Fişənglərin və digər pirotexniki məmulatların Gürcüstana idxalı 11,8 % azalıb. Milli Statistika İdarəsinin məlumatına əsasən, 2020-ci ilin 10 ayı ərzində (yanvar-sentyabr) ölkəyə cəmi 848.52 ton (3,122 milyon ABŞ dolları), 2019-cu ilin analoji dövründə isə 962.23 ton (4,166 milyon ABŞ dolları) pirotexniki məmulatlar daxil olub.
Cari ilin yanvar-oktyabr aylarında Gürcüstanın pirotexnika aldığı 5 ölkə isə bunlardır:
• Çin – 423.6 ton (1,378 milyon ABŞ dolları);
• Polşa – 290.33 ton (954.5 min ABŞ dolları);
• Bolqarıstan – 123.05 ton (731.37 min ABŞ dolları);
• Honkonq –10.14 ton (33.97 min ABŞ dolları);
• Almaniya – 1.35 ton (17.37 min ABŞ dolları).
Mənbə: bpn.ge