Milli Statistika Xidmətinin məlumatına əsasən, 2023-cü ildə emiqrantların sayı 62,2 % artıb.

 

Məlumatda bildirilir ki, 2023-cü ildə Gürcüstandan emiqrantların sayı ümumilikdə 245 064 nəfər təşkil edib. Bu, 2012-ci ildən bu yana ən yüksək göstəricidir. Ümumiyyətlə, emiqrantların sayı 2022-ci illə müqayisədə 95,6 % artıb. 2022-ci ildə Gürcüstandan 125 269 nəfər emiqrasiya edib.

 

Qeyd etmək lazımdır ki, 2023-cü ildə emiqrantların əsas hissəsi – 66,7 %-i Gürcüstan vətəndaşı olub.

 

Milli Statistika Xidmətinin məlumatına görə, ötən il ölkədən 163 480 nəfər Gürcüstan vətəndaşı emiqrasiya edib. 2022-ci ildə bu göstərici 100 802 nəfər olub. Müvafiq olaraq, illik 62,2 %-lik artım var. 2022-ci illə müqayisədə 2023-cü ildə 62 678 nədər artıq Gürcüstan vətəndaşı emiqrasiya edib.

 

Mənbə: bpn.ge