ALEKSANDRE ORBELİANİ
Gürcüstanda çar İrakliyə qarşı üç gizli dəstə var idi: ermənilərin Rusiya ilə ilişgili Araçnurtun (ondan sonra Orkivater, Eçmiədzinin patriarxı), İoseb Arqutyanın olduğu ilk dəstəsi. Axı, onlar öz işlərini görürdülər və çar İraklinin (o narazı dəstə üçüncü dəstə olaraq xatırlanıb) ölümündə onun narazı dəstəsinin də əli var. Amma daha aydın olması üçün ilk öncə onu deməliyik ki, Rusiyada çar Vaxtanq və şahzadə Bakar (çar Vaxtanqın oğlu) öləndən sonra Araçnurt İoseb Arqutyan Gürcüstanı məhv etmək üçün onların vəzifə əvəzləyicisi idi və o həmin bəzi ermənilərlə əsaslı şəkildə məhv etdi.
İkinci dəstə çar İrakli tərəfindən hər cür vəchlə mənsəb sahibi edilən tavad Qarsevan Çavçavadzenin idi ki, bu da gizli şəkildə Gürcüstanı Rusiyanın tabeliyinə çevirməyə çox çalışırdı.
Və üçüncü dəstə çar İraklidən narazı olan dəstə idi. Bu dəstə Gürcüstanı və İmeretini dolaşır, camaatı İrakliyə qarşı düşmən kəsdirirdi – bu Ksaninin eristaviləri. Başqalarının adlarını da yuxarıda çəkdik və sərdar tavad İvane Orbeliani də özünün əmisi uşaqları ilə bu işə qarışmışdı. Həmin ermənilərlə böyük birliyi vardı. Və bunlar – həmin ermənilər hər bir niyyətlərində onların hamısını aldadırdılar (Sərdar tavad David Orbeliani ölməmişdən öncə onun sağlığında heç nə etməyə cəsarət etmədilər. İvane onun oğlu idi və onlar qardaşı uşaqları idi. O öləndən sonra həmin ermənilərin təhriki ilə öz çarları İrakliyə qarşı düşmənçilik etməyə başladılar).
Çar İrakli nə edə bilərdi, daha heç kimi cəzalandıra bilmədi, o, vətənə xəyanətə görə uşaqları Osmanlıya qaçan, oradan qoşun gətirərək çar İraklinin əleyhdarlarının “qaçaq, qaçaq” deyimini yaydıqları Kartlidəki kəndləri dağıtmağa başlayan eristaviləri cəzalandırdı. Bəziləri Osmanlıya tərəf, bəziləri ləzgilərə tərəf və bəziləri də Qızılbaşlara tərəf danışırdılar. Bu zaman çar İrakli öz oğlu Yulonu qoşun ilə Kartliyə doğru göndərdi və eyni zamanda dərənin üst yanı “qaçaq, qaçaq” deyən Ksani eristavilərini tam məğlub etdi, bununla da İrakliyə zidd olaraq“qaçaq, qaçaq” deyənləri bir az susdurdu. Lakin İrakli özünün əleyhdarları üzündən, bəli, gizli fəaliyyətlərinə görə, hər halda, belə gücdən məhrum olmuşdu, o, özünün son vaxtlarında daha heç nə edə bilmirdi. Öz ölkəsində bir o qədər nəsə edə bilmirdi. Gürcüstan üçün nəsə yaxşı iş görmək üçün bu qədər müharibələrdən başı açılmırdı.
Güclü coşan təlatümlü dənizdə çox gözəl bir gəmi ki batır, məhz elə İraklinin durumu həmin gəmiyə bənzəyirdi. Lakin, hər halda, özünün Gürcüstanı uğrunda, özünün gürcüləri uğrunda mətanətlə mübarizə aparırdı.
