Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Təşkilatının sədri Musa Hacıyev və təşkilatın layihə rəhbəri Zviad Koçalidze 8-10 avqust tarixlərində Türkiyənin paytaxtı Ankara şəhərində işgüzar səfərdə olublar.
Səfər çərçivəsində onlar Türkiyənin Beynəlxalq Texnologiya, İqtisadiyyat və Mədəni Əlaqələr Birliyinin rəhbəri Şükrü Özek, Türkiyə prezidentinin Baş məsləhətçisi Seyit Sertçelik, Yurtdışı Türklər və Akraba Topluluklar Başqanlığının (YTB) rəhbəri Abdullah Eren, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) rəhbəri Serkan Kayalar və Yeddi İqlim Mədəniyyət və Sənət Dərnəkləri Federasiyasının rəhbəri Kamal Özaydınla görüşərək təşkilatın fəaliyyətindən və gələcək planlardan danışıblar.
Gürcüstanlı qonaqlar bütün görüşlərdə səmimi qonaqpərvərliklə qarşılanıblar.