Aleksandre ORBELİANİ
Ölkəmizdə kim bilir nə qədər hadisə baş verib, böyük, yaxud kiçik. Düşünürəm ki, ölkəmizdə elə bir kiçik yer yoxdur ki, əcdadlarımız Vətən uğrunda qan tökməsinlər. Bu haqda deyiləcək çox şey var, amma sözümüzü davam etdirməmək üçün bununla kifayətlənək və bundan sonra bu nahaqdan tökülən qan əhvalatını nəql edək.
Bir varlı-hallı gürcünün evində üç gənc qadın böyüyürdü. Dini və dünyəvi təhsillərini başa vurdular, tikişdə əl işlərini inkişaf etdirdilər, sakit, dinc bir davranışa sahib oldular, böyüklərə hörmət etməyin lazım olduğunu dərk etdilər. Valideynlərinə itaət etməyi beyinlərinə qoydular. Qadağan olunmuş həyat tərzini mənimsədilər. Bərabər şəxslərə uyğun ədəb-ərkanı öyrəndilər. Çarın sarayında söhbətin olduğu zaman gözəl söhbətlər də edirdilər. Bir sözlə, layiqli bir xislət qazanıb, hər cür yaxşılıq əxlaqına sahib oldular. Budur, gürcülərin köhnə təlim-tərbiyəsi.
Bu qadınların adları belə idi: Anna, Barbare və Marta. Üçü də gözəl, üçü də hündür, üçü də qara gözlü, qara qaşlı, üçü də dolu bədənli, lakin üzdən bir-birlərinə oxşamırdılar. Anna o evin tavadının arvadı idi və digər ikisi isə onun aznaurunun. Belə ki, onları bu tavadın arvadı özünün qızlarına olan sevgisi ilə birgə bacı məhəbbəti ilə tərbiyə edirdi.
Bu qadınların mürəbbisi qocalmış dinc sifətə malik və tamamilə ağ saçlı yaşlı Periya (adı) idi. Bu qocadan vaxtı ilə kəndin xəracını tələb ediblər, o da ürəyini rahat saxlayaraq verib.
Həmin on dörd, on beş yaşlı qadınlar, adətə görə, gənc olduqları üçün zərif barmaqları ilə parıldayan qara zülflərini, uzun saçlarını açmasalar da, ürəkləri parçalayan ağılarının sözləri ilə heyrətdən ağlayaraq onlara əmək qoyanın cəsədinə göz yaşlarını tökürdülər. Onları görənlərin qəlbi sızlayırdı və uzaqdan için-için ağlayırdılar.
Onun dəfnindən sonra, o gecə o qadınlar öz otaqlarında narahatlıqla oturdular ki, bu zaman heç kim yox idi və bunu deyirdilər:
Anna: – Allah sevdiyimiz Periyaya əbədi rahatlıq versin.
Barbare: – Oh, həqiqətən.
Marta: – Oh, nə yaxşı kəs idi. Allah İbrahimin qoynunda rahat etsin.
Anna: – Mənim əziz bacılarım, onun dərsini yaxşı xatırlayırıq: Bu dünya Allah tərəfindən nəciblik üçün qurulub, amma birtəhər də şərlə əvəz olunub; Bunun üçün, onun təliminə görə, indiki halımızdan dünyadan uzaqlaşıb Allaha üz tutaq.
Marta: – Bəli, çox yaxşı olardı, mənim həyatım bacılar.
Barbare: – Doğrudan da, əla olardı, mənim təsəlliverici bacılarım, amma hara və hansı yerə ayaq basaq?
Anna: – Tiflis şəhəri yaxınlığında kilsə ki var, Mtasmindanın ortasında, dağda, Müqəddəs Davidin kilsəsi, ora gedək; Həmin kilsənin keşişi və arvadı – hər ikisi həddindən artıq nəcib insanlardır. Əminəm ki, o zavallı övladı olmayanlar bizi yaxşı qəbil edəcəklər.
Marta: – Şəhərdə çox olmuşuq. Keçən il də sənin atan-anan və biz də orada deyildikmi? Bir dəfə biz üçümüz Müqəddəs David kilsəsinə ibadət etmək üçün getdik. Onda ağlıma belə bir fikir gəldi ki, bu da bizim niyyətimizdir.
Barbare: – Onsuz da ora gedərik, bəs o keşiş bizi ifşa etsə?
Anna: – Nə tanıyır biz kimik? Əgər o bizi tanımaq istəsə, özünü kahin üçün qurban verəcək və onun da çox xoşuna gəlməlidir.
Şirin söhbətdən və şam yeməyindən sonra qapıda ayaq səsləri kəsiləndə otaqda heç kim yox idi. Bu zaman Allahın adını çəkdilər, üçü də cəsarətlə ayağa qalxdılar, çörəyi və pendiri dəsmala bükdülər, qapılara baxdılar və gördülər ki, hamı yatır. Bundan başqa on altı günlük ay açıq səmadan boylanırdı və sanki günahsızlara yolu yaxşı göstərmək üçün açıq şəkildə işıqlandırırdı.
Göyərçinlər yuvadan uçaraq səltənət qapılarına tərəf qaçdılar. Onlar nə yırtıcı quşlardan, nə də yırtıcı heyvanlardan qorxurdular.
