(əvvəli burada)
Gülüşün məğzi və onun təkamül inkişafı barədə çoxlu tədqiqat mövcuddur. Filosoflar (Platon, Aristotel, Kant, Hegel...), tədqiqatçılar və yaradıcılar: Belə ki, Hammer, Gertsen, L.Timofeyev, A.Qurev, N.Qrişov, D.Pisaryev, A.Dovrolyubov, N.Şedrin, Bertels, A.Krımski, A.Qarbuzova, Hilmi Yücebaşı, Rona əl-Fasur, Q.Kiknadze, A.Kuteliya, A.Tsanava və sair...
Bütün yuxarıda xatırlanan müəlliflərin diqqətəlayiq fikirləri söylənilmişdir. Lakin indi bu əsərlərin qısa şərhi də belə mənim tədqiqatımın axarını başqa məcraya çevirərdi. Doğrudur, onu daha təsirli edərdi, lakin tədqiqatın predmeti konkretliliyini itirərdi ki, “mən”in o yanında obyektiv olaraq mövcud olan gerçəkliyi nəzərdə tutduğundan elə başdan bioloji olanı məqsədyönlülükdən ayırır. Dəfələrlə qeyd etdiyimə görə, ümumiyyətlə, estetik arenanı və onun dərki labüd şəkildə dialoq münasibətini tələb edir. Adi olaraq, əşya, hadisə dərk olunan zaman gözəlliyin, qəşəngliyin obyektinə çevrilir. Bir sözlə, yazda çiçəklənən badam ağacı obyektiv olaraq mövcuddur, lakin o gözəl və qəşəngdir ki, bu da subyektiv dərkdən sonra təsdiqlənir. Gülüş də estetik fenomen anlayışına və fikrinə yalnız o dialoq kontekstinə çevriləndə malik olur, ümumiyyətlə, onun strukturu “mən” və “o”nun və yaxud da əksinə, “o” və “mən”in qarşılıqlı münasibətlərində qurulub. Bu cür kontekstdə gülüş məqsədyönlü, daha doğrusu, teleoloji xarakterə malik olur və gülüşün təbiətinin təkcə mahiyyətinə deyil, eləcə də onun nəticəsinə mühüm əhəmiyyət verir. Ümumiyyətlə, bu cür səviyyədə səbəblər və səbəblər üzündən təbii olaraq satiraya çevrilməsi mümkün olan yumor irəli çəkilir. Hər iki halda – istər yumor olsun, istər satira – qılınc funksiyasını yerinə yetirirlər. Hərçənd ki, gülüşün daha kəskinliyi ilə və aqressivliyi ilə fərqləndiyi satiraya nisbətən yumor başqa gücə və çalara malikdir, bu, nəzərə çarpır, təbii keyfiyyətlilik də dəyişir.
Zənnimcə, Aristotel yumora uyğun olan “Poetika”sında gülüşün mahiyyətini çox lakonik şəkildə təsvir etmişdir: “Gülüş hər hansı bir səhv və çaşqınlıqdır, lakin ağrısız və zərərsizdir... (gülüş) yüngüllükdür (ədəbsizlik və həyasızlıq) ki, ağrı vermir” (Аристотель, “Поэтика” kitabında: Аристотель и античная литература, Изд. “Наука”, М., 1978, стр. 119. Həmçinin: Аристотель об искусстве поэзии, М., 1957, стр. 53). Məsələn, maska ədəbsizdir və təhrif olunur, lakin ağrısızdır. Bir sözlə, bu cür gülüş “zərərsiz şəri” dəf etmək məqsədi daşıyır. Bu zərərsiz şər, istər şəxsi, istərsə də həyati olsun, nə fərdə, nə də cəmiyyətə ziyan vurmayan istənilən pislik sayıla bilər. Burada onu da vurğulamaq lazımdır ki, bu nöqsan və cəhalət əsrlərə, dövrlərə, zamana uyğun olaraq və ictimai fikrə görə, elə götürək, etika və əxlaqa uyğun olaraq dəyişir, üstəlik də o, hətta fərdi, subyektiv xarakter də daşıyır.
