NƏ VAXTSA AĞI QARADAN SEÇMƏYİN VAXTI GƏLƏCƏK
(Türk folklorunun estetikası və mənəvi əqidəsi)
Elizbar CAVELİDZE
İndi yenə qayıdaq Aruzun itmiş kiçik oğluna. Belə ki, onu şir tapır və böyüdür. Çobanlar “aslanın” qəribə davranışını və insani ədalarını sezdilər. Onda Aruz deyir ki, o, mənim itirdiyim oğlumdur və evə aparır. Lakin uşaq onun yanında qalmır və şirin yuvasına qayıdır. Onu yenə tutdular, geri gətirdilər. Dədə Qorqud gəldi, oğlanın adını Basat qoydu və beyninə yeritdi ki, o, inasandır və heyvan deyil.
Elə burada Aruzun çobanı Qonur qoca Sarımın pəriyə necə təcavüz etdiyinin verildiyi ikinci epizod nəql olunur. Pəri uçub getdi, amma çobana dedi ki, il tamam olacaq bulaq başına gəl, məndə əmanətin var, gəl al. Amma Oğuzun başına zaval gətirdin. Çoban da ilin başında bulaq başına gedir və nəsə parıldayan bir yığanağı görür və bu da ki, vurulan zərbədən tədricən böyüyürdü, nəhayət, partladı və oradan balaca bir oğlan doğdu ki, bədəni insan bədəni idi, alnında isə bir gözü var idi.
İndi bir neçə söz də bu epizodlar barəsində. Birinci epizodda itən kiçik oğlana aslan süd əmizdirir və böyüdür. Bu cür epizod totem mənşəyi ilə əlamətdar olan qədim rəvayətlərdə bizə tez-tez rast gəlir. Xüsusən qəhrəmanın vəhşi südü ilə böyüdüyü fakt artıq öz-özlüyündə onun fiziki gücündən xəbər verir, illah da, demək mümkündür ki, ona görə yenilməzdir ki, yenilməz heyvanın böyütdüyüdür və onun həyatı ilə təndir. V.Rubenin (C.Ğuben) öz-özlüyündə türk tayfası üçün canavara nisbətən cinsin əcdadı (ilkin anası) kimi aslanın az xarakterik olması qeydi konkret halda heç nə ifadə etmir və nəzərə alınmamalıdır. Və, budur, niyə, birincisi, şir və pələng güc rəmzi olaraq türkdilli folklorda, eləcə də “Dədə Qorqud”un qarşıdakı boyunda aydınca özünü göstərir. İkincisi də, heyvanın yanında böyüyən yenilməz qəhrəmanın simasına qədim vaxtlardan bəri bir çox xalqın və o cümlədən türkdilli folklorda da rast gəlirik. Və üçüncüsü, ən başlıcası, bu cür qəhrəmanın təsvir olunmasının ən yaxşı nümunəsi və növü qədim Şumer eposu olan “Bilqamıs”ın əsas personajlarından biri, heyvanlar yanında böyüyən, bununla da əzəmətli gücə malik olan və yalnız fahişə qadının qılığı ilə insanlığa və ictimaiyyətə qayıdan Enkidudur. Odur ki, tamamilə təbiidir ki, əgər yol versək, yuxarıda adı çəkilən epizodun şaxələnən qədim Oğuz xalq rəvayətlərində də kökləri vardır. Elə burada artıq olmaz, vurğulayaq ki, Oğuz tayfaları öz həyat tərzilə ev heyvanları ilə sıx əlaqədar idi – at ilə, dəvə ilə, qoyun ilə və təəccüblü deyildir ki, yuxarıda xatırlanan heyvanların adı Oğuz xalq bədii kətanında aydın şəkildə təsvir olunmuşdur. Cins bədöy at xüsusilə dəyərləndirilirdi. Belə ki, onun xüsusiyyətləri və rəngi də çox hallarda elə qəhrəmanın özünün igidliyini müəyyən edirdi. Buna görə də “Dədə Qorqud”un bütün adlı-sanlı qəhrəmanı daim öz kəhər atı ilə birgə xatırlanır. Eləcə də, təbiidir ki, oğuzlar köçəri həyat tərzi zamanı vəhşi heyvan ilə savaşmalı olurdu və təbii ki, onların gücünün əhəmiyyətini də yaxşı anlayırdılar.
İkinci epizoda gəldikdə isə, çobanın pəri ilə yaşaması da folklorda müxtəlif variantlarla yayılmışdır ki, buna da uyğun olaraq qəhrəman bakirə-quşla cinsi əlaqəyə girir. Yuxarıda xatırlanan pəri də qanadlı məxluqdur, bu da ki, insana xoşbəxtlik də gətirə bilər, bədbəxtlik də. Çobanın onu zorlamasına görə oğuzları bədbəxtliyə düçar edir.
