TİFLİS NAMİNƏ
“...Qəddar Ağa Məhəmməd şah Qacarın yanına bir gözəl əsir qadın aparırlar. Əri döyüş zamanı həlak olubmuş. Südəmər uşağı düşmənlər ananın gözü qarşısında daşa çırpıb öldürürlər. Ananın özünü isə gözəllik xilas edir. Bu qadını hədiyyə olaraq şaha aparırlar. “Mənə lazım deyil! Kimdir bunun alıcısı?” – Sərt baxışla xacə şah deyir. Qadını hansısa varlı Cəfər bəy alır. Narınqala adlanan qəsrə aparır. Cəfər bəy qadına müsəlmanlığı qəbul et, mənim xasam (məşuqə-M.M.) ol, deyə buyurur. Qadın heç bir cavab vermir. Fikrə qərq olur. Sonra Cəfər bəyin əlinin içinə baxır və ovcunun cizgiləri mənə deyir ki, alnına bu gecə öz xəncərinlə ölüm yazılıb, deyir. Qadın Cəfər bəydən xəncəri rica edir. Dua edəcəyəm, xatadan-baladan olacaqsan. Ölüm başından rədd olacaq (Müsəlmanlar inanırlar ki, gürcü qadınları silaha dua oxumağı bilirlər). Cəfər bəy xəncəri belindən açır və qadına verir. Qadın əvvəlcə dua edir, sonra xəncərin ucunu ürəyinin başına qoyur və Cəfər bəyə deyir ki, xəncərin dəstəyinə əlini vur və əmin olacaqsan ki, yaralanmayacağam. Cəfər bəy xahişi yerinə yetirir və... Əsir qadın məyus halda hakimin ayaqları önünə sərilir” (Потто: “Памятники времен утверждения русского владычества на Кавказе”, Вып. 1, Тифлис, 1906-ci il, səh.74; Belə bir əfsanəni Akaki özünün “Başı açıq” əsərində göstərmişdir).
Bu əfsanə Narınqalaya məxsusdur.
Necə bir kədərləndirici haldır ki, Tiflisin keçmişi barədə əcnəbi orientalistlər bizə, Tiflisin ab-habası ilə böyüyənlərə nisbətən daha çox bilirlər!
Heç bir təqdirdə, əgər keçmişi öyrənsək, müasir Tiflis belə qüsursuz əks olunmayıb.
Bizim tarixi səhlənkarlığımız.
Nümunə üçün kiçik kuryoz:
Tiflisdə səhər
...Dağın zirvəsindən sürüşüb gəldi şüa,
Günəş torpağa qızıl şəfəqlərini yaydı.
Dağın qoltuğunadək sərin meh gedib çatdı
Və dənizdə qu quşları pırıldaşdılar.
Bu şeiri əcnəbi oxusa, güman ki, xəritədə axtarışa başlayacaq – Tiflis hansı dənizin sahilində yerləşir.
Tiflis şairlər üçün ilhamverici mövzudur. Lakin mövzunun dolğunlaşdırılması üçün təkcə başlıq bəs etmir ki!
Tiflisi mədh etmək üçün iti intuisiya və tənqidin dostakar (cərrah-M.M.) skalpeli lazımdır ki, şair “bizim diyarı” düzgün çalarlarla rövnəqləndirsin.
***
Tiflisin dar küçələrini bir neçə səyyah görüb, lakin evə qayıdan zaman demək olar ki, hamıda himi dağılmış evin yatağının (divarı-M.M.) köndələninə əyildiyi qaranlıq küçələrdən, ortalıqda “Qaraçoxeli Beranjenin” oxuduğu daha artıq xatirə və təəssürat qalır:
- Ey xabardiyalı ( Xabardiyalı don geniş don idi ki, ətəyi də məftil dairə ilə düzəldilmişdi-M.M.) qadın,
Varındır, ona sevinirsən” -
Və o Narınqalanın qədim bürcləri özünün mamırlanmış dağıntılarında çoxlu əfsanələr qoruyub saxlayır. Bir sözlə, bu “Азиатская часть Тифлиса” Avropalaşdırılmış geniş küçələrə və daş arakəsmələrə nisbətən onların memuarlarına daha çox material verir.
Bertelsin fikrincə, Qərbin saldığı ləngidici mərkəzlər Qərbdə mövcud deyildir? (Е. Бертельс: “Персидский театр”, “Академия” nəşriyyatı, Ленинград, 1924-cü il, səh. 21). Buna görə də, şərqli camaat intensiv olaraq sevinci də yaşayır, kədəri də.
