NƏ VAXTSA AĞI QARADAN SEÇMƏYİN VAXTI GƏLƏCƏK

(Türk folklorunun estetikası və mənəvi əqidəsi)

 

 Elizbar CAVELİDZE

 

 

Bu boyun sonunda oğuzların, demək olar ki, bütün bəyləri sadalanıb. Belə ki, Dədə Qorqud onları xatırlamağı şərəf hesab edir və elə burada onların xidmərlərinə işarə edir, çünki “Dədə Qorqud”da verilən bu sadalamanın və onların etdiyi qəhrəmanlıqların tarixi əhəmiyyətindən başqa, əxlaqi-estetik dəyəri vardır. Bu nüsxənin tam göstərilməsini məqsədyönlü hesab edirəm: “Qara Dərə ağzında Qadir verən, qara buğa dərisindən beşiginin yapuğı olan, acığı tutanda qara daşı kül eyləyən, bığın ənsəsində yedi yerdə dügən, ərənlər əvrəni Qazan bəgin qardaşı Qaragünə çapar yetdi: Çal qılıcın, qardaş Qazan, yetdim!” - dedi.

 

Dəmir qapu Dərvənddəki dəmür qapuyı dəpüb alan, altmış tutam ala göndərinin ucında ər bögürdən Qıyan Selcik oğlı Dəli Dondar çapar yetdi: “Çal qılıcın, ağam Qazan, yetdim!” - dedi.

 

Bunun ardınca, xanım, görəlim, kimlər yetdi: Həmidlən Mərdin qalasın dəpüb yıqan, dəmür yaylı Qıpcaq Məlikə qan qusduran, gəlübən Qazanın qızın ərliklə alan, Oğuzun aq saqallu qocaları görəndə ol yigidi təhsin ləyən, al mahmuzıu şalvarlı, atı bəhri xotazlı Qaragünə oğlı Qara Budaq çapar yetdi: “Çal qılıcın, ağam Qazan, yetdim!” - dedi.

 

Bunun ardınca, görəlim, xanım,  kimlər yetdi: Dəstursuzca Bayındır xanın yağısın basan, altmış bin kafirə qan qusduran, ağ-boz atının yelisi üzərində qar durduran Qəflət qoca oğlu Şir Şəmsəddin çapar yetdi: “Çal qılıcın, ağam Qazan, yetdim!” - dedi.

 

Bunun ardınca görəlim, xanım, kimlər yetdi: Parasarın Bayburd  hasarından parlayub uçan, apalaca gərdəginə qarşu gələn, yedi qızın umudi, Qalın Oğuz imrəncəsi, Qazan bəgün inağı, Boz ayğırlu Beyrək çapar yetdi: “Çal qılıcın, ağam Qazan, yetdim!” -dedi.

 

Bunun ardınca, xanım, görəlim, kimlər yetdi: Çaya baqsa çalımlu, çal qaraquş ərdəmlü, qurqurma quşaqlu, qulağı altun kübəli, Qalın Oğuz bəglərini bir-bir atından yıqıcı Qazlıq qoca oğlı bəg Yegnək çapar yetdi: “Çal  qılıcın, ağam Qazan, yetdim” - dedi.

 

Bunun ardınca görəlim, xanım, kimlər yetdi: Altmış ögəc dərisindən kürk eyləsə, topuqlarını örtməyən, altı ögəc dərisindən külah etsə, qulaqlarını örtməyən, qolı-budı xaranca, uzun baldırları incə, Qazan bəgün dayısı At ağızlu Aruz qoca çapar yetdi: “Çal qılıcın, bəgüm Qazan, yetdim!” - dedi.

 

Varıban Peyğəmbəri yüzini görən, gəlübəni Oğuzda səhabəsi olan, acığı tutanda bıqlarından qan çıqan, Bığı qanlu Bügdüz Əmən çapar yetdi: “Çal qılıcın, ağam Qazan, yetdim!” - dedi.

 

Kafirləri it ardına bıraqıb xorlayan, eldən çıqub Ayğır gözlər suyından at yüzdürən, əlli yedi qalamın kilidin alan, Ağ Məlik Çeşmə qızına nikah edən Sofi Sandal Məlikə qan qusduran, qırq cübbə bürinüb otuz yedi qala bəginin məhbub qızlarını çalub bir-bir boynın qucan, yüzində-dodağında öpən İlək qoca oğlı Alp Ərən çapar yetdi: “Çal qılıcın, ağam Qazan, yetdim!” - dedi (Bax: Gilqameş, Babil mətnindən M.Sereteli tərəfindən tərcümə, Konstantinopol, 1924).

