Bir il ərzində Gürcüstanın xarici dövlət borcu 1,794 milyard dollar artıb. Bu, son illər ərzində qeydə alınan ən böyük artımdır.

 

Gürcüstanın Maliyyə Nazirliyinin yayımladığı məlumata əsasən, 2020-ci ilin dekabr ayında Gürcüstanın xarici dövlət borcu 7,535 milyard dollar təşkil edib (bugünkü kursla 24,689 milyard lari). 2019-cu ilin dekabr ayına olan məlumata görə isə, borcun həcmi 5,741 milyard dollar idi (o zamankı kursla 16,463 milyard lari).

 

Gürcüstan dövlətinin ən böyük kreditorları Asiya İnkişaf Bankı (ADB), Dünya Bankının Beynəlxalq İnkişaf Assosiasiyası (IDA) və Beynəlxalq Yenidənqurma və İnkişaf Bankıdır (IBRD). Belə ki, Gürcüstanın IDA-ya 920,239 milyon dollar; IBRD-a 1,130 milyard dollar, ADB-ya isə 1,443 milyard dollar borcu var.

 

Dövlətin borclu olduğu digər maliyyə institularına gəlincə isə siyahı belədir:

• Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) – 159,524 milyon dollar;

• Avropa Şurası İnkişaf Bankı (CEB) – 3,306 milyon dollar;

• Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) – 199,175 milyon dollar;

• Avropa İnvestisiya Bankı (EIB) – 740,295 milyon dollar;

• Avropa Birliyi (EU) – 163,309 milyon dollar;

• Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondu (IFAD) – 35,823 milyon dollar;

• Beynəlxalq Valyuta Fondu (IMF) – 211,719 milyon dollar;

• Skandinaviya Ətraf Mühitin Mühafizəsi Maliyyə Korporasiyası (NEFCO) – 2,564 milyon dollar.

Ölkələrə gəldikdə isə ikitərəfli kreditor ölkələr arasında Almaniya liderlik edir. 31 dekabr tarixinə olan məlumata görə, Gürcüstanın Almaniyaya olan xarici borcu 2,396 milyard lari təşkil edir. Daha sonra 1,901 milyard lari ilə Fransa, 712,596 milyon lari ilə Yaponiya gəlir.

 

Digər ölkələrə olan xarici dövlət borcu isə belədir:

• Ermənistan - 17,973 milyon lari;

• Azərbaycan - 17,992 milyon lari;

• Avstriya - 62,880 milyon lari;

• Çin - 3,013 milyon lari;

• İran - 13,480 milyon lari;

• Qazaxıstan - 28,769 milyon lari;

• Küveyt - 30,634 milyon lari;

• Niderland - 1,285 milyon lari;

• Rusiya - 132,552 milyon lari;

• Türkiyə - 34,786 milyon lari;

• Türkmənistan - 692 min lari;

• Ukrayna - 154 min lari;

• Amerika - 50,833 milyon lari;

• Özbəkistan- 169 min lari.

Mənbə: bpn.ge