Elizbar CAVELİDZE
(əvvəli burada)
İkincisi, Koroğlunun qoşqusunun strukturu metrik sistemə əsaslanır, bu da hecaların miqdarına uyğun olaraq ikiyə bölünür: səkkiz və on bir hecalı sətirlərlə tərtib edilmiş dörd sətirliyə, yaxud bəndlərə. Qısası, həmin çoxhecalı şeirlərin bəndlərinin sayı bir və doqquz arasında olur, halbuki, hər halda qeyd etməliyəm, ən çox üç, dörd, beş və altı bəndli ölçü ilə və ya səkkiz hecalı, on bir hecalı ölçü ilə yazılmışdır ki, bunların da sətirləri ya səkkiz hecalıdır, ya da on bir hecalı. Təhlil olunan eposun şeirləri yalnız və yalnız iki ritmik sxemlə (səkkiz-on bir hecalılar ilə) qurulub və başqa ölçüləri istisna edir. Səkkiz hecalı sətir müxtəlif hecalar yanaşmasına yol verir, 1, 2, 3 və 4 hecalı sözü möhkəm, hədd ayırıcısı hesab edə bilərik, çünki Koroğlu eposunu əhatə edən nə səkkiz hecalı, nə də on bir hecalı şeirlərdə beş hecalı söz bizə rast gəlmir. Dəmirçioğlu öz adını beş hecalı təqdim edəndə bir hal müstəsna təşkil edir (Bax: “Koroğlu”, səh. 124-125). Elə burada qeyd etməliyəm ki, konkret halda o ritmik sxemə uyğun gəlir. Lakin başqa halda bu adın bu cür üzərə çıxarılması ritmik sxemi pozur, daha düzgün olar ki, o, Dəmirçoğlu olaraq yazılsın, bu da ölçü sxeminə uyğun olar.
Səkkiz hecalı sətirlə yazılmış bəndlərin sətirlərində hecalara yanaşma kəskin şəkildə qorunub. Bu da, artıq qeyd etdiyim kimi, hecaların istənilən yanaşmasına yol verir (müstəsna hal barədə yuxarıda sizə bildirdik), nəhayət bizə səkkiz hecalı sətir verir. Məsələn: 1+1+2+4= 8; 2+2+2+2=8; 2+3+3=8; 3+2+3=8 və ya 3+3+2=8 və sair. Çox az hallarda bəndin mikrostrukturunda hecalara yanaşmanın bir növ sxemi özünü göstərir, bu da daha çox hecaların harmoniyasını yaradır. Məsələn, şeirlərin birinin ikinci bəndi bu cür sxemlə yazılmışdır: 3+2+3=3+2+3=8; 3+2+3=8 və bu cür yanaşma növbəti bəndlərin ayrı-ayrı sətirlərində də hiss olunur: 3) bəndin I-II sətri və 4) bəndin I və II sətri 3+2+3 və sair.
Beş hecalı sözün istisnalığına gəldikdə, nəsə öz adını – Dəmirçoğlu yaradır, şeirin birinci bəndinin ritmik sxemi belə görünür: 8/9/8/9 və hecaların bu cür yanaşmasını bizə verir: 1) 2+2+2+2=8; 2) 5+2+2=9; 3) 4+2+2=8; 4) 5+2+2=9 (Bax: “Koroğlu”, səh. 374). Sətirlərin bu cür yanaşması düzələr, əgər (Dəmirçoğlu) yazsaq, bu da ərəb yazısı ilə tamamilə düzgündür və düzgün bənd alarıq: 8/8/8/8. Lakin elə burada qeyd edirəm ki, birinci sxemi də, eləcə də səkkiz və doqquz hecalı bir növ simmetrik yanaşma kimi hesab edə bilərik: 8>9/8>9, barı bu yanaşmanı hər halda istisna hal olaraq hesab etməliyik, çünki yeganə nümunədir.