 

Dədə Qorqud bu bəylərin döyüşə atılmasını bir növ dinamik forma ilə sadalayır və sadalayan zaman əlaqələndirici ağıdan istifadə edir: “Bunun ardınca, xanım, görəlim, kimlər yetdi”. Bu da bu sxematik sadalama xarakterini yox edir və bu epizodun süjet inkişafına bir növ dinamizm verir. O, olduqca çox diqqətə layiqdir ki, oğuzların sadalanması və xatakterizə edilməsi dəqiq elə həmin formada başqa boyda da təkrar olunub (Bax: “Qazan xanın oğlu Uruz bəyin dustaq olduğu boy”). Bu sadalamada yalnız iki və yaxud üç əhəmiyyətsiz ad əlavə olunur: Dəli Dundar, “bin Bəğdiz başları Əmən”, “doqquz qoca başları Aruz”...

 

Yuxarıda dəfələrlə qeyd etdim ki, eposu identik, bənzər epizodların təkrarlanması xarakretizə edir. Buna nümunə olaraq ən qədim epos olan Gilqameşi göstərə bilərik (D.D.K., səh. 58-59; D.D.K., səh. 34; O.D.D.K.K., səh. 66.).

 

İllah da ki, bu xalq eposunu xarakterizə edir və Dədə Qorqudun süjetinin inkişaf qaydasına tamamilə uyğun gəlir. Lakin mən hər halda düşünürəm ki, qarşılıqlı bənzərlik bu cür səhnələrin, götürək, Oğuz bəylərinin bu tipoloji sxemin təkrarlanması, hər şeydən öncə elə bu epizodun tarixi dəyərlərindən və əhəmiyyətindən xəbər verir. İkincisi də, bu təkrarın məqsədi oxucuda və dinləyicidə emosiyalı effekt əmələ gətirməkdir. Üçüncü də, burada artıq qeyd etdim ki, təkrarlıq eynilik estetikasının çox qəbul olunmuş ünsürüdür. Və nəhayət, başlıcası, burada konkret halda ümumi növ oğuzların güclü bəyi əhatə olunmayıb, bu da tamamilə “Dədə Qorqud”un bədii canlandırma metoduna tamamilə uyğun gəlir, eləcə də ayrı-ayrı qəhrəmanların fərdi xarakterizə edilməsi varımızdır ki, bu da təəssürat oyadıcı və izinə düşülmüş cizgilərlə və elə götürək libasın xüsusiyyətliliyi ilə, xatırlanan igidlərin bir-birindən fərqlənən xarakterini bizə təsvir edir. Bu, o dövrün fəaliyyətdə olan ümumi qanunun pozulmasıdır ki, bu da klassik ədəbiyyat üçün tamamilə yolverilməzdir. Lakin müəyyən olunduğu kimi, folklorda olar. İstər elə, istər belə, bu epizod bədii görüş dairəsi ilə tələsikdir  və onun təkrar edilməsi də Orta əsrlərin, eləcə də bugünkü oxucuda və dinləyicidə emosiyalı qüvvə ehtiyatını oyadır.

 

Elə ilk sözün üzərinə gələk: “Arı sudan abdəst aldılar. Ağ alınların yerə qodılar. İki rükət namaz qıldılar. Adı görklü Məhəmmədə salavat gətürdilər. Bitəkəllüf kafirə at saldılar”. Ümumiyyətlə, bəylərin döyüşdən öncə müraciət etdiyi bu ayin sonralar oğuzlar tərəfindən islamın qəbul olunmasından sonra yayılmış və ümumiyyətlə, islamda bərqərar olunan ənənə-qaydadır. Bu dəfə qəribə dinamizm ilə verilən döyüş mənzərəsi daha çox duyğu oyadıcıdır. “Qılıc çaldılar. Gumbur-gumbur naqaralar dögildi. Burması altun tuc borılar çalındı. Ol gün cigərində olan ər yigitlər bəlürdi. Ol gün müxənnətlər sapa yer gözətdi. Ol gün bir qiyamət savaş oldı, meydan dolu baş oldi. Başlar kəsildi top kibi. Şahbaz-şahbaz atlar yügürdi, nalı düşdi. Ala-ala göndərlər süsildi. Qara polat uz qılıclar çalındı, yalmanı düşdi. Üç yeləkli qayın oqlar atıldı, dəmrəni düşdi. Qiyamətin bir güni ol gün oldı. Bəg nökərindən, nökər bəgindən ayrıldı” (D.D.K., səh. 65; D.D.K., səh. 34; O.D.D.K.K., səh. 72.).