Lakin ona kimi Aruz Basatla birgə böyüməsi üçün yeni doğulmuş Təpəgözü evə gətirir. Onun üçün dayə gətirəndə ona elə gəldi ki, südü soğuldu və üçüncü dəfə əməndən sonra dayənin canını aldı. Ona bir gündə bir qazan süd yetmirdi. Sonra böyüyüb uşaqlarla oynayanda bəzisinin burnunu yedi, bəzisinin qulağını. Aruz onu yaxşıca döydü-söydü, yasaq elədi, lakin o öz dediyindən dönmürdü və Aruz onu evdən qovdu.
Bu zaman Təpəgözün anası pəri uçaraq gəldi, öz oğlunun barmağına üzük taxtı və ona dedi ki, ox və qılınc sənə heç nə edə bilməyəcək.
Təpəgöz oğuzlardan qaçdı və uca bir dağa vardı. O, oğuzları qırıb batırırdı. Oğuzlar yeddi dəfə yerlərindən tərpənib başqa yerə getmək istədilər. Lakin Təpəgöz yeddi dəfə də onları geri qaytardı. Bir əlac bulmaq üçün Dədə Qorqudu göndərdilər. Onunla bu şərtlə razılaşdı ki, hər gün iki adam, beş yüz qoyun gətirməli idilər.
Nəhayət, qoca qarı öz müsibətini danışır və yeganə oğlunu xilas etmək üçün Basata xahişlə müraciət edir. Qarının müsibətindən sarsılan Basat Təpəgözlə mübarizə aparmaq qərarına gəlir. Qazan ona izah edir ki, o lənətə gəlmişlə mübarizə aparmasın, məğlub edə bilməyəcəkdir və qoca qarının zarımasına qulaq asmasın. Lakin oğlan öz dediyinin üstündə durur.
Sonra onlar arasında savaş başladı. Basatın atdığı oxları Təpəgöz milçək hesab edirdi. Sonra qalxdı, Basatı tutdu, çəkməsinin boğazına soxdu və qocalara tapşırdı ki, nahar üçün onu yaxşı qızardın. Basatın xəncəri var idi və oradan çıxdı. Qocalardan soruşdu ki, bu vəhşini nə öldürər. Onlar da cavab verdilər ki, onun gözündən başqa heç yerində ət yoxdur. Basat Təpəgözün qızmış şişlə gözünü oydu. Kor olmuş Təpəgöz mağaranın qapısının ağzını kəsdirdi. Əli ilə yoxlayaraq yalnız qoyunları buraxırdı. Basat qoyun dərisini Təpəgözün önünə dürtür, özü isə paçasının arasından sivişib çıxır.
Onlar arasında dialoq baş verir. Təpəgöz ona möhürünü, xəzinəsini və sehirli qılıncın qınını görməyi məsləhət görür. O, irəlicədən düşünülmüş hiylə ilə onu ələ keçirmək istəyir. Lakin Basat hər bir qurulan hiylədən boyun qaçırır və Təpəgözün “yenə qurtuldunmu” sualına, eyni bir cavab verir: “Tanrım qurtardı”. Bu da, ümumiyyətlə, bizə xatırladır ki, hər şeyə qadir olan Tanrı sənə yardım etməsə yaramazlığı məğlub etmək mümküm deyildir.
Nəhayət, Təpəgöz öz ala gözünü dözülməz ağrılara görə ağlayır. Sonra Basatdan soruşur ki, haralısan, sənin atan-anan kimdir, kimsən və vurğulayır ki, alp ərən öz adını gizlədərsə ayıbdır. Basat da cavab verir: “Qalıb duracağım yer Günortacdır, mənim xanım Bayandır xandır, bizim döyüşdə öndə gedən Salur oğlu Qazan, atamın adı Qaba Ağac, anamın adı Qağan Aslan, mənim adım isə Aruz oğlu Basatdır”. Onda Təpəgöz deyir: “Biz ki, qardaş imişik, öldürmə məni”. Lakin igid onun söylədikləri dəhşətləri xatırladır və sənin başını qılıncla kəsməyincə, al qanını yerə tökməyincə rahatlana bilmərəm deyir. Onda Təpəgözə bircə o qalır ki, öz gözünə və öz taleyinə ağlasın:
“Ağ saqallu qocaları çoq ağlatmışam.
Ağ saqalı, qarışı tutdı ola, gözüm, səni!
Ağ birçəklü qarıcıqları çoq ağlatmışam.
Gözi yaşı tutdı ola, gözüm, səni!
Bığçağı qararmış yigitcikləri çoq yemişəm.
