İyunun 2-də Tbilisidə “İqlim diplomatiyası: COP29 mirası” mövzusunda keçirilən konfransla əlaqədar Gürcüstanda səfərdə olan Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Ceyhun Məmmədov, "Azərbaycan-Türkiyə Qida Təhlükəsizliyi" İctimai Birliyinin sədri Məhsəti Hüseynova, "Gənclərin Töhfəsi" İctimai Birliyinin sədri Asim Vəliyev və "Gənclərin Töhfəsi" İctimai Birliyinin idarə heyətinin üzvü, ekoloq Mirsirac Siraclı bu gün Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Təşkilatının Rustavidəki mərkəzi ofisində olublar.

 

"Yeni Yol" xəbər verir ki, Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Təşkilatının sədri Musa Hacıyev qonaqları salamladıqdan sonra təşkilatın fəaliyyəti haqqında məlumat verib. Görüşdə həmçinin Gürcüstanda və Azərbaycanda fəaliyyət göstərən təşkilatların fəaliyyətləri mövzusunda fikir mübadiləsi və müzakirəsi baş tutub.

 

Qeyd edək ki, görüşdə Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Təşkilatının mətbuat və nəşriyyat şöbəsindən məsul şəxs Hacı Bəkiroğlu, təhsil koordinatoru Tural Qasımov, "Yeni Yol" qəzetinin redaktoru Azər Musaoğlu, təşkilatın əməkdaşları Binəli İslamoğlu, Rufin Şərəfi və təşkilatın nəzdində fəaliyyət göstərən Tbilisi Tələbə Yataqxanasının sədri Hüseyn Əskərov da iştirak ediblər.