Belə bir şəraitdə gülüşün mahiyyəti də, xüsusiyyəti də dəyişkəndir, qədim dövrlərdə qəbuledilməz və yolverilməz hesab edilənlər bu gün həyəcan yarada bilər və əvvəllər qüsur hesab edilənlər isə bu gün millətin, məmləkətin dərmanına çevrilə bilər. Nə edə bilərik, dövrlərin, zamanların dəyişməsinin qoyduğu qanun budur və bundan qaça bilmərik!.. Amma əsas odur ki, “şər” (qüsur) varlığın məğzi deyil, yəni nəsnə deyil. Mövcud olan və ya yaradılan bir şeyin qaçılmazlığı həyatda və ya həyat dəryasında səbəb və səbəblərdən doğan bir hadisədir ki, cəmiyyət bunu heç də böyük “şər” hesab etmir, onu yumorla aradan qaldıra biləcəyini düşünür və beləliklə, subyekt ona qalib gəlməklə bir növ özündən razılıq hissini yaşayır, çünki yaramazlığı məğlub etmiş və bununla da xeyir şərə qalib gəlmişdir. Ona görə də, demək olar ki, yaradıcı potensial olaraq bu hadisəyə və onun öhdəsindən gəlməyə bir növ xoş niyyət hiss edir, gülür, başqalarını da güldürür.
Doğrudur, Aristotelə görə, biz faciədən heç cür həzz gözləməməliyik, yalnız ona xas olanı gözləmək lazımdır. Odur ki, şair faciədə onları təqlid edərək bizə rəğbət və qorxu hissi aşılamalıdır. Şəfqət və qorxu ilə onları təqlid edərək. Bu o deməkdir ki, o, hissləri təcəssüm etdirməli, hadisələrdə təzahür etdirməlidir (Elə orada, səh. 133). O, komediyaya belə bir funksiya qoymur, çünki o, sonuncunu insanları təqlid etmək üçün yararsız hesab edir, halbuki onların eybəcərliyinə qarşı tamamilə yox, dolğun nəsə, onun anlayışına görə, gülməli bir şey iyrəncliyin təkcə bir hissəsidir (Elə orada, səh. 118).
Ancaq bir şey danılmazdır ki, Aristotelin fəlsəfi nöqteyi-nəzərinə görə, faciə hissi narahatlıq və göz yaşı, komediya hissi isə gülüş doğurduqda, sonda insan mənəvi təmizlənməyə nail olur ki, bu da ümumilikdə estetik duyğunun teleoloji məqsədidir, çünki yumor və satira bir-biri ilə sıx əlaqəli anlayışlardır və nadir hallarda zamana və müxtəlif səbəb amillərinə görə bir-biri ilə növbələşirlər. Elə burada çox qısa şəkildə satiraya da toxunmalıyam ki, onun üçün mübarizənin əsas və ya yeganə silahı gülüşdür.
Satiranın səciyyəvi cəhəti amansız və qəhrəmancasına gülüşdür ki, o da, bağban kimi yeni tumurcuqlara yer açmaq üçün ölü və qurumuş budaqları kəsir. Onun əsas funksiyası inkar, əsas silahı gülüşdür (Павловский А., О сатире, Звезда, №6, 1955, стр. 169). Amma bu gülüş kinayəli, amansız xarakter daşımalıdır, “çünki insanların həyatında belə yaralara toxunur” (Писарев Д.И., Сочинения, т. II, М., 1958, стр. 398.) ki, onun da çıxarılması millətin və dövlətin xəstə bədənini xilas etmək üçün zəruri olan, nəhayət, satira ictimai konfliktlərin intensiv ifadəsi ilə səciyyələnir, onun məqsədi mövcud obyektiv hadisənin tam bir fəlakətidir. Müvafiq olaraq, o, kəskin ironiyadan, sarkazmdan istifadə edir və ifadənin xarakterik əlamətlərindən biri fakt və ya hadisələrin hiperbolizasiyasıdır. Məhz buna görə də satira ilə yonulan personajlar ideya boşluğu ilə seçilən eybəcər sifətlərdir. Eyni zamanda, satirikin obyektə gülüşü də konkret hədəfə çevrilməli, amansız və kəskin xarakter daşımalıdır.
Satira ilə yumoru bir-birindən ayırmaq üçün daha bir çox spesifiklikləri qeyd etmək olar, lakin bu, mənim indiki araşdırmalarımın əhatə dairəsi xaricindədir.
(davamı burada)
Müəllif: Elizbar CAVELİDZE
Gürcü dilindən tərcümə etdi:
Mirzə MƏMMƏDOĞLU