ALEKSANDRE ORBELİANİ

 

(əvvəli)

Ağa Məhəmməd şah Qacarın Tiflis şəhərinə hücumunu 1844-cü ildə təsvir etdim və sonra çar Georginin oğlu şahzadə Teymurazın əsərini, Ağa Məhəmməd şah Qacarın Tiflisə hücumunu tapdım. Oxudum və təəccübləndim. Belə ki, onun və mənim təsvirimdə cüzi oxşarlıq belə yox idi. Şahzadə Teymurazın yazdığına görə, elə nizam-intizamlı və o qədər qoşunla Ağa Məhəmməd şah Qacar gəlirdisə, nə qədər var idisə ondan çox qoşunu olsa da, hər halda Tiflis yaxınlığında istehkamlarda heç nə edə bilməzdilər və əminəm ki, qızılbaşlar məğlub olunmuş halda geri qayıdacaqdılar. Halbuki burada Ağa Məhəmməd şah Qacarın  təsvirində nələrin baş verdiyi hər şey daha aydın görünür. O rəhmətliyin oğlu şahzadə Teymuraz həmin qorxunc və dəhşətli hadisələrin şahidi olub və nədən hər şeyi düzgün təsvir etməyib, hər şeyi düzgün yazmayıb. Dəyişdirilmişə və üstü örtülmüşə nisbətən daha yaxşı olmazdımı. Nə idi onu narahat edən?

 

Şahzadə İvane (o da çar Georginin oğludur) çox zəhmətsevər idi. Şahzadə Teymuraz isə həmin hadisələri təsvir etməkdən çəkinib, o, bir neçələrinə necə dağ çəkməli olduğunu bilirdi, yenə eləcə həmin hadisələri bir kənara atıb. Bəlkə xəlvətdə itib-batsın deyə düşünüb. Vicdan qarşısında o da günahkardır! Şahzadə Teymuraz Gürcüstanın acılarının o dəhşətli zamanında yalanları yazmaq əvəzinə hər şeyi yazmalı idi.

 

Mən bu girişdə bunu ona görə yazmıram ki, öz dediklərimi təsdiqləyim. Ona görə yazıram ki, şahzadə Teymurazdan inciyirəm. O, gizlətmədən hər şeyi düzgün yazmalı idi. Başqa boyalar vermək əvəzinə hər şeyi düz yazmalı idi, çünki o hadisələrin iştirakçısı olub.

 

Doğrudur, şahzadə Teymuraz Ağa Məhəmməd şah Qacarın gəlişi hadisələrinin içində deyildi, amma necə ola bilərdi ki, o hadisələri yazan və çar sarayının oğlu həqiqətən də hər şeyi bilmirdi? Görünür şəxsi səbəblər üzündən həmin hadisələri ört-bastır etmək istəyib: İstəmirəm o xəbərlərdən kimsə hali olsun, bizimkilərə çox pis sözlər deyilə bilər, – deyə düşünüb. Elə bundan çəkinərək dəyişdirilib. Belə ki, bu qəbildən olan bütün olaylar düz və bəzək-düzəksiz yazılmalıdır.

 

Birincisi. Şahzadə Teymurazın atası şahzadə Giorgi də mənim dayım (sonralar çar), evimizin dirəyi idi. Bacısını, mənim anamı atamla evləndirib, lakin bəs niyə yalan danışıb? Həmin vaxtlar o Siğnağidə idi və o qədər toplanan qoşunu, ən yaxşı gürcüləri, bəzilərini ki, azad etdilər, daha lazım gəlmir, dağılışın evlərinizə dedilər. Axı, bu ona ağır gəlirdi – atası olduğundan düzünü demək. Mən çar Georgini təqsirləndirmirəm, mən onu aldadanları, demək olar ki, ondan soruşmayanları təqsirləndirirəm. O, ürəyi açıq, həm də xəstə idi və özlərinin istədikləri kimi, onun adı ilə hərəkət edirdilər. Onların adı elə burada çəkiləcək.

