ALEKSANDRE ORBELİANİ

 

(əvvəli)

 

Ağa Məhəmməd şah Qacarın gözləri önünə cürətlənmiş yeni dəstələr gəldilər; Fikirləşdilər ki, onları diri-diri ələ keçirəcəyik, amma yenə yaxına buraxana kimi tüfəngdən atəş açmadılar. Yaxınlaşanda bir yerdən atəş açdılar, bununla yanaşı qızılbaşlar arasında vəlvələ düşdü və dərhal geri qaytardılar. Qaçan qızılbaşları aparıb düzənliyin ortasına çıxartdılar. Ağa Məhəmməd şah Qacar bunu kartlili-imerelilərdən görəndə təəccübləndi, amma tələsik başqa dəstələrə kömək etməyi əmr etdi və onlar kömək edən kimi bizim döyüşçüləri geri döndərdilər və öz yerlərinə teyləyənə kimi çar İrakli o qalan doqquz yüz kartlili-imerelini köməyə yetirdi. Qayıdan xilasediciləri görəndə onlar da qayıtdılar, hücuma keçib düzənliyin ortasına kimi onları teylədilər. Ağa Məhəmməd şah Qacar təəccüblə qışqırdı: “Gürcülərin igidlikləri eşitdiyimdən daha artıq imiş”. İndi o, başqa qoşuna kömək etməyi dedi və qoşun kömək edən kimi kartlili-imereliləri geri qaytardılar. Çar İrakli onların qaçdığını görəndə üçüncü minliyi köməyə göndərdi və dərhal farsları geri qaytardılar, yenə düzənliyin ortasına kimi teylədilər. Buna Ağa Məhəmməd şah Qacar hirsləndi və hücuma başqalarını çağırdı, lakin artıq mümkün olmadı, gürcü-imereliləri geri qaytara bilmədilər və qırğın başladı. İrakli qızılbaş ordusunun ortasında qılınclarını cəsarətlə fırladan kartlili-imereliləri görəndə qocanın ürəyi yelləndi və bayraqdarına səsləndi: “Azatxanı məğlub edən bayrağı bura gətir!” Və beş yüz kartlili-imereliyə əmr etdi ki, arxamca gəlin, halbuki çar Solomanı mənzildə qoydu, lakin onun ürəyi daha dözə bilmədi və öz babasının yanında dayandı.

 

Bayrağın bir tərəfində Tanrının anası öz oğlu ilə və digər tərəfində isə nizə ilə əjdahanı öldürən müqəddəs Georgi təsvir edilmişdi. Bu dalğalanan bayraqla çar dərhal tərpəndi və onun arxasında öz döyüşçüləri çar Soloman ilə birlikdə cürətlə getdilər. Təsəvvür edin ki, çar İrakli onların arasına qatılmamışdı, onlar elə döyüşürdülər, elə ki, çar döyüşə qatıldı, kartlili-imerelilər nələr etmədilər? Özlərinin sevimli qocalmış çarlarını görəndə, o dalğalanan bayraq ilə çar Soloman da onlar arasında, belə düşündülər ki, yenidən doğuldular. Nə idilərsə, birə üç oldular. İki tərəfdən çarın yanında dayandılar və qızılbaşların üzərinə hücuma keçdilər. Çar İrakli qızılbaşların birinci dəstəsinə düşdü və bir qızılbaş döyüşçüsünü bayrağın sapı ilə yerə yıxdı, o, elə həmin an öldü. Kartlili-imerelilər bunu görəndə birgə hay-küy saldılar. Qızılbaşların dəstələrini elə həmin an dağıtdılar, irəli teylədilər və arxasınca düşdülər, Ağa Məhəmməd şah Qacarın dayandığı yerə. Çar İraklinin özü və çar Soloman öz döyüşçüləri ilə ora çıxdılar. Belə ki, Ağa Məhəmməd şah Qacar öz dəstəsi ilə oradan çəkildi və tələsik uzaqlaşdılar. Lakin kartlili-imerelilərin o qədər qoşun dəstəyi yox idi ki, yuxarı çıxanda qızılbaşları o düzənliyə dirəyəydilər və bütövlükdə özləri ilə aparaydılar. Halbuki qalib kimi döndülər və özlərinin istehkamına gəldilər, amma kartlili-imerelilər çox üzüldülər: Başqaları nə xəyanət etdilərsə, onların canları çıxsın, bu nədir belə, dost, qardaşlarını düşmən ağzına verdilər və özləri aradan çıxdılar. Əgər o iki min Kizix qoşunu,  hər şeyə qadir igidlər, burada, bizimlə birlikdə olsaydılar, bu gün Ağa Məhəmməd şah Qacarın axırına çıxardıq. Eyni zamanda Revaz Andronikaşvilini bir ağızdan pis xatırlayırdılar. Çar İraklini artıq o susdururdu və düşünürdü ki, bir daha işi necə sahmana salsın.

