Sosial Xidmət Agentliyi sosial yardım alan 16 yaşa qədər olan uşaqlar haqqında 2025-ci ilin statistikasını yayımlayıb.

 

Sənədə əsasən, Gürcüstan miqyasında 250088 aztəminatlı uşaq var. Tbilisidə bu göstərici 55702-yə bərabərdir.

 

Regionların statistikasına gəlidikə isə, Quriyada 16 yaşa qədər sosial yardım alan uşaqların sayı 9186, Raça-Leçxumi və Kvemo Svanetidə 2645, Kaxetidə 24318, İmeretidə 30570, Mtsxeta-Mtianetidə 6311, Sameqrelo-Zemo Svanetidə 27176, Samtsxe-Cavaxetidə 7802, Kvemo Kartlidə 41407, Şida Kartlidə 19020, Acarada və Zemo Abxaziyada 25951-dir.

 

Qeyd edək ki, 2023-cü ildə bu göstərici 230995, 2024-cü ildə isə 247696 idi.

 

Mənbə:etaloni.ge