(əvvəli burada)
***
Gülüşün estetikasından danışarkən yumoru, daha doğrusu, sarkazmın ağuşunda yaranan satiranı da unutmaq olmaz. Odur ki, türk folklorunda çox rast gəlinən, daşqalaq mənasını verən şeirin nümunələri “taşlamalar”a bir neçə sözlə toxunmalıyıq. “Daşqalaq” adı artıq öz-özlüyündə bu şeirlərin müəllifinin niyyətindən xəbər verir. Bu, artıq xoş əhval-ruhiyəli, əfvedici yumor deyil, məqsəd dinləyicini və ya oxucunu güldürmək olmayanda, artıq amansız sarkazmdır, amma artıq daşdan tikilmiş sarkofaqdır ki (Qədim xalqlarda daş tabut – Tətcüməçi), orada da basdırılmış yaramazlıqları ələ salırlar. Bu, gülüşün lənətə çevrildiyi, pərişan və işgəncəyə məruz qalmış xalqın öz zalımlarına və onun təxəyyülündə pisliyə bərabər tutulan neqativ hadisələri tozlandırdığı reallıqdır. Bir sözlə, bu janrda təsvir olunan reallıq lupa vasitəsilə görünür və heç də nadir hallarda deyil, şişirdilir və təhrif edilir.
İlk növbədə türk xalqı “Kimin igid və qəhrəman olmasının bəlli olmadığı keşməkeşli dövrlərdən danışır. Hər kəs öz dərdinə çarə axtarır, lakin nə dərd, nə onun dərmanı məlumdur” (Yücebaşı H., Hiciv Edebiyatı Antölöjisi, İst., 1955, s. 122). Dünyanın sonu gəldi, nəcabətlilik göyə çəkildi, itdi. “Gücü olan əzabkeşi talan edir” (Elə orada, səh. 122). Bütün ölkəni zorakılıq və zülm bürüdü, ədalətin qızıl güllərini solduran despotizm hökm sürdü:
“Adalet kalmadı hep zulum doldu,
Getdi bu baharın gülləri soldu.
Dünyanın gedişi acaib oldu.
Koyun belli degil, kurt belli degil” (Elə orada, səh. 122).
Bu ağır, dözülməz durum insanın başını qarışdırır, ağrıdan yanır, çünki onun artıq nə yaylağı var, nə də yurdu!
“Başım ayık degil kederden, yastan,
Ah ettikce duman çıkıyor baştan,
Haraba yüz tuttu bizim Gülüstan,
Yayla belli degil, yurt belli degil” (Elə orada, səh. 123).
Dünyada hökm sürən haqsızlıq hamını, xüsusən də savadlı insanları sıxışdırıb: “Zülmə düçar olmayan bircə savadlını da görə bilməzsiniz. Ədalət bəkməzinin kuzəsi haqsızlıq sirkəsi ilə kip bağlayıb” (Elə orada, səh. 129).
Amma haqsızlıqdan dərd-qəmə düçar olmuş insanlar, mövcud bədbəxtliyin irin qarışıq pəstən gülərək ifşa olunmasına məgər inanırlar. O, bu zülmətdən, haqsızlığın qiyam və dumanından xilas olmaq üçün mübarizə aparır, bədbəxtliyinin səbəbkarı hesab etdiyi obyektlərə amansız kinayə ilə hücum edir. Hətta son dərəcə nəcib, çox səbirli və itaətkar bir insana da (A.Stenin) səbir kasası daşmış, artıq istehza konkret bir şəxsə ünvanlanmış və təbii ki, onun kinayəsi daha konkret xarakter almışdır.
“Sana bir destan söyliyem,
Şaşarsın Seyyit efendi.
İntizar bilmem ki, diyem,
Şişersin Seyyit efendi” (Elə orada, səh. 116).
Satirik şeirin bu bəndi ilə sanki öz hücum obyektini dinləməyə hazırlayır, sonra isə aşkarlamağa başlayır: Biz sənin atanı heç nə hesab edirdik, ancaq öz qazdığın çuxura düşsən, ayısan, deyir. Sonra tədricən onun şəxsiyyətini həkk edir: Sən ağa yanında qul idin, əlinə bir qaz keçirdin, rahatlıqla onu çirkləndirdin, beləcə şeytana çevrildin və beləcə qaldın. Allah köməyin olsun, yaşa, – deyərək öz lənətlənmiş obyektinə – Seyid bəyə ümid verir (Elə orada, səh. 116).