 

Doğrudan da, mübarizə meydanı aydınlığı və çevikliyi ilə verilmişdir ki, dinləyicidə nübarizədə həmiştirakı duyğusunu oyatmaya bilməz. Bütün hallarda gözünü yaxşı açan və yaxşı diqqət kəsilən və həqiqəti dərk etmək qabiliyyəti olan kəs bu gün də oğuzların fədəkarlıq mübarizəsinin hay-küyünü eşidir. Ozanın məqsədi də təkcə tarixi faktı qeyd etmək deyil, eləcə də dinləyicinin estetik hissinin düzənliyinə çevirmək və onda yurd üçün mübarizə aparanların həmduyğusunu oyatmaqdır.

 

Bunun o da sübutudur ki, döyüş anının təsviri az-çox bütün boylarda dəqiqliyi ilə təkrar olunur ki, burada da kafirlərə qarşı nübarizə verilmişdir. Qısası, işimiz bədii-estetik prinsiplərlə çəkilmiş ümumi tipik mənzərə ilədir.

 

Elə burada oğuzların mübarizəsinin tarixinə dair mühüm məlumat verilmişdir: “Daş Oğuz bəgləriylə Dəli Dondar sağdan dəpdi. Cılasun yigitlərlə Qaragünə oğlı Dəli Budaq soldan dəpdi. İç Oğuz bəgləriylə Qazan dopa dəpdi, Şökli Məlikə həvala oldı, Şökli Məliki bögür dübəni atdan yerə saldı, ğafillücə qara başın alub  kəsdi, qaxışdın alca qanın yer yüzinə dökdi. Sağ tərəfdə Qara Tükən Məlikə Qıyan Selcük oğlı Dəli Dondar qarşu gəldi...” Oğuzların və qədim türkdilli xalqların mübarizə taktikası tamamilə göz qabağındadır ki, buna da uyğun olaraq mübarizə üç: sağ, orta və sol tərəfdən hücum olmaqla həyata keçirilir. Məhz elə bu vasitə ilə on iki min kafir məğlub oldu və həyatla vidalaşdı, oğuzlar isə din uğrunda mübarizədə beş min nəfər itirdilər.

 

Və bir fakt da – Qazan xan qaçanları təqib etmədi, əfv diləyən kəsə həyat bağışladı...

 

Təbiidir ki, bu döyüş də oğuzların qələbəsi ilə sona yetdi və Qazan xan öz ailəsini xilas edi.

 

Rəvayət yenə də ənənəvi mənzərə ilə  başa çatır: “Dədəm Qorqud gəlübən boy boyladı, soy soyladı, Bu oğuznaməyi düzdi-qoşdı”. Bundan sonra Dədə Qorqudun tövsiyəsi və duası gəlir ki, bunu da yuxarıda artıq müzakirə etdik.

 

                                                     ***

İndi növbəti “Qam Börənin oğlu Bamsı Beyrək boyu”nu gözdən keçirək. Bu böyun süjeti “Dədə Qorqud”a daxil olan boylardan, demək mümkündür ki, uzundur, lakin düzxətli deyildir və çoxtərəfli şaxələnmişdir.  İndi həddindən artıq qısa, bu süjetin məhvərinin inkişafının əsas mərhələləri: Bayındır xanın ziyafətinə Oğuz bəyləri təşrif buyururlar. Onlar arasında Bay Börə öz müsibətinə görə ah-vay elədi. Onun taxt-tacını verməyə, Bayındır xana qulluq edə biləcək oğlu yoxdur. “Оl zamanda bəglərin alqışı alqış, qarğışı qarğış idi”. Həmin vaxt onlar dua etdilər, Tanrı onların yalvarışlarına mərhəmət etdi. Onda Baybican bəy də xahiş etdi ki, onun üçün də dua etsinlər, Tanrı ona qız versin və vurğuladı: “Bəglər, Allah-taala mana bir qız verəcək olursa, siz tanıq olun, mənim qızım Baybörə bəg oğluna beşikkərtmə yavuqlı olsun!”, - dedi.