 

Çar İrakli şəhərə qələbə ilə bağlı müjdəçi göndərdi ki, orada böyük şadyanalıq oldu, onlar çar İrakliyə elə böyük ümid verdilər ki, hamı bunu söyləyirdi: “Çar İrakli nə məğlub oldu, nə də məğlub olacaq”. Eyni zamanda, o, yaralıları şəhərə göndərdi və ölüləri elə orada dəfn etdirdi (Solomanın bacısı şahzadə Mariamdan eşitdim: İmerelilər o qədər cəsur idilər ki, Ağa Məhəmməd şah Qacarın iki günlük müharibəsində iki yüz nəfərdən çox tavad-aznaurini itirdilər. Mənim bildiyimə görə, doğrudan da imerelilər elə şücaət göstərdilər ki, kartlilər təəccüb etdilər. Mən bunu o vaxtkı kartlilərdən eşitmişəm). Məğlub olan və narahatçılıq keçirən Ağa Məhəmməd şah Qacar üzülmüş halda çevrilib öz çadırına endi. O, sərdarlarından məsləhət istədi. Bəziləri belə dedi, bəziləri elə dedi, amma Ağa Məhəmməd şah Qacar özü qərar verdi: Mən  sabah anladacağam, əgər sabah da çar İrakli bu işi qəbul etsə, nəyi ki bu gün etdi, mən dərhal yığışıb öz ölkəmə gedəcəyəm.

 

Müharibədən qayıdan çar İrakli, hər halda, yaxınlıqdakı kəndlərə adamlar göndərib qoşunları çağırdı, lakin qızılbaşların gəlişi ilə bədxah niyyətlilər onları qorxutdular: Təcili yığışıb gedin. İki yüz min adamla Ağa Məhəmməd şah Qacar Qazağa gəlib. Çar İraklini qoşunu ilə birlikdə ruhən qırdı ki, onlar da bütövlükdə tərpənib meşələrə səpələnmişlər. İndi Gürcüstanın üzərinə gəlir. Şəhərin camaatı müharibə üçün yaramırdı. Onlar tacir idilər və əgər döyüşçülər var idisə, çarın yanında idilər.

 

Hamı təəccüblənəcək ki, çar İrakli döyüşdüyü yerə niyə topları aparmayıb, qızılbaşlarla toplarla müharibəyə başlamayıb, yaxud şəhərin girişini bərkitməyib? Ancaq çar İraklinin niyyəti tamamilə başqa idi. O, əvvəlcə toplarsız kartlili-imerelilərin şücaətini Ağa Məhəmməd şah Qacara göstərməli idi. O, doğrudan da göstərdi, birincini bazar günü və ikincini bazar ertəsi. Belə ki, bu iki gündən sonra şəhərin topların düzüldüyü girəcək yerini möhkəmləndirmək niyyətində idi.

 

Bu planı məhz elə şənbə gününün axşamı həyata keçirdi. O biri gün, bazar günü müharibə baş verməli idi. Amma bazar günü səhər saatlarında “Saandroniko” – “Andronikgil”in (Andronikişvililərin yurdları, “Saandroniko” Kaxetinin kəndləri – Melaani, Çalaubani, Pxoveli və sair kəndləri əhatə edirdi – Tərcüməçi) qoşununun yola düşməsi yadına düşəndə öz planını dəyişə bilmədi, çünki həftəlik müharibə zamanı bu az döyüşçülərdən qızılbaşlara belə bir ziyan dəymişdi, ertəsi gün, yəni müharibə başlayan bazar ertəsi qızılbaşlar bir dəfə də olsun hücum edə bilmədilər, ancaq uzaqdan atəş açdılar.

 

Günorta çağına qədər kartlili-imerelilər gözlədilər və bundan sonra qızılbaşların üzərinə hücuma keçdilər. Əvvəlki döyüşdən o qədər qorxmuşdular ki, onlar dərhal dağılışdılar və yuxarıdakı düzənliyə teyləndilər. Bu bazar ertəsi də kartlili-imerelilər belə qələbə çaldılar, lakin yuxarı düzənliyə çıxmadılar və ya da nə faydası olardı? 

 

Ey oxucu, yaxşı ara-axtar, o iki günlük müharibədən sonra əgər o toplarla müharibə olsaydı və o iki min Saandroniko qoşunu orada çar İraklinin yanında olsaydı, qızılbaşların aqibəti necə olardı? Əgər o on səkkiz top fasiləsiz atəş açsaydı və üstəlik o qədər bizim o dar Soğanlıq yoluna göndərilsəydi? – Əminəm ki, bəziləri Kürə atılacaqdılar, bəziləri kartlili-imerelilərin əli ilə doğranacaqdı; Və orada Ağa Məhəmməd şah Qacar tələsik yığışmalı və İrana doğru çəkilməli idi. Bax, çar İraklinin son planı belə idi.

 

(davamı)

Gürcü dilindən tərcümə edən:

Mirzə MƏMMƏDOĞLU