Evin həyətini dolandılar, kəndin iki hasarından keçdilər və qırmızı başmaqlarla bəzədilmiş o balaca ayaqları ilə cəsarətlə böyük qara yola çıxdıla. O qədər sürətlə hərəkət edirdilər ki, hətta yaxşı çaparlar da onlarla ayaqlaşa bilməzdilər. O yaxşı idi ki, onlar şəhərə gedən yolu yaxşı bilirdilər və heç bir yolçuya da rast gəlmirdilər.
Sübh çağı onlar Mtsxeta körpüsünə çatdılar. Onlar qorxularından artıq qara yol ilə getməyə cəsarət etmirdilər və elə orada Kür çayı üzərindəki körpünün yaxınlığındakı hündür dağa çıxmağa başladılar. Hələ yaxşı işıqlanana kimi dağın başına çıxdılar və oradan böyük məmnunluqla şəhərin dağlarını görürdülər. İndi onlar meşənin kənarı ilə dağdan-dağa gəzir, şəhəri heç vaxt gözdən qaçırmırdılar. Axşam üstü Diqomi vadisinə, su kənarına çatdılar. Bu zaman ay da doğdu.
Bir qədər suyun kənarında oturdular, bir az dincəldilər, çörək yedilər, sonra da geri qayıtmağa başladılar. İndi onlar düz yolda idilər, gecəyarısı olmamış Mtasmindaya qalxdılar. Onlar Müqəddəs David kilsəsində ibadət etdilər, sonra oradan qayıdıb keşişin evinin qapısını döydülər.
Keşiş İosif və onun həyat yoldaşı Anastasiya hələ yatmamışdılar, əllərində dua kitabı tutaraq hərarətlə dua edirdilər. Qapının vaxtsız döyülməsi heç birinə xoş gəlmədi, amma dərhal keşiş gəldi, qapıları açdı və yanan müqəddəs şam ilə qapının ağzını işıqlandırdı, baxdı, üçünü də tanıdı və təəccüblə soruşdu:
– Anna, nə olub ki, vaxtsız gəlmisən?
Qeyd edək ki, qadınlar çox sarsılmış olsalar da, Anna onlara bütün hisslərini qətiyyətlə danışdı. Çox arıq və gözəl olan keşiş və onun gözəl arvadı çox razı olsalar da, amma yenə qorxdular.
Təbii ki, həmin gecə üçünə də böyük ehtiram göstərildi. Ertəsi gün keşiş katolikosun yanına erkən getdi və hər şeyi ona bildirdi. Biri qırx, digəri isə əlli yaşında olan iki kilsənin diyakonları (Diyakonlar – kilsə xidmətçisi – Tərcüməçi) onlarla qaldı. Bu diyakonlar, bəli, kilsənin böyük xidmətçiləri, kilsə və keşişin böyük itaətkarları idilər. Qırx yaşında olanın adı Petre idi, əlli yaşında olanın isə Tevdore.
Ən xeyirxah katolikos keşişdən eşidəndə çox xoşuna gəldi, amma Annanın valideynləri o qadınları yuxarı tərəfdə çox axtardılar. Nəhayət, nə baş verdiyini öyrəndilər və Kartli çarına namə yazdılar. Bununla iki-üç gün keçmədi ki, çar Annanın yanına gəldi. Həmin vaxt bu qadınlar kilsədə anbionun (Kilsədə duaların oxunduğu minbərsayağı hündür yer – Tərcüməçi) qarşısında diz çökərək Allaha dualar oxuyurdular.
Çar, bəli, Annanın yaxın qohumu idi. O qadınlar bir-birlərindən ayrılmadıqlarına görə o, üçünü də çıxarmaq və Annanı ana və atasına qaytarmaq istəyirdi. Çarın əmri ilə hər şeyi böyük təhlükə olaraq bildirirdilər və qəti bir qərarla bir-birindən ayrılmadan orada məskunlaşmalıdılar. Çar öz istəyi ilə onları çıxara bilmədi, ona görə də onlar Allahın övladları kimi Mtasmindada məskunlaşdılar.
Bir ay keçməmiş şəhərdə belə bir xəbər yayıldı: “Sabah üç qadın kahin təyin olunacaq”. Bundan sonra bütün şəhərin əhalisi nəsə xoş fikirlərlə tərpəndilər: Biri nə deyirdi, digəri nə. O biri gün bir çox qadın və kişi kahinlərin suya çəkilməsini görmək üçün Sioni Məryəm ana kilsəsinə toplaşdılar. Qısa müddətdən sonra həmin qadınları gətirdilər və katolikosun əli ilə kahin olaraq suya çəkildilər. Kahinlərin suya çəkilməsi zamanı gələndə katolikos öz keşişləri ilə ambiona təşrif buyuranda kahinlər bura gəldilər, onun qarşısında diz çökdülər. Katolikos da onları qara örtüklə bürüdü. İbadət edənlər onun ardınca gedərək kilsə nəğmələri ilə Allaha şükürlər edirdilər. Anbiondan da katolikos və onun keşişləri hay verirdilər – bəzisi deyimlə, bəzisi hay verməklə, bəzisi pəsdən oxumaqla, bəziləri isə gözəl şəkildə bəstələnmiş kilsə nəğməsini çox gözəl ifa etməklə.
Gürcü dilindən tərcümə edən:
Mirzə MƏMMƏDOĞLU