 

Zaman keçdi. Allah-taala Baybörə bəyə bir oğul verdi. Bəzirganları yanına çağırdı və oğlu üçün hədiyyələr almağa göndərdi. Bəzirganlar gecə-gündüz yol gedərək İstanbula çatdılar. “Dan-dansux ilə yaxşı ərmağanlar aldılar. Baybörənin oğlıyçun bir dəniz qulunı boz ayğır aldılar. Bir ağ tozlu qatı yay aldılar. Bir dəxi altı pərli gürz aldılar. Yol yarağın gördilər”.

 

Lakin Oğuz qaydasına və ənənəsinə görə, bir baş kəsməsə, qan tökməsə idi ona ad qoyulmayacaqdı. Baybörənin oğlu ova çıxdı. Onun atası Əmiraxurbaşı ziyafət verdi. Bu zaman isə bəzirganlar 16 ildən sonra geri qayıtdılar. Lakin onların üzərinə Dərbənd dərəsində Evnik qalasının kafirləri qəfildən hücum etdilər və onları soydular. Bəzirganlar qaçaraq oğuzlara sığındılar və yardım üçün igidə müraciət etdilər və öz sərgüzəştlərini ona danışdılar. İgid düşünmədən quldurlarn üzərinə hücuma keçdi, qılınc çalanın, başını yuxarı qaldıranın isə həmin an başını vurdu. Sevinmiş bəzirganlar ona öz mallarını təklif edirlər. İndi bəyəndiyin maldan götür dedilər. İgid onun üçün alınan malları bəyəndi. Bəzirganlar bu malları hədiyyə etməkdən imtina edirlər və səbəbini izah edirlər – “Bu şeyləri bizim bəyimiz Baybörə bəyin oğlu üçün aparırıq”, - dedilər. İgid özünü bildirmədi və atı qamçılayıb yoluna düzəldi.

 

Bəzirganlar bəyin yanına gələndə bu oğlanı burada gördülər və hər şeydən öncə onun əlindən öpdülər. Qəzəblənən Baybörə bəy onları təhqir edir: “Mərə, qavat oğlı qavatlar! Ata dururkən oğul əlinmi öpərlər?” Lakin bəzirganlar bu ənənənin pozulması səbəbini və onun oğlunun etdiyi igidliyi barədə ona izah edirlər.

 

Xan düşündü ki, oğluna ad qoyulmasının məqamı yetişib. Oğuzların pəhləvan bəylərini dəvət etdi və oğuz oğlunun haqq-hesabını onlara söylədi və onlar da oğlanı təriflədilər. Dədə Qorqud gəldi və ad qoydu: “...Sən oğluni “Bamsam” deyü oxşarsan, Bunun adı Boz ayğırlıq Bamsı Beyrək olsun. Adını bən verdim, yaşını Allah versün, - dedi (D.D.K., səh. 67; D.D.K., səh; 36-37; O.D.D.K.K., səh. 74.).

 

Oğuz bəyləri də ova çıxdılar və Beyrək öz ayğırına mindi. Qəflətən oğuzun üzərinə bir sürü maral gəldi. Bamsı Beyrək birini qova-qova bir yerə gəldi, burada da qırmızı çadır qurulmuşdu. Bu çadır onun beşikkərtməsi olan Banıçiçəyə məxsus idi... Bir-birlərini təqdim edəndən sonra qız onunla cıdırda, ox atmaqda və güləşmək yarışmasını tələb edir.

 

Onlar bir-biri ilə yarışırlar. Nəhayət, oğlan təpər və cəfadan sonra qalib gəlir. Sonda qız ona kimliyini açıqlayır. Oğlan beş dəfə öpür, bir dəfə diçləyir, sonra uzaqlaşır və atasına yaxınlaşıb onu halı edir ki, onun evlənmək vaxtıdır. Ata ondan soruşur ki, kimə nişanlanmaq istəyirsən. Buna oğlu cavab verir: “Baba, mana bir qız alı ver kim, mən yerimdən durmadın ol durgəc gərək! Mən qarağuc atıma binmədın ol binmax gərək! Mən qırıma varmadın ol mana baş gətürmək gərək! Bunu kibi qız alı ver, baba, mana” - dedi. Atası ona cavab verir: “Oğul, sən qız diləməzsən, kəndünə bir hampa istərmişsən. Oğul, məgər sən istədigin qız Baybican bəg qızı Banıçiçək ola?!” -  dedi. (D.D.K., səh. 70-71; D.D.K., səh; 39-40; O.D.D.K.K., səh. 79.) Ağsaqqal əziz ata, bəli, mənim istədiyim məhz elə odur, - deyə oğlu cavab verir.

 

Gürcü dilindən tərcümə edən: Mirzə MƏMMƏDOĞLU