11 hecalı ölçü ilə yazılan şeirlərin bəndləri barəsində bildirmək istəyirəm ki, bu halda da sətirlər arası izoterizm kəskin şəkildə qorunub. Sətrin hüdudlarında hecaların istənilən yanaşması (beş hecalı sözlərdən başqa) yol veriləndir. Qısası, istənilən seqmentlərin yanaşması 1+2+3+4+5 məqbuldur, başlıcası odur ki, bu yanaşmaların cəmi bizə on bir hecanı verir. Elə burada xüsusilə qeyd etməliyəm ki, 8 və 11 hecaların sezurası (durğu) yoxdur ki, bu da gözü iki-ikiyə bölür. Bu sətirlər bir bütöv böyüklüyü təşkil edir ki, bu da hecaların istənilən qarşılıqlı yanaşmasına yol verir. Məsələn: 2+2+2+2+3=11; 3+3+2+3=11; 3+3+2+3=11; 3+3+2+3=11; 3+3+2+3=11. Qeyd olunan sətirlərdə hecaların yanaşmasının simmetrikliyi sətrin çərçivəsində olduğu kimi, eləcə də bənd səviyyəsində sətirlərin ölçü eyniliyi ilə özünü büruzə verir. Lakin bu cür hecalar yanaşması sxemi kanonik deyildir və təsadüfi xarakter daşıyır. Artıq qeyd etdiyim kimi, sətir səviyyəsində istənilən hecalar yanaşması yol veriləndir və təbiidir də: 1+2+3+1+2+2=11; 1+3+1+1+2+3=11; 2+2+2+2+3=11; 1+3+4+3=11; 2+2+4+3=11; 2+4+2+3=11; 1+3+1+1+2+3=11; 3+3+3+2=11; 2+4+1+2+2=11; 2+4+1+1+3=11; 1+3+1+1+2+3=11 və sair.
Sözü uzatmamaq üçün bu yekun nəticəni çıxarda bilərik: şeirin bənd strukturunu ritmin mikrostrukturu müəyyən edir ki, bu da nizama salınmış ölçü meyarı ilə müqayisə olunub və müəyyən mənada zənginləşdirilib, musiqinin, daha doğrusu, fərqli mahnının müxtəlif melodiyası ilə doldurulub.
Yuxarıda artıq qeyd etdim ki, “Koroğlu” eposu aşıq mahnıları repertuarı ilə zəngindir. Eləcə də məlumdur ki, aşıq poeziyası şeirinin əsas forması qoşmadır ki, bu da müxtəlif növlərə ayrılır: düz qoşma, yedəkli qoşma, ayaqlı qoşma, zəncirləmə qoşma, qıfılbənd qoşma, qoşayarpaq qoşma və sair.
Bu dəfə bizi qoşmanın təhlil olunan eposda rəst gəldiyimiz növü maraqlandırır. Bu düz qoşma başqa cür olaraq “adi” qoşma kimi xatırlanır və bir qayda olaraq on bir hecalı ölçü ilə yazılır, bir neçə bənddən təşkil olunur. Şeirin strukturunu belə ritmik sxem yaradır: ØaØa bbba, ccca və sair və ya abab cccb qqqb və sair. Koroğlunun bütün on bir hecalı qoşquları məhz elə bu cür sxemlə təqdim olunur. Lakin on bir hecalı şeirdən səkkiz hecalı şeir çox olmasa da az rast gəlinmir, həmin sxemi təkrar edir. Halbuki bu cür hecaların miqdarının bir-birini əvəz etməsi xalq poeziyası üçün yad deyildir və tamamilə təbii görünür, illah da, əgər xatırlasaq ki, türkdilli folklorda bu şeir formasının dastanı mövcuddur, bu da on bir və ya səkkiz hecalı şeir ilə yazılır, xüsusi melodiya ilə oxunur. Şeirin bənd strukturunun sxemi isə belədir: aaab, sssb, qqqb və sair. Bu cür durumda mahnının melodiyasını mühüm olaraq hesab edə bilərik ki, bu da elə eyni formanın müxtəlif növünü yaradır. Elə burada qeyd etməyi lazım bilirəm ki, təhlil olunan şeirlərdə bəndin ikinci və ya dördüncü sətrində bizə rədif rast gəlir – ayrı-ayrı ritmik hecanın, sözün, cümlənin təkrarı ilə. Belə ki, bu şeirin əsas fikrini vurğulayır və semantik olaraq bəndlərdə sərgilənən fikir layını bağlayır.
