Milli Statistika İdarəsinin məlumatına görə, 2025-ci ildə Gürcüstanda cəmi 22767 məhkum olub ki, bu da tarixi maksimumdur.
Milli Statistika İdarəsinin 2001-ci ildən bəri apardığı araşdırmaya əsasən, 2025-ci il penitensiar sistemdə rekord sayda şəxs qeydə alınıb ki, bu da 2024-cü ilə nisbətən 25,5 % artım deməkdir.
2025-ci ildə cinayət növlərinə görə say göstəriciləri belə olub:
• Qəsdən adam öldürmə: 53;
• Ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə: 56;
• Sağlamlığa qəsdən ağır zərər vurma: 158;
• Zorlama: 45;
• Soyğunçuluq: 279;
• Quldurluq: 83;
• Oğurluq: 3208;
• Narkotik cinayətləri: 5322;
• Xuliqanlıq: 98;
• Nəqliyyatın hərəkət təhlükəsizliyi və ya istismarı qaydalarının pozulması: 733;
• Digər cinayətlər: 12732.
İllərə görə Gürcüstanda məhbusların sayı aşağıdakı kimidir:
• 2025-ci il – 22767 məhbus;
• 2024-cü il – 16961 məhbus;
• 2023-cü il – 18547 məhbus;
• 2022-ci il – 18850 məhbus;
• 2021-ci il – 15412 məhbus;
• 2020-ci il – 12 980 məhbus;
• 2019-cu il – 16748 məhbus;
• 2018-ci il – 15846 məhbus;
• 2017-ci il – 14517 məhbus;
• 2016-cı il – 15640 məhbus;
• 2015-ci il – 15139 məhbus;
• 2014-cü il – 16776 məhbus;
• 2013-cü il – 15166 məhbus;
• 2012-ci il – 10922 məhbus;
• 2011-ci il – 18153 məhbus;
• 2010-cu il – 19940 məhbus;
• 2009-cu il – 18354 məhbus;
• 2008-ci il – 20804 məhbus;
• 2007-ci il – 21170 məhbus;
• 2006-cı il – 16911 məhbus;
• 2005-ci il – 9168 məhbus;
• 2004-cü il – 9071 məhbus;
• 2003-cü il – 8110 məhbus;
• 2002-ci il – 8579 məhbus;
• 2001-ci il – 8 897 məhbus.
Qeyd etmək lazımdır ki, son məlumatlara görə, hər 100000 nəfər əhaliyə düşən məhbus sayına görə Gürcüstan Avropa Şurasının 46 ölkəsi arasında ikinci yerdədir. Bütün ölkələr arasında siyahıya hər 100000 nəfərə 408 məhbusla Türkiyə liderlik edir, Gürcüstan isə 236,6 məhbusla ikinci yerdədir. Bu 2024-cü ilin məlumatlarıdır. 2025-ci ilin məlumatları isə iyun ayında dərc olunacaq.
Mənbə: bm.ge