Unutmayaq ki, bu fəhlələr çəkic və qələm işlətməkdən başqa, odövrkü inqilabi hərəkatda da fəal iştirak edirdilər. Onların cəhdi və sinfi şüuru belə idi.
Fəhlələrlə birlikdə aşbazlar və əl buyruqçuları da həyatın yeniləşdirilməsinə doğru cəhd edirdilər. Əgər köhnə vaxt deyirdilərsə:
“Yol açaq biliyin axtarışına,
Hər bir anlayışdan şərab üstündür”.
İndi onların güclü istəyi başqa cür idi. Bir əl buyruqçusu şair söyləyir:
“Ey tanrı ver bizim ölkəyə
Bəxt və bəxtəvərlik.
Ey tanrı, ver gürcülərə
Təhsil və elm.
Ey tanrı, qoy onların qəlbinə
Qardaşlıq və məhəbbət
Ki, bir-birinə göstərsinlər,
Sədaqətli xidməti” (V.Kirvalidze, bax: “Kvali”, 1924-cü il, 1 yanvar. Bu Kirvalidze o Kirvalidzedir ki, G.Seretelinin dəfnində 101 nəfərin adından nitq söyləmişdir. Bu nitqə İlya Cavcavadze “Axalmosuli (“Yeni gəlmiş”) təxəllüsü ilə əks-səda vermişdir. Mübahisə düşmüşdür. İlyanın cavabı məlumdur. “...Səs ölçüb biçilməli, hesablanmamalıdır. İstəyirsiniz Gürcüstanda, elə götürək, on min nəfərə imza atdıra bilərəm ki, yer kürəsi öküzün buynuzları üzərində durur və görəsən bu cüzi biliyə malik insan üçün sənətdirmi? Doğrudanmı Qalileyin bir səsinə nisbətən on min insanın səsi daha çox çəkiyə malikdir? Əgər insanın özü sıfırdırsa, kəndli, istərsə də knyaz, bunun kimilərini əl-ələ vermiş halda cərgələsək, hər halda sıfırdır (Bax: “İveriya”, 1901-ci il, №65).
Aşbaz Svimon Maisaşvili də kəskinləşmiş həyatdan şikayət edir, amma bununla yanaşı gələcəyin ümidini canlandırdığından birgə “bu cür işgəncənin dərdini çəkmir”. Bax, onun səmimi şeirlərindən biri:
“Sənətkaram, tutmuşam
Əlimdə çömçə və kəfkir.
Kasıb küçədə zəhmət çəkirəm,
Yoxluğa ağlamıram.
Sağ əlimdə tutmuşam qələm,
Sol əlimlə ətin kəfini alıram.
Bu yaşayışla mən yazıram
Özümün əhvalatlarımı.
Kömürün qoxusu, hərarətilə,
Çox olmuşam inildəyən.
Bu cür işgəncənin dərdini çəkmirəm,
Bu işgəncə həqiqətindir.”
O biri şeirdə elə həmin Svimon Maisaşvili V.Kirvalişviliyə müraciət edir... Burada da eyni “həqiqət” və “qardaşlıq” özünün adı-şanıdır:
“Mənim tanrım! Nə ki, istedadı
Mənim üçün veribsən,
Onu özümlə bu dünyadan aparmıram,
Onu qardaş üçün vermişəm.
Tanrım, mənə əvvəlcə ver həqiqəti
Ki, günah kədərləndirməsin.
Sonra bu cür istedadı,
Öləndən sonra da hamı xatırlasın.” (Svimon Maisaşvili, “Şeirlər”, 1898-ci il, səh. 10,12. Qeyd etmək lazımdır ki, bu iki şeiri Artur Leyst alman dilinə tərcümə etmişdir (Bax: “Georgische Dichter”, Leypsiq, 1900-cu il, səh. 126, 128).