Düşünürəm ki, təhlil olunan eposun aşıq şeiri-qoşma tematikasına toxunsam, həmin semantik dairələr olaraq təqdim etsək artıq olmaz.
a) Əksəriyyəti Koroğlu şəxsiyyətinin təbiət-xarakterini, onun sarsılmazlığını, barışmazlığını və mükəmməl döyüş sənətini, Koroğlunun özü, aşıq Cünun və dəlibaşların oxuduqlarını bizə təqdim edir;
b) Koroğlu və Nigar xanımın eşq duyğularının əks olunması;
c) Koroğlunun məsləkdaşlarının: Dəmirçioğlu, Ayvaz və başqalarının igidliyi və eşqə mübtəla olma sərgüzəştləri;
ç) Xanımların gözəlliyinin və onların ağıl və zəkalılığının verilməsi;
d) Dərdli, narahat, ürəyi dağlı insanın kədəri;
e) Paşaların, bəylərin, şahların vəhşiliyi;
ə) Təbiətə qarşı münasibət;
f) Atlara qarşı fərqli münasibət;
g) Savaşı əks etdirən mənzərələr və döyüşə çağırış;
ğ) İgidlik inancı və məcəlləsinin qaydaları;
q) Yumorun büruzə verilməsi;
l) Deyişmə janrı;
m) Qurdoğlunun ortaya çıxması və sair.
Təbiidir ki, tematik dairə eposun semantik məkanına tamamilə uyğun gəlir. Demək mümkündür ki, aşığın bu mahnısı bu və ya digər qəhrəmanlıq epizoduna, istərsə də mübariz igidin portretinin çəkilməsində və təsvir olunmasında müəyyən nüansı və çaları daxil edir.
Təbiidir ki, əsərin qoşmalarının əksəriyyəti Koroğluya aiddir. Çünki bu qəhrəmanlıq eposunun əsas obrazı məhz elə odur. Belə ki, bu əsərdə əks olunan ibadətgahı, başqa cür desək, verilən bütün fəaliyyət məkanını, yaşayış yerini və həyat tərzini və məqsədini o idarə edir. Bəli, Koroğlu təkcə haqsızlığa qarşı mübarizə aparan əsas qəhrəman deyil, eləcə də o, həmin dövrlər mövcud olan zorakılığın məhvedicisi, ümumiyyətlə, əxlaqi dolğunluğun və həqiqi cəngavərlərin rəmzidir. Buna görə də onun adını eşidəndə paşalar və bəylərin canına titrətmə düşür, onun əfsanəsi əyanlar nəslindən olan xanımları eşqə mübtəla edir. O, igidlərin fəxridir və ən başlıcası, o, xalqın xilaskar cəngavər qəhrəmandır. Buna görə də aşıq Cünun onun şöhrətini aləmə yayır və onu belə qələmə verir: Qorxmadan, heç kəsə bildirmədən öz nərəsi ilə paşaların qoşunlarının sayını azaldır, onların qanlı başlarını dığırlayır, düşmənləri cəhənnəmə vasil edir, erkək aslan kimi nərildəyir, paşaların və bəylərin canına titrətmə salır və nəhayət, 72 dəliyə başçılıq edir (Bax: “Koroğlu”, səh. 106-107; “ქოროღლი”, səh. 40).
