə düşünməsinlər, belə danışmasınlar” kimi düşüncələr narahatlıq səbəbidir.

 

Quranda cahiliyyə olaraq təyin olunan bu cəmiyyətin fərdləri təhsilli, karyera sahibi kəslər də olsalar Allahın qüdrətini və böyüklüyünü tanıya biləcək ağıl və vicdana sahib deyildirlər. İnsanların çoxunun bu cahil quruluşda olması və digərlərinin də bu əksəriyyətin davranışlarını meyar almaları bütün cəmiyyətin cəhalət bataqlığında yaşamasına səbəb olar.

 

“Yer üzündə olanların əksəriyyətinə uyacaq olsan səni Allahın yolundan sapdırarlar. Onlar ancaq zənndən başqa bir şeyə tabe olmazlar, yalandan başqa bir söz də danışmazlar” (Ənam, 116) ayəsiylə bildirildiyi kimi, bu kəslər zənn və təxminlə hərəkət edərlər və insanları Allahın yolundan azdıraraq öz azğın yollarına çəkərlər.

 

Fərqli yollara düşənlər özləri kimi acizlik içindəki insanlara tabe olar, onların fikirlərini doğru olaraq qəbul edərlər. Vicdanlarını istifadə etmədikləri üçün zamanla eşitməyən və görməyən kəslər halına gəlirlər. Ayədəki ifadəylə bu kəslər “...kardırlar, dilsizdirlər, kordurlar. Bu səbəblə də onlar geri dönməzlər” (Bəqərə, 18).

 

Quran əxlaqını səmimi olaraq yaşamağa çalışan insanlar üçün gerçək meyar öz vicdanlarıdır. Vicdanı qəbul etmədiyi halda insanlar tərəfindən qınanmaqdan qorxaraq əksəriyyətin məntiqini qəbul etmək böyük yanlışlıqdır. Vicdan insanı doğruya istiqamətləndirən səsdir. Adamın cəmiyyət tərəfindən qınanmaqdan qorxması və vicdanının işarə etdiyi doğrulardan qaçınması son dərəcə ağılsızca bir davranışdır.

 

Ürəkdən Allaha yaxın olmaq istəyən insan vicdanını istifadə edər; əks halda isə şeytanın və nəfsin qulu olar. Vicdanının önünə “əksəriyyət belə etdiyinə görə doğru olan budur” məntiqiylə sədd çəkən adam yanılmışdır. İnsanların məmnuniyyətini, əhəmiyyət verməsini gözləyən və qınamalarından çəkinən insan Quran əxlaqını yaşamaqda çətinlik çəkər.

 

Quran yolunu azanları “alçaldılmış”, səmimi iman sahiblərinin isə “üstün” olduğu gerçəyini vurğulayır. Quranın işığında yaşamağı seçən insan əksəriyyətin yaşadığı çətinlik və qaranlıqdan xilas olar; Allahın diləməsiylə işıqlığa və gözəlliklərə çatar.

 

İnsanların çoxu, iman etməmiş olsalar da, vicdan baxımından islamın doğruluğuna qənaət gətirirlər. Ancaq iman etmək fərqlidir, insanı fərqli qılar. Mömin həyatını islama, Qurana, Allaha həsr edər. Həyatın ictimai yönlərini arxa plana alar.

 

Allahı haqqıyla sevmək çox əhəmiyyət daşıyarkən əksəriyyətin bunu edə bilməməsi çox böyük haqsızlıqdır, vicdansızlıqdır. Həqiqətən insan “zalım və cahil”dir.

 

Allahın razılığı xaricində bir həyat tərzini mənimsəmək və əksəriyyətə uyğun gəlmə məntiqi insana qazanc deyil, böyük zərər gətirər. Din əxlaqından uzaq yaşayan kəslər, mənfəət uğrunda gedən döyüşlərin və düşmənliklərin yaşandığı bir cəmiyyət meydana gətirərlər. Yaşadıqları narahatlıq isə axirətdə onları gözləyən əzabın başlanğıcıdır.

 

“…İşdə onlar buna (Qurana) inanarlar. Qruplardan biri onu inkar etsə, atəş ona vəd edilən yerdir. Elə isə, bundan şübhən olmasın, çünki o, Rəbbindən olan bir haqqdır. Ancaq insanların əksəriyyəti inanmazlar”  (Hud, 17).

 

Müəllif: Hacı Bəkiroğlu