Ötən il Gürcüstanda 14884 abort qeydə alınıb. Abort olunanlardan 64 nəfəri yetkinlik yaşına çatmayanlardır.

 

Milli Statistika Xidmətinin göstəricilərinə əsasən, 5716 nəfər abort olunanlar 15-29 yaş arası, 2371 nəfər abort olunanlar isə 15-24 yaş arasındakılar olub.

 

2023-cü ilin abortla bağlı göstəriciləri 2022-ci ilin analoji göstəriciləri ilə müqayisədə azalıb. 2022-ci ildə 16619 abort halı qeydə alınıb ki, onlardan 83-ü yetkinlik yaşına çatmamış şəxslər olub.

 

Mənbə: etaloni.ge