Bu hadisələrdən sonra çar İrakliyə, yaxud ümumilikdə, onun ailəsinə və son vaxtlar Gürcüstana yaxşı nə ola bilərdi? – Şübhəsiz ki, Gürcüstan heç cür özünü möhkəmləndirə bilməzdi, yıxılmalı idi. Amma bu qədər baş verən fəlakət nə İrakliyə, nə onun ailəsinə, nə də Gürcüstana heç nə edə bilməzdi, əgər Tiflis şəhərinin bəzi erməniləri olmasa idilər. Belə ki, o İraklinin əleyhdarları – çar İraklinin ziyanına özü tamamilə od-alovun içində idi və onlar daha da qızışdırdılar və daha da gücləndirirdilər. Belə ki, hər bir müqavimət, yaxud şiddətləndirilmiş düşmənçilik Ağa Məhəmməd şah Qacarın gətirdiyi ermənilər tərəfindən idi. Gürcüstanı da onlar məhv etdilər. Budur həmin ermənilər: ilk fəaliyyət göstərən Araçnurt Arqutyan, onun qardaşı oğlu minbaşı Soloman, misgərbaşı İoseb Bebutaşvili, şəhərin məliki Darçiya Bebutaşvili, amilaxvar (ərəbcə əmir – başçı və axur – yem təknəsi, tövlə sözündəndir. Mehtərlərin başçısı, Gürcüstanın birləşmiş mərkəzi dövlət aparatında hərbi idarə məmuru – amirpasaların köməkçisi, məşvərət səs hüququ ilə vəzirliyin üzvü – Tərcüməçi) İoseb Qorqanaşvili, divanbəyi Sulxan Tumanişvili, onun qardaşı Manuçar, Sulxanın oğlanları Şioş, İoseb və Avetik Şaqbataşvililər və sonra Artem Araratsi ki, bunun barəsində də aşağıda söhbət olacaq və onların tövsiyəsi ilə işləyən Gürcüstanın və gürcülərin ayağının altını eşən əlbuyruqçuları yenə çoxdurlar.
Şahzadə Teymuraz başqa bir yerdə yenə Ağa Məhəmməd şah Qacarın əhvalatını yazır. Orada başqa səbəblər vardır və nəyin səbəb olduğunu, Allah ömür versə, öz vaxtında təsvir edəcəyəm, başqa çoxlu şeylər barədə də, indi isə olmaz.
1850-ci il, Tiflis şəhəri
Ön söz
Bir neçə şahid şəxslərdən Ağa Məhəmməd şah Qacarın Tiflisə hücumu barədə eşitmişəm. Belə ki, onlardan bu əhvalatları toplamışam və təsvir etmişəm, lakin çar İraklinin bəzi əleyhdarlarından tamamilə başqa şeylər eşitmişəm ki, onun düzgün və haqlı işlərinin üstünü örtmək və onun ləyaqətini yerlə-yeksan etmək istəyirdilər. Çar İraklinin digər bəzi əleyhdarlarından Ağa Məhəmməd şah Qacarın Tiflisə hücumu barədə duymuşam. Belə ki, onun əhvalatlarını tamamilə heç bir şeyə saymırdılar, onun barəsində pis danışırdılar – guya heç bir şey idi. Boş dalaşdan başqa heç də müharibə olmamışdır: Çar İrakli öz gürcüləri ilə qaçıb getdi və Tiflis şəhərini namussuzlara xarabaya çevirtdirdi. Ona inanırsınızmı ki, çar İrakli kimi kişinin nə qədər az qoşunu olsa da üstəlik öz paytaxının yörəsində Ağa Məhəmməd şah Qacardan çəkinə idi? Bax, budur, çar İraklinin onu alçaltmaq istəyən düşmənlərinin yalanları, lakin həqiqət gizlədilmir. İkincisi, bunu da deyirdilər: guya Krtsanisidə, bu bağlarla dolu o kiçik daracaq yerdə müharibə olub? Çox yaxşı olardı bu Krtsanisini və Tiflis şəhərini möhkəmləndirə idi, onda Ağa Məhəmməd şah Qacar heç nə edə bilməzdi, lakin çar İrakli öz planına uyğun olaraq Soğanlığın (Bu da doğrudur ki, əvvəllər həmin düzənliyi Krtsanisi adlandırırdılar və buna görə də Ağa Məhəmməd şah Qacar ilə çar İrakli müharibəsini Krtsanisi müharibəsi adlandırırdıq. Yoxsa da müharibə məhz elə orada, Soğanlığın başında, dar yolun girəcəyindəki düzənlikdə baş verib – Müəllif) başında, Kürün sahilində müharibəyə qalxdı. Arxada böyük düzənlikdə Ağa Məhəmməd şah Qacarın qoşunu doluşurdu ki, buraya da İmereti tavad-aznaurluğu iki günlük müharibəyə kəndli döyüşçüsündən əlavə, iki yüz nəfərdən artıq tavad-aznaur gəldi, yaralılar da yenə başqa idi, şübhəsiz ki, kartlilər... Burada təsvirdə daha aşkar, daha aydın şəkildə bütün o hadisələr göstərilir.
Tavad A. Vaxtanq oğlu Orbeliani.
1884-cü il, Tiflis şəhəri.
Gürcü dilindən tərcümə edən:
Mirzə MƏMMƏDOĞLU