Qədim Tiflis bunun bariz nümunəsidir.
Qədim Tiflis!
Elə uşaqlıq vaxtlarından onu sevirdim. Günəşli dumana bürünmüş Narınqala qalasının tarixi qalığı dərin sirr kimi mənim önümdə dayanmışdı. Mənim poetik fantaziyamı və arzuların saf məhəbbətini yalnız şeirin qamışlığında həbs etdim. Uzun müddət qəlbimin niyyətinin yerinə yetirilməsini istəyirdim: Qədim Tiflisin mahiyyətini tarixi olaraq öyrənmək.
Sayat-Nova dövrünün tədqiqatı mənə o qədər material verdi ki, elə həmin an bəzi şeyləri tədarük etmək qərarına gəldim.
Sayat-Novadan qoparılan mövzu olaraq bu kitab mənim bu janr yaradıcılığında ikinci sahədir. “Sayat-Nova”nı 18-ci əsrin hüdudları ilə məhdudlaşdırdım. Bu kitabı yalnız ondoqquzuncu əsrin ikinci yarısının xalq şairlərinə aid etdim. İlia və Akakinin zamanında paralel olaraq aşağı təbəqələrdə fəaliyyət göstərən xalq şairlərinə. (Bu “sənətkarlar” eynilə “muşalar” (fəhlələr) idilər, bu sözün müasir anlamı ilə. Onda “muşa” sözündən, bilmirəm hansı anlama görə, ya heç istifadə etmirdilər, ya da əgər istifadə edirdilərsə, o da nadir hallarda. “Muşa” palanla yük daşıyan adlanırdı. İlk dəfə xalq tamaşalarının verilməsinə başlanılanda (1893-cü il) səhnə həvəskarları muşələr nizamnamə tərtib etdilər ki, bu da “səhnə həvəskarları olan sənətkarların yoldaşlığı” adlanırdı (Bax. “Xalq evi” yubiley məcmuəsi, 1923-cü il, səh. VI).
Çoxu elə fikirləşir ki, xalq ədəbiyyatı yalnız kəndlərdə qorunub saxlanılır. Şəhərdə də vardır. Öyrənmək, üzərə çıxarmaq, buna isə fədakarlıq lazımdır. Biz “şəhər” olaraq Tiflisi nəzərdə tuturuq... “İveriya” yazırdı: “Tarixi şan-şöhrət Tiflisin adını o qədər məşhurlaşdırdı ki, o, bu gün də hər bir gürcünün gözündə yeganə şəhərdir – xatırlamadan da duyulan və anlanılandır. Kutaisi də şəhərdir, Tiflisə nisbətən daha qədim. Lakin gürcü ki, deyir: “şəhərə gedirəm”, “şəhərdə idim” və “şəhərdən gəlirəm”, hansısa başqa şəhəri deyil, məhz Tiflisi nəzərdə tutur (“İveriya”, 1900-cu il, №208). Veidenbaum da belə bir fikir söyləmişdir: “Если в разговоре упоминается с Калаки, то всякий без обьяснений понимает, что речь идет о Тифлисе» (“Путеводитель по Кавказу», 1888-ci il, səh. 304).
“Xalq ədəbiyyatı” dedikdə çox vaxt müəllifi naməlum olan, itkin düşən yaradıcılığı nəzərdə tuturlar. Lakin mənim fikrimcə, xalqın övladının ürəyindən süzülüb gələn, kosmetikasız, özünün primitiv siması ilə və müəllif də bizim üçün az və ya çox məlum olan bu yaradıcılıq da “xalq yaradıcılığı” adlanır.
Ədəbiyyat təkcə klassiklərdən ibarət deyildir.
Ədəbiyyatı təkcə böyük adlarla özümüzünkü edə bilmərik.
Dəniz təkcə böyük çayları deyil, eləcə də kiçik dağ çaylarını öz ürəyində yığır və sorur. Hər bir çayla tanışlıq mənbədən başlayır. Bu mənbə çox hallarda harasa atılıb, həmişə axtarılmalı olub.
Bu cür estetik səyahəti mən də ərk etdim... İstəyirəm göz önündə naməlum guşəni və “şəhər xalq poeziyası” adlandırdığımız və akademik ədəbiyyatın təlatümlü dalğalarında nəzərə çarpmadan gizlənən alagözlü dağ çayının unudulan mənbəyini sərgiləyim.
(davamı var)
Gürcü dilindən tərcümə: Mirzə MƏMMƏDOĞLU