Koronavirus qayıtdı? – Yox! Doğrudur, səlahiyyətli şəxslər bizi inandırmağa çalışırdılar ki, virus heç bir yerə getməyib ki, qayıtsın. Amma, hər halda, indiyə kimi gün ərzində 200-dən artıq yoluxma halı qeydə alınmırdı. İndi yaranmış reallıq daha çox ehtiyatlı olmağa əsas verir. Ölkənin baş epidemioloqları ölkə miqyasında koronavirusla mübarizə aparana qədər lüğətimizə yeni sözlər daxil oldu. Bu sözlərin mövcudluğundan xəbər tutmasaydıq daha yaxşı olardı, ancaq dünyada pandemiya reallığı olduğuna görə “etaloni.ge” son aylarda məşhur olan sözlərin açıqlamasını təqdim edir:

 

Pandemiya – pandemiya (yunanca pandemiya ümumxalq deməkdir) – epidemiya, yoluxucu xəstəliklərin regionda, yaxud bütün dünyada yayılması xarakterini daşıyır.

 

Termoskrininq – bədən hərarətinin xüsusi cihazla ölçülməsi.

 

Klaster – latın sözüdür, sıxlıq, topluluq, dəstə deməkdir.

 

Karantin – yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması üçün xəstəliyi olanlar və onlarla təmasda olmuş şəxslərin müvəqqəti təcridi.

 

İzolyasiya (Təcrid) – orqanizmlərin bir-birindən ayrılması.

 

Onlayn-dərs – müasir texnologiyalardan istifadə edərək internet vasitəsilə keçirilən dərs.

 

Seroprevalans tədqiqatı – tədqiqatın bu prosesi seçmə metoddan istifadə etməyi nəzərdə tutur.

 

PCR testi – Polimeraz zəncirvari reaksiya, PZR testi (ing: Polymerase Chain Reaction, PCR). Bu test zamanı nazofarengial sürüntüdən (burun-udlaqdan yaxma) alınan materiala baxılır. PZR alınan nümunədə hətta çox az miqdarda olan DNT-nin amplifikasiyasına və mikroorqanizmin müəyyənləşdirilməsinə imkan verən bir üsuldur. DNT-əsaslı üsullar xəstəliyin agentinin birbaşa nümunədən aşkar olunmasını təmin edir. Bu isə xəstəliyin diaqnozunun daha tez qoyulmasına və müalicə müddətinin erkən başlanmasına kömək edir.

 

Təmas – birbaşa əlaqə, toxunmaq.

 

Distansiya – iki subyekt arasında müəyyən məsafə.

 

Dezobariyer – dezinfeksiya məhlulu ilə isladılmış, giriş-çıxışlar üçün nəzərdə tutulmuş kiçik xalça.

 

Sanitayzer - əl üçün dezinfeksiya məhlulu.