(əvvəli)
Həmin vaxtlar o tərəflərdə Saqareconun mouravisi (Mouravi – Qədim Gürcüstanda yerli idarəetmə məmuru. Məmur təsərrüfat, inzibati və məhkəmə funksiyalarını yerinə yetirirdi. Tavadların yurdlarının hakimi, əyalətin, şəhərin, kəndin müdiri. XVII əsrdən şəhərin mouravisi nəhayət şəhərin əmiri adını əvəz etmişdir – M.M.). Çar İraklinin kürəkəni tavad Georgi Çoloğaşvili idi (Bundan sonra həmin bölgənin mouravisi atam idi – Yekaterinenin əri Georgi Çoloğaşvilinin ölümündən sonra bu ikisi Saqareconun mouravisi idilər. Bibimin oğlu Tadiya onda balaca idi, böyük olsa idi, sözsüz, Saqareconun mouravisi o olacaqdı. Onun mouraviliyi dədə-babadan onun evi idi). Və həmin vaxtlar onu da hiyləgərcəsinə oradan harasa göndərdilər və onun mouraviliyi elə oldu ki, oradan da hər şeyə qadir iki mindən çox süvari çıxırdı ki, çıxırdı. Çar İraklinin tərifəlayiq döyüşçüləri səbirsizliklə gözləyirdilər ki, əmr nə zaman gələcək, bizim İrakli ilə birgə yenə Vətənimiz uğrunda qan tökək və qızılbaşlara qılıncımızı bir daha göstərək. Bunun əvəzində Revaz Andronikaşvili guya şahzadə Georginin əmri ilə onların başqa yerə getməsini bəyan edib. Ona görə də atamın və onun bacısı Yekaterinenin yerindən tərpənmək xəbərinin Saqareco camaatına çatması elə də çox çəkmədi.
Bu bacı-qardaşlar bunu bir daha fikirləşmədilər: Revaz başqa cür bizə nəql edir və bunun üçün şəhərə bir adam göndərək, əsl əhvalatı oradan öyrənək. Onlar Revaz Andronikaşvilinin dediklərinin məhz elə möhür olduğunu düşünüblər, onu da heç soruşmayıblar ki, sən hara gedəcəksən, hansı tərəfə yönələcəksən. Elə həmin an dərhal dağ istehkamlarına doğru getdilər və Revaz isə özünün şeytanlığına görə Tiflis şəhərinə doğru gəldi ki, burada da, bəli, çar İraklini məhv etmək üçün onu çoxları qarşıladı. Mən burada tək-tək yalnız soyadları barədə heç nə demirəm ki, sadəcə olaraq çar İraklinin başına gələn bütün bəlalarda onlar günahkardırlar, niyə başı papaqlı bir adam gəlmədi və çar İrakli ilə birgə Vətən uğrunda qılınc çalmırdılar.
Yalnız iki min gürcü ilə qaldı və bununla yanaşı çar Soloman üç min İmereti qoşunu ilə Ağa Məhəmməd Şah Qacarın qoşunu ilə qarşılaşdı. Məgər Rusiyadan Araçnurt Arğutovun göndərdiyi qızıllar əvvəlcə çar İraklini və son vaxtlar bütün bizim doğma ölkəmizi satdırmadımı? Rəbb İsa Məsihi bir İuda satdı, bir çox İuda isə çar İraklini, Gürcüstan da daxil olmaqla, satdı – haqsız övladdan nəvə-nəticələrə qədər. Onların o xəyanətini onların övladları gördülər.