Yigitlikləri tutdı ola, gözüm, səni!
Əlcügəzi qınalı qızcığazları çoq yemişəm.
Qarışçuları tutdı ola, gözüm, səni!
Eylə kim çəkərəm mən göz bunını,
Heç yigidə verməsün
Qadir Tanrı göz yükini!
Gözüm, gözüm, ay gözüm!
Yalnuz gözüm! – dedi” (D.D.K., səh. 140; D.D.K., səh. 114; O.D.D.K.K., səh. 165-166).
Basat bunu dinləyə bilmədi, Təpəgözü dəvə kimi dizə çökdürdü və öz qılıncı ilə boynunu vurdu.
Dədə Qorqud gəldi, şad xəbər söylədi və Basata alqış etdi.
***
Doqquzuncu boy “Bəkil oğlu İmranın boyu”nun motivi ənənəvidir: oğul öz şücaəti ilə atasının ləyaqətini qorumaq üçün mübarizə aparır. Ümumiyyətlə, “Dədə Qorqud”un boylarının əksəriyyətinin mövzusu bu prinsip üzərində qurulub: ya ata (ya ana) oğlunu əsirlikdən xilas edir və ya əksinə. Eyni zamanda nəsillərin dəyişməsi prosesi də özünü göstərir və belə mühakimə edin, hərdən gənc nəsil öz üstünlüyünə işarə edir. Budur, məsələn, əvvəlki yeddinci boyda Yegnək öz dayısı Əmənlə söhbət edir. O, bu niyyətdən əl çəkməsini tövsiyə edir, çünki, o, “çölün canavarları”na bənzəyən öz pəhləvanları ilə və onu müşahidə edən igidlərlə yeddi dəfə qalanın alınmasına cəhd etsə də, hər halda ala bilmədi. Buna Yegnək belə cavab verir: Məğlubiyyətə səbəb boy-buxunlu igidlər əvəzinə onun yanında “beşaxçalıq” qorxaq süvarilər var idi və ümumiyyətlə, bildirməyən və düşməndən uzaq duran kəs igiddir. Bu cür kobud dəyər oğuzların ənənələrinə uyğun olaraq böyüklərə qarşı səhlənkarlıq, hörmətsizlik idi. Doğrudur, bu söhbət yuxu forması ilə təqdim olunub, lakin o dövrlər yuxu həqiqətin əksetdiricisi kimi başa düşülürdü və bu bir növ qarşıdurma bu təhlil olunan boyda da nəzərə çarpır.
Qısası, Bayandır xan hiss edir ki, “Doqquz tümən Gürcüstan xəracından” bir at, bir qılınc, bir çomaq gətirdilər. Bu artıq biabırçılığın əlaməti idi və xan Gürcüstanla hüdudu gücləndirmək qərarına gəlir. Qaravulçuluğa yalnız xana sonsuz sədaqətli olan bir igid – Bəkil razılaşdı. Halbuki, ov zamanı Bəkil “onunla fərqlənirdi ki”, yay qurmadan, ox atmadan yayı biləyindən çıxarıb buğanın-sığının boynuna atar, çəkib qaldırardı. Arıq olsa qulağını dələrdi ki, ovda bəlli olsun, amma kök olsa boğazlayıb kəsərdi.
Qazan xan bu peşəkarlığa görə, ondan soruşdu ki, bunu atınmı ayağına yazaq, yoxsa ərinmi? Hamı yekdilliklə ərin hünəridir dedi. Lakin xan dedi ki, at işləməsə, ər öyünməz. Hünər atındır. Bu sözü Bəkil özünə təhqir və adına ləkə atmaq kimi hesab etdi. Bayandır xanın bəxşişini ayağının altına atdı və öz igidləri ilə birlikdə oranı tərk etdi, evə qəmgin halda qayıtdı. Heç kimə cavab vermirdi: lal və kar idi. Xatunu onun “qaşqabaqlığının” səbəbini bilmək istəyirdi. Bəkil də cavab verdi:
“Qalbuqanı yerimdən durı gəldim.
Yelisi qara Qazılıq atın butun bindim.
Arqu beli Ala dağdan dünin aşdım.
Aqındılı görkli suyı dəlüb dünin keçdim.
Ağ alınlu Bayındırın divanına çapar vardım.
Ala gözlü bəğlərlə yedim-içdim.
Qövmlü qövmiylə görklü gördüm.
Eli-güni köçürün,
doquz tümən Gürcüstana gedəlim!”
Oğuza asi oldum, bəllü bilin! - dedi” (D.D.K., səh. 144; D.D.K., səh. 117; O.D.D.K.K., səh. 169).
Gürcü dilindən tərcümə edən: Mirzə MƏMMƏDOĞLU