2025-ci ildə Gürcüstanın təhsil sektoruna qoyulan ümumi birbaşa xarici investisiyalar 11,6 milyon ABŞ dolları təşkil edib. Ötən il bu sektorda bir neçə ölkədən birbaşa xarici investisiyalar qeydə alınıb. Bununla belə, ən böyük beş investor ölkə arasında ABŞ birinci yerdə qərarlaşıb. Beşliyə Almaniya, Türkiyə, Rusiya və Birləşmiş Krallıq daxildir.
“Yeni Yol” “bm.ge” saytına istinadən xəbər verir ki, Gürcüstan Milli Statistika Xidmətinin ilkin məlumatlarına əsasən, TOP-5 investor ölkə tərəfindən 2025-ci ildə təhsil sektoruna aşağıdakı həcmdə investisiya yatırılıb:
ABŞ – 5,9 milyon ABŞ dolları;
Almaniya – 3,2 milyon ABŞ dolları;
Türkiyə – 1,4 milyon ABŞ dolları;
Rusiya – 221 100 ABŞ dolları;
Birləşmiş Krallıq – 180 800 ABŞ dolları.
Qeyd etmək lazımdır ki, 2025-ci ildə təhsil sektorunda 17,9 milyon ABŞ dolları həcmində birbaşa xarici investisiyalar qeydə alınmışdı ki, bu da 2024-cü illə müqayisədə 6 milyon ABŞ dolları çoxdur. Əsas investor ölkələr demək olar ki, eyni idi.
Məlumat üçün bildirək ki, ötən il ümumi xarici investisiyalar 7,6 % artaraq 1,68 milyard dollara çatıb. Ölkələr üzrə Gürcüstana ən çox investisiya Birləşmiş Krallıqdan daxil olub ki, bu da 334 milyon dollar təşkil edir. Bu, Gürcüstanın ən böyük maliyyə institutlarının hüquqi olaraq Böyük Britaniyada qeydiyyatdan keçməsi və onların əməliyyatlarının Milli Statistika Xidməti tərəfindən birbaşa xarici investisiyalar kimi qeydə alınması ilə bağlıdır. Bunu nəzərə alaraq, sektorlar üzrə maliyyə sektoru 607 milyon dollarla məhz birinci yeri tutur. Təhsil sektoru isə doqquzuncu yerdə qərarlaşıb.
2025-ci ildə ən çox xarici investisiya qoyulan sektorlar:
Maliyyə və sığorta fəaliyyəti – 607 milyon dollar, artım 5 %;
Daşınmaz əmlak – 185,7 milyon dollar, artım 2 %;
Nəqliyyat – 166,1 milyon dollar, artım 58 %;
Emal sənayesi – 161,3 milyon dollar, azalma 12 %;
İnformasiya və rabitə – 115,2 milyon dollar, artım 77 %;
Tikinti – 95,7 milyon dollar, artım 555 %;
Ticarət – 52,1 milyon dollar, azalma 68 %;
İncəsənət, əyləncə və istirahət – 49,7 milyon dollar, artım 78 %;
Təhsil – 11,7 milyon dollar, azalma 35 %;
Kənd təsərrüfatı – 4,2 milyon dollar, azalma 158 %;
Digər sektorlar – 239,9 milyon dollar, artım 1 %.