Qardabani Gənclər Mərkəzinin ofisində II Qarabağ müharibəsi şəhidlərinin Anım Gününə həsr olunan tədbir keçirilib.

 

“Yeni Yol” xəbər verir ki, tədbiri Qardabani Gənclər Mərkəzinin icraçı direktoru Hacı Bəkiroğlu açaraq qonaqları salamladıqdan sonra şəhidlər bir dəqiqəlik sükutla yad edilib. H.Bəkiroğlu tədbir haqqında iştirakçılara məlumat verib və bu günün əhəmiyyətindən danışıb.

 

Tədbirdə Kalinino ictimai məktəbinin müəllimi Muradxan Eminov, Tbilisi Dövlət Universitetinin İqtisadiyyat fakültəsinin tələbəsi Səlahəddin Piriyev, Qardabani Gənclər Mərkəzinin dil kurslarının gürcü dili müəllimi İsə Xəmmədov çıxış ediblər.

 

Daha sonra mərkəzin nəzdindəki dil kurslarına gələn tələbələrlə Anım Günü haqqında müzakirələr olunub, onlar bu haqda məlumatlandırılıblar.