Bu, atamın ürəyini çox sıxırdı. O, dəfələrlə anama deyirdi: Mənim ondan sonra bir daha dincliyim yox idi. Mən ki, Revaz Andronikaşvilinin adi sözünə baxıb bacım Yekaterine ilə tez qaçsaydım. Elə bir gün keçmir ki, yadıma bu düşməsin. Xeyr, yaxşısı odur ki, mən çar İraklinin kürəkəni olmağa hazırlaşırdım və onun əvəzində həmin vaxtlar nəyi vəd etdiyini indi nəql edəcəyəm: Mən sənə Saqareconun mouraviliyini tez verəcəyəm, sənin bacın qızı Tadiya böyüyənə kimi sən Saqareconun mouravisi olacaqsan və balaca Tadiyanın da sahibisən. Onlar bütün saqarecoluları yaxşı tanıyırdı. Buna görə də mən və bacım Yekaterine Saqareco camaatını haylasa idi: Çar İrakli dərddədir, kömək edək, bütün saqarecolular üç min atlı döyüşçünü məhv edərdi və onda Ağa Məhəmməd Şah Qacar öz gününü görərdi. Bunun əvəzində mən öz çarıma, sonra özü də necə çara, bizim üçün əzabkeş İrakliyə xəyanət etdim və onda mən bilmirdim, bir şey anlaya bilmirdim. Revazın o əhvalatını ondan sonra, son zamanlar isə çar İrakli artıq daha olmayanda, o Revazın çar İrakliyə qarşı düşmənçiliyini hamı dedi. Beləcə və bu cür atam anama bəzən deyirdi. Anam da bu söhbətə daha çox əlavə edərdi. Ondan sonra daha nə baş verdisə mənim Ağa Məhəmməd Şah Qacarı təsvir etdiyim yazımdadır, lakin o, atamın ürəyini çox sıxdığından sonra nəsə işlər oldu, onu da deyək.
Gələk 1812-ci ilə; Kaxetidə qarmaqarışıqlar oldu, səbəbi nə idi? Bəziləri bu səbəbi deyir, bəziləri o səbəbi deyir, amma onların heç biri doğru deyil ki, bunu da mən qulağımla bəzən eşidirdim (Onda doğrudur, mən yeniyetmə idim, doqquz yaşında, lakin o dövrkü olayların heç birini unutmamışam, buna görə heç nəyi unutmamışam, bu cür şeyləri sevirdim). O dövrün böyük adamları atamın, anamın yanına gəlirdilər və kirimiş danışıqları, düzüb-qoşduqları var idi – rusları burdan necə rədd edək. Onların bu düzüb-qoşduqları gürcü Kaxetidə öz adamlarının ağzı ilə yayıldı və bunun qayğısına qalırdılar.
Kaxetililər daha dözə bilmədilər, qəfildən əvvəlcə Tianetidə (Tianetidə rusun azca qoşunu var idi. Onlar bir qadının fədakarlığı ilə bu qoşunu qırmalı idilər), ondan sonra bütün Kaxetidə ixtişaş yaratdılar və bununla yanaşı təcili şahzadə Qızılbaşdakı (yəni İrandakı – M.M.) Aleksandrenin yanına adamlar göndərdilər və gəlməyini xahiş etdilər. Sonra onun barəsində də olacaq.
Rusiya hökuməti də buna çox üzüldü, deyəsən bunu casuslardan öyrəniblər. Axşam vaxtı idi ki, evimizin ətrafını bir dəstə saldat mühasirəyə aldı və bir topu da bir az yuxarıda, yüksəklikdə bizim evimizlə üzbəüz yerləşdirdilər. Biz buna narahat olduq.
Biz bundan narahat idik, nə baş verir. Bununla yanaşı, burada, Tiflis şəhərində ilk tavad övladlarını, onları öz evlərində yaxaladılar, yəni əl-qollarını bağladılar və elə həmin gecə də baş hakim Markiz Pavluç onların hamısını öz yanına gətizdirdi. Gah hədə-qorxu ilə, gah da nəvazişlə onlarla xeyli söhbət etdi və nəhayət onların hamısı hökmdara qarşı sədaqət andı içdi. Eyni zamanda o, hamısından vədlər aldı ki, elə həmin gecə rus qoşununun ardınca Kaxetiyə doğru gedəcəklər və sədaqətlə hökmdara xidmət edəcəklər, yoxsa sizin arvad-uşaqlarınızın başına pis işlər gələcək. Bundan sonra onlar nə etməli idilər?
(davamı)
Gürcü dilindən tərcümə edən:
Mirzə MƏMMƏDOĞLU