Gürcüstanda 2023-cü ilin 4-cü rübündə orta aylıq əməkhaqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,3 %, yəni 270,9 lari artıb və 2044,5 lari təşkil edib. Bu barədə Milli Statistika Xidməti məlumat yayıb.

 

Statistika Xidmətinin hesabatına əsasən, 2023-cü ilin 4-cü rübündə qadınların orta əməkhaqqı 1607,3 lari, kişilərin isə 2463,8 lari müəyyən edilib.

 

Məlumatda bildirilir ki, əməkhaqqının illik artımı qadınlarda 195,6 lari (13,9 %), kişilərdə 340,7 lari (16,0 %) təşkil edib. Sahələrə görə kişilərin əməkhaqqı bütün sektorlarda qadınlardan yüksəkdir.

 

Əməkhaqqının nisbətən yüksək olduğu sahələr:

 

• İnformasiya və kommunikasiya – 4309,2 lari;

• Maliyyə və sığorta işləri – 3110,0 lari;

• Tikinti – 3062,5 lari;

• Peşə, elmi və texniki işlər – 2920,5 lari;

• Daşıma və yerləşdirmə – 2417,8 lari.

 

Əməkhaqqının nisbətən aşağı olduğu sahələr:

 

• Təhsil – 1156,8 lari;

• Su təchizatı, kanalizasiya, tullantıların idarəedilməsi və çirkləndirmədən təmizləmə işləri – 1319,9 lari;

• Kənd, meşə və balıq təsərrüfatı – 1463,1 lari;

• Yerləşdirmə vasitələrinin təmin edilməsi və qida çatdırılması işləri – 1546,2 lari;

• İnzibati və köməkçi xidmət işləri – 1554,9 lari.

 

Mənbə: bpn.ge