Gürcüstanda əlavə olaraq 9 kilsə bayramı qeyri-iş günü elan oluna bilər.

 

“Diqqətdən kənar qalmış bir çox bayramlar var. Onlardan yeddisi dini bayram, ikisi isə böyük müqəddəslərin anım günüdür. Sonrakı bayramları nəzərdə tuturuq: Məryəmin doğum günü (21 sentyabr); Xaçın ucaldılması (Cvartamağleba) (27 sentyabr); Məryəmin kilsəyə təqdim olunması (4 dekabr); İsa Peyğəmbərin təqdim olunması (Mirkma) (15 fevral); Müjdələmə (Xareba) (7 aprel); İsa Peyğəmbərin göyə yüksəlişi (Amağleba) – Pasxa bayramından sonra 40-cı gün, həmişə cümə axşamı gününə təsadüf edir; İsa Peyğəmbərin dəyişməsi (Peristsvaleba) (19 avqust); Müqəddəs Nino günü (Ninooba) (27 yanvar); Müqəddəs Nikoloz günü (Nikolozoba) (19 dekabr).

 

Belə bayram günləri iş gününə təsadüf etdikdə vətəndaşlar işə görə kilsələrə gedə bilmirlər və dua mərasimləri demək olar ki, boş kilsələrdə keçirilir. Qeyd olunan doqquz bayramın tətil günü elan edilməsi halında dövlət tərəfindən möhtəşəm dirilişə, 12 dini bayrama, Svetitsxovlobaya, Gürcüstan üçün mühüm olan 4 müqəddəsin – Andria Birinci, Müqəddəs Nino, Müqəddəs Giorgi, Müqəddəs Nikolozun anım günlərinə hörmətlə yanaşılacaq” – bununla bağlı qanunvericilik təklifi ilə parlamentə Tbilisidəki Ançisxati kilsəsinin kilsə xorunun rəhbəri Zaal Tsereteli müraciət edib.

 

Məsələnin həlli isə Parlamentin Səhiyyə Komitəsinə tapşırılıb və hələ ki, nə qərar qəbul olunacağı məlum deyil.

 

Əgər məsələ müsbət həll olunsa məktəb və bağçalara aid olan mövcud tətil günlərinə yeni 9 istirahət günü də əlavə olunacaq.

 

Mənbə: etaloni.ge