Bu variantı kabarda variantı kimi, Lermontovun nağılının təsiri ilə işlənməsini düşünməyimiz olmazdımı, bu halda süjet və epizodik oxşarlıqlar qanunauyğun olardı və odur ki, Lermontovun nağılının mənbəyini aramaq məsələsi də həll olunardı. Lakin bu heç də belə deyil. Süjet eyniliyinə və epizod oxşarlığına baxmayaraq gürcü variantında qəhrəmanların adları fərqlidir. Gürcü mətnində qadının adı Şahsənəmdirsə, Lermontovda Mahul-Mehridir. Bu baxımdan S.Yaqubovanın fikirləri də maraqlıdır ki, Mahul-Mehri Mahu-Mehridən yaranmış ola bilər, bu da ən gözəl, ən yaraşıqlı mənasını verir və elə bu təşbehlə də o adlandırılmışdır. Bu halda Şahsənəmin Mahu-Mehri təşbehi olmalı idi. Süjetin şifahi nəqli prosesində, güman edildiyinə görə, Mahu-Mehri təşbehi itmiş və yalnız qəhrəman qadının həqiqi adı Şahsənəm qalmışdı. Göründüyü kimi, Lermontov bu təşbehə diqqət yetirmiş və qəhrəman qadının adı kimi istifadə etmişdi.
Aşıq Qəribin bizim əlimizdə Lermontovun mətni ilə daha çox oxşarlıqların aşkarlandığı digər variantlar da var. Bu, Şuaxevi rayonunun Papoşvilebi kəndində 90 yaşlı Esma Putkaradzedən yazıya alınan, Batumi Elmi Təhqiqat İnstitutunun Folklor Arxivində mühafizə olunan mətndir (9).
Axalsixe (Aslan Bliadzenin) mətnindən fərqli olaraq acar variantında türk şeir-mahnılarına rast gəlinmir ki, bununla da dastanın janr xüsusiyyəti pozulmuşdur. Bu mətn öz kompozisiyiası ilə Lermontovun əsəri kimi nağılı təşkil edir. Şübhəsiz, acar mətni lap başdan dastan formasında ola bilərdi, lakin türk şeir-mahnılar nağılçı tərəfindən vaxt keçdikcə unudulmuş və dastan nağıl şəklinə düşmüşdür. Acar variantında Lermontovun nağılının bənzəri olan çox epizodlara rast gəlirik. Mətnə uyğun olaraq Tiflisə gələn: “Aşıq Qərib ata mindi, yalmanına yataraq atı bərk çapdı “düzə” (düzənliyə) çıxdı, at çatladı. Nə edə bilərdi, orada oturub ağladı. Ona bir atlı yaxınlaşıb dedi:
– Ey yolçu, niyə ağlayırsan?
– Atım öldü və ona görə də ağlayıram (Şahsənəm ərə gedir və at da öldü, ağlamazmı?!). Atlı ona dedi ki, mən gedəcəyəm, sən də arxamca gəl. Heybəsini götürdü və yəhərin qaşından asdı. Necə gedirsən. Nə etsin, çata bilmirdi. Geridə qaldı. Atlı onu gözləyib dedi:
– Hara gedirsən?
– Qarsa gedirəm (Hara getdiyini demədi, xətir etdi). Otur mənim tərkimə, – dedi. O da oturdu və atlı dedi ki, gözlərini yum, yumdu, açanda gördü ki, artıq Qarsdadır. Atdan düşmək istəyəndə atlı dedi ki, hara gedirsən?
Çəkindi, lakin dedi ki, Ərzuruma gedirəm. Ata mindi, gözlərini yumdu, bir “soluxa” (göz qırpımında) atdan düşdü, çonqurunu və heybəsini götürdü. Atlı ona dedi ki, hara kimi gedirsən? – Tiflisə getməliyəm, – dedi. Yenə ata mindi. Gözlərini yümdü, açan kimi gördü ki, Tiflisdədir”.
Lermontovda bu hissə acar mətninin dəqiq oxşarıdır: “Ступай за мной”, – сказал грозно всадник. “Как я могу за тобой следовать”, – отвечал Ашик, – “твой конь летит, как ветер, а я отягощен сумою”. – “Правда: повесь же суму свою на седло мое и следуй”. Отстал Ашик-Кериб, как ни старался бежать. “Что ты отстаешь?” – спросил всадник. “Как же я могу следовать за тобою, твой конь быстрее мысли, а я уж измучен”. – “Правда, садись же сзади на коня моегои говори всю правду, куда тебе надо ехадь”, – “Xоть бы в Арзрум поспет нонче”, – отвечал Ашик. – “Закрой же глаза”; Oн закрыл. – “Теперь открой”. Смотрит Ашик: перед ним белеют стены и блещут минареты Арзурума. “Виноват, Ага, – сказал Ашик, – я ошибся... мне надо Карс”. – “Закрой же опять глаза, теперь открой”. Ашик себе не верит – то, что это Карс. Он упал на калени и сказал: “Мне по-настояшему надо в Тифлис”. “Экой ты неверный”, – сказал сердито всадник, – “но нечего делать, прощаю тебе: закрой же глаза. Тепер открой”, – прибавил он по прошествии минуты. Ашик вскрикнул от радости: они были у ворот Тифлиса” (10).
Acar variantına uyğun olaraq Aşıq Qərib atdan düşəndə atlı dedi ki, atın ayağı altından bir ovuc torpaq götür cibinə tök. Sənin “anan” kordur. Bunu onun gözünə çəkən kimi sağalacaqdır. O, torpağı götürüb qalxanda atlı və at yox oldular. Anladı ki, ona kömək edən Həzrət Əli imiş”.
