Cari ilin birinci rübündə Gürcüstanda 7383 sürücülük vəsiqəsi verilib. Onlardan 1518 sürücülük vəsiqəsi 16 və 17 yaşlı şəxslərə verilib.

 

“Yeni Yol” “bm.ge” saytına istinadən xəbər verir ki, verilən sürücülük vəsiqələrinin əksəriyyəti Gürcüstan vətəndaşlarının payına düşür, lakin sürücülük vəsiqəsi alan əcnəbilər də var. Onların arasında Rusiya və Hindistan vətəndaşları üstünlük təşkil edir.

 

I rübdə sürücülük vəsiqələri verilib:

 

Rusiya vətəndaşlarına – 77;

 

Hindistan vətəndaşlarına – 24;

 

Belarus vətəndaşlarına – 16;

 

Ukrayna vətəndaşlarına – 9;

 

Banqladeş vətəndaşlarına – 7;

 

Pakistan vətəndaşlarına – 7;

 

Azərbaycan vətəndaşlarına – 6;

 

Türkiyə vətəndaşlarına – 3;

 

Qazaxıstan vətəndaşlarına – 3.

 

Ötən ilin ümumi məlumatlarına gəlincə, Daxili İşlər Nazirliyinin statistikasına görə, 2025-ci ildə Gürcüstanda 29647 sürücülük vəsiqəsi verilib, 2024-cü ildə isə bu rəqəm 28730 təşkil edib.