(əvvəli burada)

 

Qalaktioninin üçüncü arvadı 10 dəfə abort etdirmiş Nino Kvirikadze idi. Nino ilə Qalaktion 1916-cı ildə tanış olmuş və onu çox bəyənmişdi, lakin 1918-ci ildə Nino Dimel David Ebanoidze ilə evləndi. General D.Ebanoidze 1937-ci ildə güllələndi və Nino Kvirikadze dul qaldı və generaldan iki uşağı – bir oğlan və bir qız qaldı. Bu hadisədən 4 il sonra Qalaktionun ilk arvadı da güllələndi. Olqanın güllələnməsindən 2 il sonra, 1943-cü ildə Qalaktion Nino Kvirikadze ilə evləndi. Onlar 16 il birlikdə yaşadılar. Uşaqları olmadı. Nino Kvirikadze Qalaktionun rəsmi arvadı kimi dövlət hesabına dəfn edildi.

 

 

Qalaktionun gündəliyi – 631-8-(tarixsiz):

 

“Qrup ilk turda uduzdu. Olqa Yuriyevna qalmaqallı şəkildə mənzilimdən qaçmağa məcbur oldu. Ona güvənənlər (İ.Abaşidze və başqaları) boşda qaldılar. Onlar fərqli bir yol seçməli oldular.

 

Besiki meydanının yaxınlığındakı Mtatsmindada Nino yaşayır və o, mənim “Meri” adlı şeirimi onun barəsində yazıldığını yayır (xuliqanlıq bundan daha uzağa gedə bilməz). Onlar bu xaosdan istifadə edərək mənimlə yaşamaq üçün mənzilimə girməsini tələb etdilər. Macəraçı qadın bunu bacardı. O, üz-üzə mənzilimə girdi və mən ondan heç cür qurtula bilmədim. On dəfə abort etdirdi, bir oğlu, bir qızı var: Dutu və Nunu. Hər ikisi də başıma əməl açdılar. Dutu mənim yemək kartımı götürdü və üç ildir ki, istifadə edir; Nunu hələ də nahar yeməyi və şam yeməyi üçün bizimlədir və loxmanı əldən alır. Bu hələ heç nədir. Evi tamamilə boşaltdılar: Evimdən ayaqqabı, alt paltarı, kostyum və bir çox başqa xırda şeylər oğurlayıblar. Mənim köməyimlə Ninanın qardaşı torpaq alıb və onu becərir – Bağdadda. Əvvəlcə akademiyadan götürülmüş “payok”u hələ evinə aparacaq və axşam yanıma gələcək... Mənim xəstəliyim dövründə mənzilinə yorğan və bir çox başqa şeylər daşıyıb. Hər şeyi necə sadalayacağımı bilmirəm – bu qadının hansı iyrəncliklər etdiyini. Böyük sevgidən yanıma gəldiyini iddia edir, amma, əslində, vicdanı xəyanətə uğramış, abırını itirmiş və tamamilə vicdansız bir insandır. Onu qrup göndərdiyini haradan bilirəm?”

 

 

Qalaktion üçüncü həyat yoldaşı – Nino Kvirikadze haqqında danışır:

 

“Mənim kneynam (Nino) günortadan bəri əsəblərimi pozurdu. Öz-özümə düşünürəm. Görəsən, necə bir şey edə bilirəm.

 

Tramvayda kimsə icazəsiz qarşımızda dayanmağa cəsarət etdiyi üçün dava saldı. Kassada, birbaşa getmədiyimiz üçün, univermaqda dava saldı, çünki satıcı təsadüfən limonad əvəzinə pivə açdı: Əsəbiləşdi və mağazadan qaçdı, sonra yolda mənə çatdı və qışqırdı: Deməli, cənab, bundan sonra sən özün üçünsən, mən də özüm üçün... və harasa qaçdı.

 

Yazıçılar Birliyinə getdim, baxdım, o yenə orada idi və o, yenidən mənimlə dava saldı: Bundan sonra sən özün üçün, mən də özüm üçün, yenə qaçdı.

 

Bir az sonra tərcüməçim Giorgi Saqareli ilə danışarkən yenidən özünü mənə yetirdi. Mənim haqqımda danışmağa başladı: Ey, siz nə bilirsiniz Qalaktion nə qədər zəif və axmaqdır.