Düşündürücü haldır ki, bu satirik şeir konkret bir şəxs barədə – Seyid Əfəndi barədə el şairi yaradıb. Amma xalqın şüurunda o, kəndlinin rəğbətinə layiq olmayan zalım və ədalətsiz, dələduzluq yolu ilə hökmran olan zənginin ümumiləşdirilmiş simasıdır. Üstəlik, kasıbın varlıya, başqa cür desək, kəndlinin ağasına olan nifrəti burada açıq-aydın görünür ki, bu da şəffaf, amansız kinayə ilə tökülür, ən əsası isə səmimiyyətdən doğan bu şəffaflıq və sadəlikdir, ona estetik cazibə və emosional təsir bəxş edir ki, bu da xalq poeziyasının ümumi xüsusiyyətidir.
Ümumiyyətlə, insanlar dünyada hökm sürən haqsızlığı, nizamsızlığı ən çox həssaslıqla dərk edir. Və bu iyrəncliyi silah gücü ilə aradan qaldıra bilmədiyi təqdirdə, bir qayda olaraq, gülüş və istehzaya müraciət edir, onun vasitəsilə də mənəvi qələbə qazanır, onu məğlub edir. Mənfur obyekt üzərində belə bir mənəvi qələbə, müəyyən bir vəziyyətdə, güc tədbiq etməyə nisbətən daha güclü və nəticəlidir!
Belə ki, xalqın həssas və iti gözü mürəkkəb həyatın adi gözlə görünməyən ən dərin qatlarına çatır, mövcud pisliyə nəzər yetirir və “qədlənməmiş” gülüşlə daşqalaq etməyə cəhd göstərir.
Hər şeydən öncə, özünü olmayan kimi göstərən yalançı və riyakar insanın şəxsiyyəti qınanır:
“Ben senin aslından aldım haberi,
Aşiqlik bilmezsin, denirlenirsin,
Nafile söyleyib usta eşari,
Gedib de üst yana şahbarlanırsın” (Elə orada, səh. 116).
Bu tip insanlar məktəbdə ancaq onu öyrəniblər ki, “Zərif toxunmuşu qalın toxusunlar və qəhvəxanada dələduzluq etsinlər” (Elə orada, səh. 117). Bir sözlə, əlləri müqəddəs su çilənərək təmiz olmayan palçıqda əlləşirlər. Ona görə də Aşıq (Dərdli) insanları Allahın gic bəndələrinə qulaq asmamağa çağırır, çünki onlar o qədər dələduz və lovğadırlar, din sahəsində elə mənfəət güdürlər ki, insanlar Qurani-Kərimə inamını itirib, onun verdiyi ayinlərdən əl götürüblər. Zira, Allahın bəndələri özləri bu ayinlərin yerinə yetirilməsinə hörmət etmirlər: “Dəstəmaz alsan, sənə yerinə yetir deməz, namaz qılsan, sənə namaz qıl deməz, qazi kimi haram şey yemə, onlar arasında şeytan hansıdır?” (Elə orada, səh. 117). Buna nə səbəb oldu və şeytan harada yuva qurdu? Ürəyi parçalanmış Aşiq oxuyur. Görünüşünə görə digərlərindən fərqlənmədiyi üçün onu tapmaq çətindir.
“Derdli kimi sarıksızdır,
Ayağı da çarıksızdır.
Buynuzu yok, kuyruksuzdur
Şeytan bunun neresinde?” (Elə orada, səh. 117).
Oxucu və ya dinləyici bu sualı təkrarlamaqla yaramaz şeytanın harada gizləndiyini asanlıqla başa düşə bilər, çünki bu, özünü Allahın xidmətçisi kimi göstərən cəmiyyətdir!
(davamı burada)
Müəllif: Elizbar CAVELİDZE
Gürcü dilindən tərcümə etdi:
Mirzə MƏMMƏDOĞLU