Gürcüstan hökumətinin birinci şəxslərinin övladları harada təhsil alırlar və onların təhsili neçəyə başa gəlir? – Bu məsələ dəfələrlə ictimaiyyətin maraq və müzakirəsinə səbəbi olub. Məhz bu marağı nəzərə alaraq qərar verdik ki, nazirlərin bəyannamədə qeyd etdiyi məlumatı ictimaiyyətə çatdıraq. Ancaq nazirlərin bir qisminin məktəb yaşlı övladı olmadığına, yaxud bəyannamədə qeyd etmədiklərinə görə, məlumatlar natamamdır.

 

Gürcüstanın Baş naziri İrakli Kobaxidze – 2024-cü ilin əvvəlində doldurulmuş bəyannaməyə görə, Qiorqi və Niko Kobaxidzelərin təhsil haqqı ildə 17674,88 lari təşkil edir. Həmçinin bəyannamədə qeyd olunub ki, uşaqların dil kursuna 2860 funt ödənir, həmin məbləği lariyə çevirəndə Baş nazir uşaqlarının dil kursuna ildə 9940 laridən artıq pul ödəyir.

 

Təhsil, Elm və Gənclər naziri Giorgi Amilaxvari – 2024-cü ilin əvvəlində doldurulmuş bəyannaməyə əsasən, G.Amilaxvarinin övladlarının təhsilinə 2023-cü il ərzində onun həyat yoldaşı Nino Tsereteli pul ödəyib. Nitsa Amilaxvarinin təhsilinə ümumilikdə 25000 lari, Ana Mia Amilaxvarinin təhsilinə isə 5900 avro ödənib. Bəyannamədə nazir övladlarının harada təhsil aldığı qeyd olunmayıb. Ancaq Amilaxvari ictimai şəkildə bildirib ki, onlar özəl təhsil müəssisəsində oxuyurlar.

 

İqtisadiyyat və Davamlı İnkişaf naziri Levan Davitaşvili – Bəyannaməyə görə, Davitaşvilinin uşaqlarının təhsil haqqını həyat yoldaşı Tea Parkosadze ödəyir. Tea Parkosadze Ana və Luka Davitaşvililərin təhsilinə 2023-cü ildə ümumilikdə 22470,76 lari ödəyib. Sənəddə bu məbləğin bir və ya iki uşağın təhsil haqqı olduğu yazılmayıb.

 

Mədəniyyət və İdman naziri, Baş nazirin müavini Tea Tsulukiani – Övladı Meri Kakulianın təhsil haqqını özü ödəyir. O, 2023-cü ildə təhsilə 14635 lari ödəyib.

 

Gürcüstanın Xarixi İşlər naziri İlia Darçiaşvili – 4 övladı var, onlardan 2-si bağçaya gedir. Bəyannamədə yazılanlara görə, övladlarının təhsil haqqını həyat yoldaşı Nino Vaşakidze ödəyir.

2023-cü il ərzində təhsilə ödənmiş məbləğ belədir:

Sopo Darçiaşvilinin təhsil haqqı – 13158,9 lari;

Aleksandre Darçiaşvilinin təhsil haqqı – 11328,9 lari;

Daniel Darçiaşvilinin bağça haqqı – 3947,65 lari;

Giorgi Darçiaşvilinin bağça haqqı – 3947,65 lari.

 

Gürcüstanın Maliyyə naziri Laşa Xutsişvili – Övladlarının təhsil haqqını özü ödəyir. 2023-cü il ərzində o, hər iki övladının – Demetre və Damiane Xutsişvililərin təhsil haqqına ümumilikdə 13171 lari ödəyib.

Bəyannamədə təhsil haqqının kimin üçün nəzərdə tutulduğu konkret qeyd olunmayıb. Lakin yazılıb ki, maliyyə naziri təhsil haqqına 6178 və 6993 lari ödəyib.

 

Ekologiya və Kənd təsərrüfatı naziri Otar Şamuqiya – Bəyannamədə qeyd olunub ki, Otar Samuqiyanın 3 uşağı var: Luka, Qabriel və Andria. Təhsil haqqını isə onun həyat yoldaşı Mariam Samxaradze ödəyir. Andria Şamuqiyanın təhsil haqqı 2023-cü ildə 5096 lari təşkil edib.

 

İşğal edilmiş ərazilərdən qaçqın, əmək, sağlamlıq və sosial müdafiə naziri Mixeil Sarcveladze – Rəsmi sənədə görə, övladı Mariam Sacveladzenin təhsil haqqına nazir 5862,5 lari ödəyib.

Mənbə: etaloni.ge