Yurtdışı Türkler və Akraba Topluluklar Başkanlığının (YTB) rəhbəri Abdullah Erenin başçılıq etdiyi nümayəndə heyəti Gürcüstan səfəri çərçivəsində Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Təşkilatının (GYMD) ofisində olublar.

 

Bu gün baş tutan görüşdə GYMD sədri Musa Hacıyev qonaqları salamladıqdan sonra onlara təşkilatın fəaliyyəti haqqında geniş məlumat verib, gələcək layihələr müzakirə olunub.

Türkiyədən gələn qonaqları Türkiyənin Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Ali Kaan Orbay müşayiət edib.

 

Görüşdə həmçinin Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Təşkilatının Təhsil Şöbəsinin sədri Tural Qasımov, təşkilatın layihə koordinatoru Zviad Koçalidze, “Uğur” jurnalının redaktoru Hacı Bəkiroğlu, təşkilatın qrafik dizayn üzrə mütəxəssisi Elsevər Əhmədov iştirak ediblər.

 

Görüşün sonunda qarşılıqlı olaraq hədiyyələr təqdim olunub.