Sv. Maisaşvili savadsız kəndlidir. A.Xvedelianinin (1867-1897) dostu, onun dükanının aşbazı, onunla birgə böyüyəndir. Bu Arçil Xvedeliani həddindən artıq mərifətli şəxs idi: Öz muzdurlarına qarşı kitab oxumaq ixtiyarı verməyən “ağalara” bənzəmirdi. Kitabsevər kimi Xvedeliani elə özü onun “dükanının oğlanları”nın inkişafa nail olmalarına (jurnal-qəzetlərə yazılmaqda, istərsə də kitab əldə etməkdə) imkan yaradırdı.
Belə bir mikitanın xidmətini hələ bir David Givişvili qeyd edib:
“Didubedə şərabla, içki ilə alver edirdi,
Hamıya öz hərəkəti ilə özünü sevdirirdi.
Zarafatla, baməzəliklə, dilinin nitqi ilə,
Çoxlu ehtiyacı olanlar da onun əli ilə yaşayırdı”. (Bax: D.Givişvilinin “Mərhum Abraqune barədə şeir”, 1885-ci il, səh. 4.
Bu mikitan Abraqune o Abraqunedir ki, Tiflisdə on dörd faytonla kef edirdi. O, əsil bohema idi. Onun dükanına şairlər çox hallarda toplaşırdılar. Bir dəfə onun eşşəyini “şərif” olaraq göylərə qaldırdılar. Abraquneni elə onun dükanının arğançısı şəxsi zəmində öldürmüşdür. Givişvilinin adı çəkilən kitabı bu qətldən irəli gəlmişdir).
Qədim Tiflisin ədəbi bohemasının yaradılmasında, elə sonra, siniflərin yenidən formalaşması zamanı mikitanların özünəməxsus xidmətləri vardır. Qaraçoxeli pohemistlərin əyyaşlıq etdikləri və son quruşlarını da samikitnoda qoyduqları vaxt olub ki, bu barədə də D.Givişvilinin “Skandarnovanın paltosuna dair” şeiri vardır:
“Bu gün də o palto padvalda tullanıb,
Bilirsiniz, neçəyə? Səkkiz abbası borca!
O kefcilin gözünə tüpürün,
Cibə ümid olmağı bilmir niyə?
Camaatı dəvət etdim, özüm etdim təkcə,
Yox idi pulum, paltomu soyundurdular”.
Əvəzində yuxarıda adları çəkilən fəhlə-şairlərin bu mikitanlar arasında özlərinin ardıcılları da var idi. Həmfikirləri və imkan yaradanları. Doğrudur, bu mikitanlar şair deyildilər, amma onların dükanlarında “Ğaramaniani” və başqa bu cür kitabların oxunuşunun ədəbi yarışı keçirilirdi (“Siskari” yazırdı: Bütün Gürcüstanda “Davrişiani”, “Rusudaniani” və “Ğaramaniani”ni oxumadıqları mikitanxananı, kef məclisini də insan tapa bilməz” (Bax: “Siskari”, 1863-cü il, səh.100). Necə bizim yazıçıları, eləcə də gürcü teatrının odövrkü repertuarını da yaxşı tanıyırdılar. Onların lövhələrində yazılmışdır:
Çayxana – “Samşoblo”(“Vətən”)
Qəhvəxana – “Sayat-Nova”
Yeməkxana – “Hamlet”
Ola bilər ki, mən şair olaraq şərabın vurğunu olmayam və nə də zirzəmilər mənim poeziyamın arzu etdiyi yer olsun. Lakin bu təqdirdə qeyd etmək lazımdır ki, mikitanın dükanlarında odövrkü fəaliyyət göstərən fəhlələr tərəfindən “kiçik içki içmə” zamanı çoxlu sirli məsələ həll edilib və bir çox inqilabi planlar da işlənib hazırlanıb. Elə həmin mikitanlar terrorçuları saxlayırdılar, tətil edən fəhlələrə nisyə verməklə yardım edirdilər, yazıçılara güzəştli qiymətlərə nahar verirdilər (Arçil Xvedelianinin yeməkxanasında “Ninoşvilinin yeddi qəpiklik naharı”nı yada salın) və sair. Əvəzində fəhlələr də onların əməyini unutmurdular, xeyirxahlığa görə yüksək dəyər ödəyirdilər. Məsələn, Arçil Xvedeliani vəfat edəndə bütün odövrkü fəhlə-şairlər əks-səda verdilər. “Kvali”də, “İveriya”da, “Tsnobis purtseli”də yazılar həsr olundu (İya Ekaladze öz “İclasda” hekayəsini “Arçil Xvedelianiyə həsr etdi (Bax. “İveriya”, 1897-ci il, № 209, 210, 213). Onun dostları “Arçilin qisməti” kitabını da buraxdılar.