Cünun, demək olar ki, onu tərif etməkdən yorulmur. Qıratın belində, dəlilər yanında dağları, daşları gəzdiyinin, hərdən acıqlanıb nərə çəkərək yağıların bağrını əzdiyinin, meydana girəndə hünər eylədiyinin, leşi leş üstə qaladığının, yüz sar gəlsə bir tərlana nə edə biləcəyinin, laçın tək havada süzdüyünün, mərd meydanından qaçmadığının, dəliləri başında cəm gördüyünün, tər savaşında düşməni sındırdığının və sair mənzərələrini bizə nəql edir (Bax: “Koroğlu”, səh. 107; “ქოროღლი”, səh. 141).
Tamamilə təbiidir ki, Koroğlunu dəlilər, xanımlar və başqaları tərif edirlər, şöhrətləndirirlər. Lakin onun özü barəsində nə düşünməsi və öz şəxsiyyətini necə təqdim etməsi daha çox diqqətə layiqdir. Elə eposun başlanğıcında Dəli Həsənlə savaşmamışdan öncə Koroğlu bu cür xarakterizə edir ki, meydana girəndə meydan onundu, Qıratı köhləndi, özü qəhrəman, çalar qılıncı, düşmən onundu. Meydana girəndə meydan tanıyan, haqq vergisinə qane olan, bir igiddir, igidlərin xanıdır. Bu ətrafda bütün hər yan onundur. Gündoğandan ta günbatan onundur. Eyni zamanda o hesab edir ki, igid meydana girəndə qaynayıb coşmamalıdır. Əgər olsa haqqın səsi qismətdən qaçmamalıdır. Onu da qeyd edir ki, igid igidin payına köndələn düşməməlidir. Meydana çıxanda onun üçün bir olmalıdır – düşmən əllidir, yoxsa yüzdür. Lakin döyüşçü həddini aşmamalıdır. Ona görə də Dəli Həsəndən xahiş edir ki, and içmişəm, bu gün döyüş olmasın. Yoxsa aslan kimi cuşa gələrəm, qarı düşmən dərələrə tökülsün. Qaçıb çıxar olsan göyə, kəmənd tullayıb tutaram. Qollarını daldan çataram. Çəkib Hələb bazarında səni qul kimi sataram (Bax: “Koroğlu”, səh. 30-32; “ქოროღლი”, səh. 36-38).
Bu cür özünü təsəvvür etməni müasir oxucu lovğalıq və təkəbbürlük hesab edə bilər, lakin Orta əsrlərdə döyüşdən öncə döyüşçülər özlərini bir-birilərinə belə təqdim edirdilər. Bu müəyyən olunmuş qayda idi ki, bunu da cəngavərlər pozmurdular. Özlərini öyməyə, şöhrətləndirməyə gələndə isə, bu da rəqibə mənəvi təsir göstərmək üçün adi hal idi. Onu da unutmamalıyıq ki, yuxarıda gətirilən epizodda Koroğlu Dəli Həsəndən xahiş edir ki, bu gün döyüş olmasın və əmin-amanlıqla söhbət etsinlər.
Mənim mühakiməmi elə başa düşməyin ki, Koroğlu öz şəxsiyyətinin ləyaqətini dərk etməyib. Yox, cənablar, dərk edir, hələ bir üstəlik artıq da. Lakin bunu da ümumxalq tərəfindən tanınan qəhrəmanın təbii xüsusiyyəti olaraq hesab edə bilərik. Amma təbii xüsusiyyətlərdən ənənəyə çevrilmiş qayda daha çox şərtləndirir: igidin özünü öyməsi, tərif etməsi də bir qayda olaraq cəsurun, yaxud “yaxşı igidin” əxlaq məcəlləsi çərçivəsinə çevrilmişdir.
(davamı burada)
Gürcü dilindən tərcümə edən:
Mirzə Məmmədoğlu