Yığım pensiyası sxemindən çıxmaq, pensiya yatırımı və ya başqa gəlirin qaytarılması və sistemə yenidən üzv olmaq qaydası təsdiqlənib.
Qaydaya əsasən, qanun qüvvəyə minənə qədər (2018-ci ilin 6 avqustu) 40 yaşı tamam olan (qanun qüvvəyə minənə qədər 60 yaşı tamam olan kişi və 55 yaşı tamam olan qadınlardan başqa) işlə təmin olunmuş və pensiya sxemi iştirakçısı olmaq istəməyən şəxsin pensiya sxemindən çıxmaq səlahiyyəti var. Həmin şəxs pensiya sxeminə məcburi qayda ilə avtomatik üzv olduğu tarixdən 5 ay müddətində, ancaq üzv olma tarixindən 3 ay gec olmadan pensiya sxemindən bu qaydaya uyğun olaraq çıxa bilər.
Qeyd edək ki, bu qayda Gürcüstanın bütün vətəndaşlarına, həmçinin məktəb və bağça müəllimlərinə də aiddir.
İşlə təmin olunan şəxs bu maddənin birinci bəndi ilə tətbiq edilmiş müddətdə qaydaya uyğun olaraq pensiya sxemindən çıxmaq hüququndan yararlanmazsa o, pensiya sxeminin iştirakçısı olaraq qalır.
Pensiya sxemindən çıxdığı haqqında ərizə ilə Pensiya Agentliyinə və ya səlahiyyətli inzibati orqana müraciət edən zaman şəxsin identifikasiyası məqsədi ilə işlə təmin olunan, yaxud onun nümayəndəsi şəxsiyyəti təsdiq edən sənəd, nümayəndəsi olduqda isə notarius qaydası ilə təsdiq edilmiş müvafiq etibarnamə təqdim etməlidir.
“Elektron sistem avtomatik rejimdə işlə təmin edilmiş şəxsin pensiya sxemində iştirak etməsi ilə bağlı statusu haqqında məlumat yaradır, səlahiyyətli əməkdaş işlə təmin olunan şəxsə və ya nümayəndəyə məlumat verir”, – sənəddə deyilir.
Qeyd edək ki, əgər işlə təmin olunan şəxs pensiya sxemindən çıxmağa səlahiyyətlidirsə, “səlahiyyətli əməkdaş elektron sistem vasitəsilə işlə təmin edilmiş şəxsin pensiya sxemindən çıxması haqqında ərizənin verilməsini, çap edilməsini və imza məqsədilə həmin şəxsə, nümayəndəyə verilməsini təmin edir”.
Əgər şəxs pensiya sxemindən çıxmırsa, “elektron sistem işlə təmin olunan şəxsin pensiya sxemindən çıxması haqqında ərizə vermir”.
Mənbə: etaloni.ge