Bax, çəkməçi-fəhlə-şair İ.Qarsevanişvili Arçil Xvedelianinin vəfatı barədə nə deyir:
“Bax, ürək sarsıdıcı mənzərə,
Bax, onun meyiti soyuyubdur.
Böyük bir məqsəd-istəklə
Xeyirxah ürək daim döyünürdü...
“Vətəni məbəd” bilən adamın,
Və özünü daim “qurban payı” bilənin.
Ölkənin ağrı-acısına görə
Öz həyatını fitilə bükənin.
Xeyirxah işdə, çarəsizlərə yardım işində
Həmişə, çox hallarda birinci olanın,
Qardaşlığın yaddaşında, nümunəvi,
Layiqli oğul hesab olunanın”. (Bax: “Arçil Xvedri” kitabı, 1897, səh. 21).
Əvəzində ikinci tərəfdən, lazım olan yerdə adəti pisləyirdilər: Ölü barədə pis deyilmir adətini və vəfat etmiş sələmçi mikitanları həqiqi siması ilə xarakterizə edirdilər. Bax, ikinci fəhlə şair Mixail Qordadze belə bir mikitana necə epitafiya həsr edir:
“Mikitanın daxıldarı vərəmdən öldü urvatsız,
“Yaxşı gənc idi”, iki şaaya dəymirdi;
Dərisi soyuldu ticarətdə, dostları ilə, xətri ilə, qardaşcasına,
Zəngin ehsanla dəfn etdilər yaxşıca, qaydasında bizimsayağı.
İyirmi tümənlik məzarda uyuyur, başqasını nəsə düşünürmü?
Otuz da heykələ verdilər, üstünə də ağ daş döşədilər,
Üstündə şəkli ilə, gümüş kəməri ilə, baxın saatın zəncirinə də,
İctimai qəbiristanlığı rəva görmədilər, görəsən, kimə.” (Bax: “Şeirlər”, 1893-cü il, səh. 21).
Həyatın dəyişkənliyi və zehni qidanın artıq tələbi oxucuların kadrını da dəyişdi.
Əgər köhnə vaxtlar bazar poeziyasının oxucusu o qədər inkişaf etməmişdir ki, çap olunan kitabı tənqidi eynəklə silahlanmış halda qarşılaya idi. Əvəzində son vaxtlar Tiflis vətəndaşları kitabın pis-yaxşı olmasını ayırd edirdilər və elə özləri yenicə çıxmış bu və ya digər kitabı izləyirdilər. Məsələn, Riqoleto (İ.Evdoşvilinin təxəllüsü idi) Petre Coxianın kitabına baməzəlik edib: “Petre Coxia – özünə ağac vurdu (Gürcü dilində soyadı ilə ağac sözü oxşar olduğundan, cinas olduğundan maraqlı alınıb - M.M.). Müasir aşağı təbəqə oxucusunun belə xarakterizə etməsi xoşuna gəlmədi, çünki sözügedən kitabda yerləşdirilmiş bəzi poema (“Baadurun sərgüzəşti” və sair) hamı üçün xoş oxunaqlı idi. Bəzən isə elə kitab da nəşr olunurdu ki, onu da anlamaqda elə oxucu çətinliklər çəkirdi. Güman ki, ona görə ki, Luka Tateişvilinin (1860-1916) Şotasayağı şeir ilə yazılmış qalın cildli poemasını (“Məhəbbət”) camaat “Çoşqa dərisi geymiş pəhləvan” adlandırırdı. Bir sözlə, ciddi kitablar oxunurdu və tədricən bu cür ucuz dəyərli epiqonların miskin mahnıları sıxışdırılırdı:
1. “Ay arvad, başına çarə qıl, tezliklə,
Səni sevəni duyublar,
Elə sabah onu tutmaq istəyirlər
Və onu döyməyi də qarşılarına məqsəd qoyublar.
