Gürcüstanın Milli Statistika Xidməti sosial təminatla bağlı statistika yayımlayıb. Sənədə əsasən, ölkədə ümumilikdə 808 min pensiyaçı var, onların 71 %-i qadın, 29 %-i kişidir.
Xatırladaq ki, Gürcüstanda qadınlar 60, kişilər 65 yaşında pensiyaya çıxırlar. Ölkədə kişilərin orta yaş həddi 67,5, qadınlarınkı isə 75,4-dür.
Statistikaya əsasən, pensiya alanların 29,9 %-i paytaxt Tbilisidə, 16,0 %-i İmeretidə, 10,6 %-i Sameqrelo-Zemo Svanetidə, 9,8 %-i Kvemo Kartlidə, 8,8 %-i Kaxetidədir, qalan bölgələrdə isə ümumilikdə 24,9 % təşkil edir.
Sosial paket alan şəxslərin sayına gəldikdə isə, bu rəqəm 178 426 nəfər təşkil edir, buradan 33,3 % qadınlar, 66,7 % kişilərdir. Sosial paket alanların 70,6 %-i fiziki imkanları məhdud olan şəxslər, 12,85 %-i müharibə iştirakçıları, 12,0 %-i ailə başçısını itirmiş ailə üzvləri, 4,4 %-i dövlət kompensasiyası alan şəxslər, 0,2 %-i isə digər növ sosial paket alan şəxslərdir.
Bölgələrə əsasən sosial paket alanların 27,1 %-i Tbilisidə, 16,6 %-i İmeretidə, 11,5 %-i Acarada, 9,6 %-i Sameqrelo-Zemo Svanetidə qeydə alınıb, qalan bölgələrdə isə ümumilikdə 35,2 % təşkil edir.
Mənbə: bpn.ge