2030-cu ildə Gürcüstanda yoxsulluğun səviyyəsi 10,7 %-ə enəcək. Bu barədə hökumət tərəfindən təsdiqlənmiş “2030-a baxış – Gürcüstanın İnkişaf Strategiyası”nda qeyd olunub.

 

Sənədə görə, 2021-ci ildə Gürcüstanda mütləq yoxsulluğun səviyyəsi 17,5 faiz təşkil edirdi, plana əsasən, bu göstərici 2025-ci ildə 14,9 faiz, 2030-cu ildə isə 10,7 faiz təşkil etməlidir.

 

Sənəddə həmçinin iqtisadi artım proqnozları da müzakirə olunub. Hökumətin məlumatına görə, 2021-ci ilin baza ilində ümumi daxili məhsulun artım tempi 10,4 % təşkil edib. Gürcüstan iqtisadiyyatı 2025-ci ildə 5,2 %, 2030-cu ildə isə 5 % artacaq.

 

Sənədə əsasən, 2021-ci ilin baza ilində dövlət borcunun ümumi daxili məhsula nisbətinin sabitlik səviyyəsi 49,4 % təşkil edib və Gürcüstanın inkişaf strategiyasına əsasən, bu nisbət 2025-ci ildə 42,5 %-ə, 2030-cu ildə isə 35 %-ə bərabər olmalıdır.

Mənbə: bpn.ge