Ol dura, dura, dura,
Məhəbbət cuşə gəldi!”
2. “Kutsuni, Kutsuni, Kutsuni,
Sevirəm, sənin arxanca düşməyi”.
3. “Mənim gözəlim, alış, yan,
Alış, yan və məni də yandır” və sair.
Bu cür aşiqanə şeirlər ədəbi etiraza da səbəb oldu. Bax, xalq şairi Zamukov nə deyir:
“Bəzi şair
Pozğun əxlaqlıdır;
Onun ardıcılları da,
Deyərəm, ağıldan kəmdir.
Qadınları göyə qaldırırlar,
Onların gözlərini tərifləyirlər,
Min cür yolla pozurlar
Qız-oğlanın gələcəyini.
Şeirlər yazırlar bu cinslərdən,
Əxlaqı pozulmuşlardan və bu üfunətlilərdən,
Və onların beyni elə bilir ki,
Xeyirxah işi bərqərar edir.
Qardaşcasına sizə yalvarıram,
Onu güzəştə gedin tamamilə,
Elə şey yazın ki,
Dinə də əl versin.
Onu bil ki, qardaşcığaz,
İndi o, andır;
Aşiqanə kitablar
Yaramaz və zəhərdir.” (Bax: “Həyatın səsi”, səh. 33).
Bu “an” artıq yetişdi. Fəhlə şairlərin əməyi camaat arasında boşuna getmədi. “Sevgi kitablarının” əvəzinə Ant. Purtseladzenin “Üç nəfərin sərgüzəşti”, S.Ququnavanın “Tamariani”si oxunurdu. Qiqo Xeçuaşvili tərəfindən bacarıqla nəzmə çəkilmiş “Didmouraviani”, elə onun “Dülgərlər öyünün toyu”, “Solomon Mecğanuaşvili”, İv. Macavariani tərəfindən gözəl tərcümə olunmuş “Kəndli kişinin tarixi”, “Dörd qardaş” (Bu “Dörd qardaş” gənclik nağılını rus dilindən çoxları tərcümə edib. Sop. Mqaloblişvili və Vaso Dekanozişvili (Bax: “Teatr və həyat”, 1924-cü il, № 4), Bartlome Moseşvili (Z.Cicinadzenin şəxsi məlumatına görə) və Qola Çitadze; Q.Çitadze bu əsəri (və eləcə də “Klod Ge”) “Zənci” təxəllüsü ilə tərcümə edib. Sonra Zənci təxəllüsü ilə Qr. Rtcxiladze yazırdı), “Knyazın qadını” (N.Avalişvilinin tərcüməsi); “Lazarilio” (P.Umikaşvilinin tərcüməsi); “Ölümə məhkumun son günü” (T.Saxokianın tərcüməsi); “Surami qalası”, Mix. Cacvadzenin poemaları, İzidzenin poemaları və Mağaldadze tərəfindən nəzmə çəkilmiş “Müqəddəslərin həyatı” (Müqəddslərin həyatının həris vurğunu idi kimsə Nikoloz Dimitriyeviç Mağaldadze ki, bu da “İrəliləyişin xəzinəsi”, “Pozğunluq və sərxoluqdan olan ehtiraslar”, “Müqəddəs Yekaterinanın həyatı və ehtirasları”, “Çar Konstantine və müqəddəs Yelenanın həyatı” kitablarının müəllifi idi. Mağaldadzenin kitablarından başqa camaat arasında nəzmə çəkilmiş müqəddəslər də oxunurdu: “Müqəddəs apostol Ninanın təsviri” – İr. Eliozaşvilinindir; “Çariça Ketevanın əzabı” – Dimitri Baqratovanındır; “Ebani” – Aleksi Beridzenindir; “Məryəm ananın uymasının svinaksarı” – R.Sacaoxelinindir; “Mikael Qobronisinin əzabı” – Mesxi İv. Qvaramadzenindir; “Müqəddəs David və Konstantinenin əzabı və bakirə Corxadzelərin əhvalatı” – Luka Qubelinindir (Tateişvilinindir); “Şuşaniki” – İ.Nersesovun və V.Sulxanovun və başqalarınındır).