Lermontovda oxuyuruq: “Наклонись”, – сказал тот, улыбнувшись, – “и возьми из-под копыта коня комок земли и положи себе за пазуху: и тогда, если не будут верить имтине слов твоих, то вели к себе привести слепую, котороя семь лет уже в этом положении, помажь ей глаза и она увидит”. Ашик взял кусок земли из-под кoпыта белого коня, но только он поднял голову, всадник и конь исчезли; тогда он убидился в душе, что его покровитель был не кто иной, как Хадерилиаз” (св. Георгий) (11).
Acar mətninə uyğun olaraq “Şahsənəmi zorla Xurşid bəyə verirlər. Qırx gündür ki, “düyün” edilir. Şahsənəm ona getmir. Bir əlində “ağı” tutmuş, o biri əlində isə xəncər. Belə ki, onu çox narahat etsələr ya ağını içəcək, ya da xəncərlə özünü öldürəcəkdir”.
Lermontovda oxuyuruq: “ A Магуль-Мегери... держала в одной руке чашу с ядом, а в другой – острый кинжал: она поклялась умереть прежде, чем опустить голову на ложе Куршуд-бека” (12).
Aşıq Qərib tərəfindən anasının müalicə olunması epizodunda da dəqiq oxşarlıq var. Acar mətnində: “Sən Aşıq Qərib deyilsən”, – dedilər, – “o, belə tez gəlməzdi”.
O da dedi ki, Həzrət Əli mənə kömək etdi, onun atı ilə gəldim. Uçdum da gəldim. Səhər Qarsa gəldim, günorta Ərzuruma, axşamüstü isə Tiflisə. İnanmadılar.
“Əgər inanmırsınızsa, torpaq gətirmişəm. Bir kimsə “koru” gətirin, baxaq, görək”. Onun anasını gətirdilər. Torpağı onun gözlərinə çəkdi. Qoca arvadın gözünə işıq gəldi”.
Lermontovda: “Ты лжёшь; как можно из Халафа приехать сяда в три дни? (сиъ).
– Утренный намаз творил я в Арзиньнской долине, в полуденный намаз в городе Карсе, а вечерний намаз в Тифлизе. Аллах дал мне крылья и я прилетел... в доказазательство истины – отвечал Ашик... – лучше всего приведите мне слепуя, которая бы семь лет уж не видала свету божьего и я возвращу ей зрение. Сестра Ашик-Кериба, стоявшая у двери и услышав такую речь, побежала к матери... и взяв ее под руку, привела старуху на пир свадебный... тогда Ашик взял комок земли из-за пазухи, развёл её водой и намазал матери глаза... и мать его прозрела” (13).
Eyni epizodlardan başqa, acar variantı onunla da maraqlıdır ki, Lermontovun nağılındakı kimi, aşıq Qəribin rəqibini yayılmış Şahvələd əvəzinə Qurşum bəy (Lermontovda Xurşid bəy) kimi göstərir. Lakin, göründüyü kimi, Lermontov bu dastanın başqa variantını da dinləyibmiş. Andronikovun göstərdiyi kimi, Lermontovun arxivində saxlanılan “Aşıq Qərib”in əlyazmasında şair Xurşid bəyin yanında Şahvələdi də yazmışdır, lakin silib yenidən Xurşid bəyi saxlayıb.
Konkret olaraq Lermontova nəql edənin, onu Qafqaz folklorunun zəngin xəzinəsi ilə tanış edənin kimliyi haqqında mühakimə yürütmək çətindir. Bu barədə nə yazılı məlumat var, nə də onun müasirlərinin xatirələri. Göründüyü kimi, Lermontov bu dastanı sonra yenidən işləmək, bu mövzuda yeni əsəri yaratmaq niyyətində imiş. Onun arxivində saxlanılan bu nağılın sonradan işləməsinin izi görünmür. Göründüyü kimi, o, yalnız düzgün dəqiqliyi ilə yazılan dastanın mətnini təşkil edir, halbuki dastanı xarakterizə edən kompozisiya quruluşundan – nəsr təhkiyyəsinə paralel olaraq qəhrəmanların dialoq və hisslərinin şeir-mahnıları ilə verilməsindən məhrumdur. Lakin nağılın elə öz mətnindən müəyyən olunur ki, Lermontov Şərq folklorunun özünəməxsus xüsusiyyətlərinə malik olan bu mürəkkəb janra yaxşı bələd idi. Nağıla uyğun olaraq Aşıq Qərib üzüm bağında yuxuya getmişdi. Bu zaman Mahul-Mehri öz rəfiqələri ilə oradan keçirdi. И одна из них, увидев спящего Ашика, отстала и подошла к нему: “Что ты спишь под виноградником – запела она, – Магул-Мегери слышала её песню и стала её бранить” (14).
Məlumdur ki, burada dastanı xarakterizə edən, tərcüməsi də Lermontova çatdırılan şeir-mahnılar olardı.
Odur ki, nağıl mətninin bütün mövcud versiya ilə müqayisə edilməsi onun dastanın gürcü variantları ilə şübhə doğurmayan yaxınlığını təsdiq edir. Şübhə yoxdur ki, o, dastanın Gürcüstanda yayılmış və bu gün də müsəlman gürcüləri arasında təsdiq olunmuş versiyasından əmələ gəlmişdir.
İstifadə olunan ədəbiyyat:
9. М.Лермонтов, 1969, с. 188.
10. Elə orada, səh. 189.
11. Elə orada, səh. 190-191.
12. Elə orada, səh. 190-191.
Müəllif: Mziya ÇAÇAVA
Gürcü dilindən tərcümə etdi
Mirzə MƏMMƏDOĞLU