Yurtdışı Türkler ve Akraba Topluluklar (YTB) başqanı Abdullah Eren 3 noyabr tarixində Bakıda Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb.

Görüşdə komitə sədri İzmirdə baş vermiş zəlzələyə görə kədərləndiyini bildirib və həmkarına başsağlığı verib. Həmçinin türk diasporasının xaricdə Azərbaycanla çiyin-çiyinə mübarizə apardığını ifadə edən F.Muradov bu dəstək üçün Türkiyəyə təşəkkür edib.

A.Eren Azərbaycanın hər vaxt yanında olduqlarını dilə gətirərək iki ölkə diasporalarının ortaq hərəkət etməsinin əhəmiyyətli olduğunu bildirib.

“Yeni Yol” Anadolu Agentliyinə (AA) istinadən xəbər verir ki, A.Eren mətbuata verdiyi açıqlamada Azərbaycan torpaqlarının 30 ildir işğal altında olduğunu deyib. İşğalın sona çatması ilə əlaqəli olaraq BMT Təhlükəsizlik Şurasının bir neçə qərarına baxmayaraq beynəlxalq ictimaiyyətin addım atmadığına bildirən A.Eren, Azərbaycanın Ermənistanın artan hücumlarına cavab vermək məcburiyyətində qaldığını deyib:

“Ermənistan dinc əhaliyə hücum etdi, lakin Azərbaycan belə bir şey etmədi, etməyəcək. Aralarında qadın və uşaqların da olduğu çox sayda vətəndaş şəhid oldu. Bununla bağlı dünyadan heç bir səs çıxmadı. Halbuki Azərbaycan belə bir şey etmiş olsa, çıxacaq səsi siz təxmin edin.

Dünya ictimaiyyətinin Ermənistanın hücumlarına qarşı göstərdiyi ikili standartı qınayırıq. Türkiyə Azərbaycanın yanındadır. Biz də təşkilat olaraq Azərbaycanın yanındayıq. Hər yerdə həmrəylik içində, çiyin-çiyinəyik. Azərbaycanın haqlı mübarizəsində qazanacağına ümid edirik. Dost və qardaş Azərbaycanın yanında olduğumuzu bir daha təsdiq etmək istəyirəm”.

YTB başqanı Abdullah Eren, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Gəncə Qubernatoru Niyazi Bayramov və Türkiyənin Gəncədəki baş konsulu Zeki Öztürk 4 noyabr tarixində  Gəncə şəhərinə səfər edərək Ermənistanın ballistik mərmilərlə hücum etdiyi və 26 vətəndaşın həyatını itirdiyi binaların olduğu əraziyə qərənfil qoyaraq dualar ediblər.

Fuad Muradov və Abdullah Eren, həmçinin, Tovuz döyüşlərində şəhid olan general Polad Həşimov və Qubadlıda şəhid olan polkovnik Şükür Həmidovun ailəsini ziyarət ediblər.