Çoxlarına qəribə gələ bilər, odövrkü fəhlələr nəzmə çəkilmiş müqəddəslərə də meyl edirdilər. Lakin demək lazımdır ki, bu cür tanrıya inam, istərsə də möhvumat fəhlələrin böyük hissəsi arasında hələ yenə də dərin köklər salmışdır. Məsələn: Elə hal olmuşdur ki, tətil edən zavodun fəhlələri kilsəyə gediblər, “libaslı keşiş” qarşısında təqdim olunublar və and içiblər ki, ümumi işə xəyanət etməyəcəklər” (Bax: “İnqilabın salnaməsi”, 1926-cı il, № 1 (14), səh. 122, İlk tətil, Al. Baciaşvilinin tütün karxanasında).
Sənətkar şairlərin özləri də yüksək ranqlı yazıçıları təqlid edirdilər və yazıb-yaratmağı tanrıdan umurdular və sənətkarlar beləcə tanrıya fəryad edirdilər:
“Gücünlə məni qadir et, burada
Əşyanın mənzərəsini çəkə bilim,
Yalvarıram, uca tanrı,
Sözünü eşit bir adi sənətkarın”.
(Petre Coxia).
Fəhlə yazıçı Ş.Navtluğeli öz xatirəsində yazır: “Müqəddəslərin həyatı məni özünə cəlb etdi. Oxuyurdum və moizə edirdim, amma yoldaşlarımın təhriki ilə fikirlərimi və yönümü dəyişdim və tezliklə siyasətə keçdim” (Bax: “Kommunisti”, 1927-ci il, № 99 ( 5 may)).
Bu “siyasətə keçməyən” şair, eləcə də özünü dərk edən xalq şairləri arasında da kifayət qədər bu inam və dini simalara pərəstiş yayılmışdır. Məsələn:
“Məgər dağıdılmış məbəd görübsünüzmü,
Hardadır ibadət, dua daha eşidilmir, nə də zəng çalır,
Hardadır təriflər tərifi, ruha qida vermir, qəlbi sevindirmir,
Hardadır mələklərin bir hissəsi, pis ruhlar veyillənir, qəh-qəhə çəkir”...
(İ.Evdoşvili).
“Kişisən, kişi kimi doğulmuş,
Kişini sevməlisən.
Kilsəyə get
Hər istirahət günündə,
“Davidni” və İncil
Hər ikisi orada uyuyur.
(İ.Davitaşvili).
Buna görə də, demək olar ki, yüksək təbəqələrdən sürətlə atılan sözlər qəribə disonans olaraq hesab edilməlidir:
“... Onda, dostlar, hazıram soruşum,
Bir deyin,
Məgər doğrudanmı inanırsınız ki, olmalıdır
Və əgər doğrudanmı inanırsınız
Və olsun tanrı?”
(Vaxt. Orbeliani).
***
Etiqat motivləri fəhlə şairlərin şeirlərində cəfalı həyat kimi və ümumiyyətlə, hörmətdən düşmüş həyatın əksi kimi hesab olunmalıdır. İstiqlaliyyət hərəkatının şəfəqlərində görünən şairlər hələ yenə dövrün təsiri altında idilər və indiki dövr üçün xarakterik hesab olunmalı olan ideoloji mətinliyə çata bilmirdilər. Lakin ümumi hörmətdən düşmüş və qara-zülmət həyat şəraitində bu fəhlə şairlərin fəaliyyəti qaraya bürünmüş ideoloji qövsün pozulmasında bir növ cəhd idi. Bu xeyirxah cəhdin qarşısında müasir insan canfəşanlıq göstərməli və bəzən də bu şairlərin də etdiyi səhvlərinin üzündən onların xidməti unudulmamalıdır.
Gürcü dilindən tərcümə edən: Mirzə MƏMMƏDOĞLU