 

İkincisi. Bəs orada şahzadə Georginin yanında o kim idi, Çar İrakli tərəfindən xəyanətkarlığa görə dili gödək edilmişdi. Ağa Məhəmməd şah Qacar gələndən sonra şahzadə David ilə görüşüb onun yanına getdi, saqqalını tutub özündən çıxaraq ona dedi: “Məgər sən mənim atamı aldadıb, Gürcüstanı dağıtdırmamısanmı? Bu saqqalını itlər murdarlasın”. Bu xoşagəlməz duyğunu ürəyinə saldı, lakin tezcə də ötüb keçdi. Həmin Davidin də əlindən bir şey gəlmirdi və... Hirslənəndə haqq-nahaq işləri bir-birinə qarışdırırdı. Ürəyinə salandan sonra öz atası çar Georginin adını pis hallandırmağa başlayırdı.  

 

Üçüncüsü. Şahzadə Teymuraz, o özünün anasının qardaşı tavad Revaz Andronikaşvilinin o qədər xəyanətini niyə gizlədir, necə altdan-altdan şahzadə Georgini aldadırdı, çar İraklinin müqaviməti və başqa şeylər barədə. (Çar İraklinin xilasedici qoşununu o Revaz şahzadə Georgiyə göndərtdirmədi: Ağa Məhəmməd şah Qacar iki yüz min nəfərlə Gürcüstana gəlir və belə bir xəbər yayılır ki, çar İrakli də çıxıb getmək niyyətindədir. Bu cür hərəkətləri etməklə satılmış ermənilər tərəfindən görülmüş işlərdə onu aldadırdı. Çar İrakli tərəfindən üç dəfə şahzadə Georginin yanına göndərilən adam “Təcili qoşunla mənə kömək et, Ağa Məhəmməd şah Qacar bura yaxınlaşır. O, üçündən heç birini şahzadə Georgini görmək üçün buraxmadı. O səbəbdən ki, şahzadə Georgi xəstədir”, – deyib. Bu təsvirdə də oxunur ki, tavad Abel Andronikaşvilini çar İrakli göndərdi. Bir sözlə, Andronikaşvili o dərəcədə hiyləgərlik etdi ki, şahzadə Georgini də Siğnağidən çıxartdırdı və yuxarı Kaxetiyə yolladı. Elə ki, onu yola saldı, özü onu məhv etmək üçün çar İrakli tərəfə gəldi. Ağa Məhəmməd şah Qacarın  təsvirində onun nə etdikləri və başqa olaylar da vardır. Onun xəyanətkarlıqları çoxdur). Belə ki, şahzadə David öz dayısı Revazın ən iyrənc sözlərlə mənəviyyatını pozurdu – öz babası çar İrakliyə xəyanətinə görə. Əvvəlcə şahzadə Georgi Revazın bacısı ilə və ondan sonra tavad Gogia (Georgi) Sisişvilinin bacısı ilə evlənmişdir. Şahzadə David ona əlavə ad qoymuşdu: Xata Gogia. Gürcüstanın başına bir çox xəta (bəlalar) açdığı üçün onu belə adlandırmışdır.

 

Və dördüncüsü. Şahzadə Teymurazın əmisi (həmçinin mənim) şahzadə Yulon Kartlidə oturub bütün Kartlini ki idarə edirdi (Çox sülhsevər, xeyirxah və hədsiz dərəcədə mömin idi ki, bunların da çoxu ölkəyə ziyan vurur) – Muxranlıqdan Ksaniyə və o yana, Kürün o tay-bu tayını. Niyə on min döyüşçünü öz atası çar İrakliyə göndərmədi? Asanlıqla edə bilərdi. Bu barədə nə deyək? O Kartlidə elə Tanrı düşmənləri var idi ki, nəinki qoşunu, bütün Kartli camaatını hiyləgərcəsinə çıxartdılar və qala ətrafı meşələrdə sığındırdılar. Elə ki, şahzadələr Almasxan (Vaxtanq), David və İvane, eləcə də İvane Muxranbatono və yenə başqaları gəldi adamlar şahzadə Yulonun gəlməyinə nail oldular. Məgər o, çar İrakli ilə birlikdə Vətən uğrunda qan tökəcək süvariləri tapa bilməzdimi? Nə edə bilərdi, dua kitabçasından uzaqlaşa bilmirdi, əlində tutub dua edirdi, bu onun işi idi. “Möhkəm ol, güclən” – bunu isə yadından çıxarmışdı.

 (davamı)

 

Gürcü dilindən tərcümə edən:

Mirzə MƏMMƏDOĞLU