Uşağa qarşı zorakılıq şübhəsi olduğu halda hərəkət etmək üçün metodologiya sənədində bu zorakılığın nədən ibarət olduğu qeyd edilib. Həmin sənədin ictimai müzakirəsi mayın 17-nə planlaşdırılıb.
Sənəddə uşaq hüquqları və azadlıqlarının pozulmasına biganə yanaşmaq; uşağa qarşı fiziki, psixoloji, iqtisadi və cinsi zorakılıq haqqında söhbət gedir.
Uşağa qarşı zorakılığın aşağıdakı formaları mövcuddur:
• Fiziki zorakılıq – döymək, işgəncə vermək, sağlamlığa ziyan vurmaq, qanunsuz azadlıqdan məhrum etmək və ya fiziki ağrıya, şiddətə səbəb olacaq hərəkətlər. Uşağın sağlamlığına ziyan dəyməsinə, yaxud ölümünə səbəb olan, sağlamlıq vəziyyəti ilə əlaqədar tələblərin təmin edilməməsi, məsələn, əl qaldırmaq, saçından dartıb sürümək və s.
• Cinsi zorakılıq – uşağa zor tətbiq edərək hədələmək və ya qurbanın çarəsizliyindən istifadə etməklə cinsi əlaqə qurmaq. Uşağa qarşı cinsi xarakter daşıyan başqa hərəkət və ya əxlaqsız davranışlar. Məsələn, uşağa cinsi məzmunlu məlumat vermək, pornoqrafiya materialları göstərmək.
• Psixoloji zorakılıq – uşağın hörmət və ləyaqətinin təhqir edilməsinə, qorxudulmasına səbəb olacaq təhqir, şantaj, alçaltmaq, hədələmək. Məsələn, uşağı təhqiredici adlarla çağırmaq, uşağın gözü qarşısında böyüklərin mübahisəsi.
• İqtisadi zorakılıq – qida, yaşayış yeri və digər normal inkişaf şərtləri ilə təmin etmənin, əmlak, əmək hüquqlarının, eləcə də ortaq əmlaka daxil olan mülkdən istifadənin, məxsus olan hissənin başqasına istifadəyə verilməsi hüququnun məhdudlaşdırılmasının həyata keçrilməsinə səbəb olacaq hərəkət. Məsələn, valideynlərin/qanuni nümayəndələrin uşağın qidalanmasının qayğısına qalmaması.
• Məcburiyyət – uşağın hansısa hərəkəti həyata keçirib-keçirməməsinə, yaxud çəkinməsinə, öz istəyinə qarşı çıxmasına fiziki və ya psixoloji məcbur edilməsi. Buraya məcburi evlilik, ictimaiyyətə qarşı fəaliyyətə qoşulmaq, yaxud iştirak etmək, zərərli maddələrdən istifadə etmək, dilənmək, eləcə də uşağın əmək fəaliyyətinə qoşulması, onun əsas hüquqlarının məhdudlaşdırılmasına (təhsil, sağlam fiziki və mental inkişaf) səbəb olan xırda ticarət də daxildir. Uşağın işləməsi nəticəsində əldə olunan məbləğin bütövlükdə və ya qismən mənimsənilməsi məcburiyyət hesab olunur. Məsələn, uşağın dilənməyə qoşulması.
• Biganəlik – doğumun qeydiyyatı, yaxud uşağın doğum şəhadətnaməsinin qaydaya salınması üçün valideyn/valideynlər, digər qanuni nümayəndələr və ya məsuliyyət daşıyan şəxs tərəfindən uşağın fiziki (həmçinin qida, gigiyena), psixoloji ehtiyaclarının təmin edilməməsi, əsas təhsil hüququnun məhdudlaşdırılması, təhlükədən qorunmaması.
Həmçinin tibbi və başqa xidmətlərdən yararlanmaq üçün mühüm fəaliyyətlərin həyata keçirilməsi. Əgər valideynin (valideynlərin), digər qanuni nümayəndənin və ya başqa məsuliyyətli şəxsin müvafiq məlumatı, imkanı varsa, müvafiq xidmət onlara əlçatandırsa. Məsələn, valideyn/qanuni nümayəndə xəstəlik zamanı uşağa tibbi xidmət göstərilməsinin qayğısına qalmır; valideyn/qanuni nümayəndə uşağı daim bağçaya səliqəsiz, çirkli və ya mövsümə uyğun olmayan geyimdə aparır; bağçaya qeyri-müntəzəm şəkildə aparır, yaxud onu bağçadan götürməyi unudur.
Zorakılıq kombinasiya şəklində ola bilər, zorakılığın bir neçə formasını birləşdirə bilər və əksər hallarda məhz bu formada olur. Məsələn, psixoloji zorakılıq, demək olar, həmişə fiziki və cinsi zorakılıqla yanaşı mövcuddur.
Mənbə: etaloni.ge