 

Yazıçılar Birliyində kimsə bir qadın mənimlə danışdı. İndi o ağlını itirib: Səninlə necə danışırdı, kim idi, hər şey sənin günahındır.

 

Onu kinoya aparanda bir erməniyə elə yanaşdı ki, guya dirsəyi ilə toxunur. Və biz lojada oturanda o qədər yöndəmsiz oturdu ki, qaranlıqda arxasında oturan kişi ilə münasibət qurmağa çalışdığını düşünərdin.

 

Ayağa qalxıb lojadan çıxdım. Kneyna də mənim arxamca gəldi. Məni bir addım belə tək qoymur və bir dəqiqə də olsun mənə nəsə xoşagəlməzlik etməsə olmur.

 

O, birbaşa dözülməzdir. Özü də nə vaxt!

 

O, mənə tamamilə kinayə edərək, özündən çıxaraq mənə mane olur. Buna son qoyulmalıdır. Belə yaşamaq mümkün deyil. Mən nəsə etməliyəm”...

 

(Qalaktionun gündəliyindən, 1948)

 

 

Qalaktionun ögey qızı Nunu Ebanoidzenin xatirələrindən:

 

“Qalaktion Tabidze və anam – Nino Kvirikadze ilk dəfə 1916-cı ildə tanış olublar. Qalaktionun da iştirak etdiyi əhali siyahıyaalınması gedirdi. Qalaktion da onun işində iştirak edirdi. Dayımla dost olsa da və onunla tez-tez görüşsə də anamı tanımırdı. Bağdadda ilk görüşləri bu siyahıyaalma zamanı baş tutdu. Ninonu görən kimi ayağa qalxdı: “Bu qiymətli göyərçini kim bu tərəfə uçurtdu?” Qalaktion və anam belə tanış oldular. Sonradan onların görüşü də baş tutdu.

 

Anam iyirmi yaşlarında olardı və tez-tez xeyriyyə tamaşalarında iştirak edirdi. Bir dəfə “Kristin” tamaşası zamanı qəfildən yuxarıdan səhnəyə qızılgüllər səpələnəndə camaat çaşqınlıq içində idi və tamaşa pozuldu. Təəccüblənən anam bunun səbəbkarının kim olduğunu anlaya bilmədi. Elə bu anda Qalaktion səhnəyə cumdu və Ninonun əllərini öpdü. Sən demə, iki oğlan kirayələyib və tavandan asılmış yelləncəkdən səbətlə gətirilmiş gülləri atırdılar. Regional qəzet bu barədə yazırdı: “Səhnəyə aktrisa Nino Kvirikadzenin üzərinə cuman, tamaşanı pozan Qalaktion Tabidzenin xuliqanlıq hərəkəti qınanılmalıdır”.

 

Həmin illərdə Qalaktion Kutaisidə çox məşhur idi. Qadınlar xüsusilə harınlaşdırmaqda həvəsli idilər. Məlum olur ki, gənclər tez-tez Xanistskali çayının sahilində toplaşırdılar. Onlar mahnılar oxuyur, söhbət edirdilər. Qalaktion bu əyləncələrin ruhu və ürəyi idi. O, mahnı oxumağı çox sevirdi. Özü də əla bariton idi. O, mütləq duyğu qabiliyyərinə malik idi. Belə axşamların birində anamın xahişi ilə “Mtatsminda Ayı” şeirini oxudu. Sonra elə oldu ki, onların yolları ayrıldı. Anam ali təhsil məktəbinə daxil olmaq üçün Tiflisə gəldi. O, ixtisasca hüquqşünas idi və burada vəkil işləyirdi. 1918-ci ildə Nino Kvirikadze Davit Ebanoidzenin həyat yoldaşı oldu. Təəssüf ki, atamı 1937-ci ildə güllədilər. Qalaktionun həyat yoldaşı Olqa Okucava da repressiyaların qurbanı oldu və budur, 27 il sonra tale onları yenidən bir araya gətirdi...”

 

 (davamı var)

 

Topladı və gürcü dilindən tərcümə etdi:

Mirzə Məmmədoğlu