Həyata keçirilmiş birbaşa xarici investisiyaların həcminə görə bölgələr arasında Acarıstan öz mövqeyini itirib. Milli Statistika İdarəsinin ilkin məlumatına əsasən, həyata keçirilmiş invesitisiyalara görə Acarıstan həmişə ikinci yeri tuturdu, ancaq cari ilin üçüncü rübünə olan göstəricilərə əsasən, dördüncü yerə keçərək Kvemo Kartli, Şida Kartli və Mtsxeta-Mtianeti bölgələrindən geridə qalıb.

Məlumata əsasən, Gürcüstanda həyata keçirilmiş birbaşa xarici investisiyaların həcmi 2020-ci ilin 3-cü rübündə 302.6 milyon ABŞ dolları təşkil edib. Bu isə 2019-cu ilin 3-cü rübünün göstəricilərindən 23,6 % az, 2020-ci ilin 2-ci rübünün ilkin göstəricilərindən isə 25,2 % çoxdur.

Birbaşa xarici investisiyaların həcminə görə ilk 5 bölgənin siyahısı isə belədir:

• Tbilisi – 222.8 milyon ABŞ dolları;

• Kvemo Kartli  – 38.0 milyon ABŞ dolları;

• Şida Kartli, Mtsxeta-Mtianeti – 14.1 milyon ABŞ dolları;

• Acarıstan – 13.3 milyon ABŞ dolları;

• Samtsxe-Cavaxeti – 12.1 milyon ABŞ dolları.

Mənbə: bpn.ge