(əvvəli burada)

 

Yalın və sırf söz qılınc kimi siyirilmiş və bədəli olmayan sözdür, yəni hər cür zinətdən uzaq nitqdir...

 

Onun xarakterinin ən səciyyəvi xüsusiyyəti onun zehniaçıqlığı olduğundan seçilmiş və ucalmışdır. Bax, bu yalın, xalis söz Xocanın qolu, qanadıdır, belə düşünür, özünü belə ifadə edir. Ona görə də onun zehniaçıqlığı və hazırcavablığı sizə elə bir hiss bəxş edir, o qədər səmimi və təbiidir ki... sanki dilinin ucundadır... (Güney E. Cem, Nasreddın Hoca Fıkraları, İst., 1957, s. 200).

 

Samim Kocagöz isə fərqli bir fikir ifadə edir. Onun fikrincə, Xoca Nəsrəddin lətifələrinin quruluşunu, zəkasının daxili dərki dil qanunauyğunluğu ilə izah etmək olmaz.

 

Əvvəla, Xoca lətifə danışmağa, yazmağa heç bir enerji sərf etmir. Milli şüurun dərinliklərində batıb qalmış (sakini) Xoca Nəsrəddin dühasını onun səmimi təbiətində axtarmaq lazımdır. Onun böyüklüyü və istedadı gündəlik həyatında və qarşılıqlı əlaqələrindədir, onda mövcud olan cəmiyyətin baxışıdır, camaatla əlaqə və söhbətindədir. Odur ki, mövcud ictimaiyyətin, onların baxış bucağının izahıdır. Bax, bu, onun lətifələridir ( Kocagöz S., Nasreddın Hoca Fıkraları, İst., 1972, s. 89).

 

Bir növ, özü də əla yumorist olan satirik yazıçı Əziz Nesinin baxış bucağı maraqlıdır: Yazıçı düşünür ki, Xoca Nəsrəddinin gülüşünü uzadıb-dartmaqla, gözəlləşdirməklə izah etmək olmaz. Nağılların əksinə olaraq  davam etməklə, gərməklə izah edilmir.

 

Nəsrəddinin gülməli hekayələri sözün hər cür davamiyyət olmadan, bir neçə sözlə mümkün qədər qısa şəkildə çatdırılır.

 

Nə qədər sıxılmış, kəsilmiş və qısa çatdırılsa, təsir və gülüş gücünü bir o qədər güclü qazanar. Bundan əlavə Nəsrəddinin gülüşünün özəlliyi ondan ibarətdir ki, o, yekun nəticənin sonunda və sonluqda xüsusi qətiyyətlə qılıncını çəkir (Nesin A., Nasreddın Hoca Gülütlerı, İst., 1991, s. 9).

 

Sonda Ali Esat Bozyiğitin fikrini xatırlaya bilərik. Belə ki, onun fikirlərinə də uyğun olaraq Nəsrəddinin  lətifələrinin əksəriyyətində sadəlik, qısalıq əks olunub və ağıla əks-səda verməsi – kəskin nəticədir (Küprülü Mehmet Fuat, adı çəkilən əsəri, səh. XXIII-XXIV).

 

Bu məsələ ilə bağlı başqalarının fikirlərinə də müraciət edə bilərik, amma bu, bizə yeni heç nə deməyəcəkdir. Yuxarıda qeyd etdiyim nöqteyi-nəzəri bir neçə sözlə belə ümumiləşdirə bilərəm:

 

Nəsrəddinin yumoru aşağıdakılara əsaslanır: a) sıyrılmış qılıncın bənzəri olaraq, kəsici qılınca və yalın sözə və göz açıqlığına (Güney); b) Xoca Nəsrəddinin lətifələrinin quruluşunu, yumorunu dilin düzülüşü ilə izah etmək olmaz. Onun dühasını onun insan aləmində, insanların varlığında və onlarla münasibətində, ictimai dünyagörüşündə axtarmaq lazımdır (Kocagöz); c) Nəsrəddin lətifəsinin gülüşü qısa və az sözdən, eləcə də nəticə çıxaran zaman ələlxüsus qılınc çalmaqdan qaynaqlanır (Əziz Nesin); ç) Nəsrəddin yumorunu sadəlik, qısalıq, ağla uyğun kəskin nəticələr şərtləndirir (Bozyiğit).

 

Düşünürəm ki, yuxarıda qeyd olunanların hamısı Nəsrəddinin yumorunun müəyyən keyfiyyətini göstərən və birlikdə götürdükdə onun gülüşünün ümumi mənzərəsini yaradan ayrıca əlamətlərdir. Amma bu müəyənlşdirmədə, fikrimcə, qeyd olunmur: Lətifənin quruluşunun gülüşə səbəb olan əsas təməli və ümumən üzərində qurulduğu komik, istərsə də, gülüşün quruluşu, bu isə, komik səhnənin sonunun, finalın qəfil bitməsinin təsiridir ki, bu da nəhayət, gülüş reaksiyasına səbəb olur. Əks halda lətifənin necə bitdiyini, tutaq ki, Xoca Nəsrəddinin nə deyəcəyini, necə deyəcəyini dinləyici və ya oxucu əgər bilsə, o zaman onu güldürmək çətin olacaq. Üstəlik, gülməli hadisə özlüyündə yenilik hissi ilə müşayiət olunmalıdır. Sadə bir müşahidə bizi əmin edir ki, ilk dəfə dinlənilən zarafat bizi güldürür, elə həmin şey ikinci dəfə eşidilən gülüş doğurur, üçüncü dəfə isə heç bir reaksiyaya səbəb olmur. Bu dinləyiciyə, eləcə də oxucuya, istərsə də səhnənin seyrçisinə aiddir. Qısası, Xoca Nəsrəddinin müxtəlif dövrlərdə, əsrlərdə yaranmış lətifələri müxtəlif duyğular doğururdu: Keçmişdə insanı güldürən şeylər onda zamana və vəziyyətə uyğun emosiya yaradırdısa, müasir dinləyici və ya oxucuda kifayət qədər emosional təsir, xüsusən də gülüş reaksiyası yaratmaması tamamilə təbiidir. Amma elə burada əlahiddə qeyd etməliyəm ki, həqiqi və dərin yumorun nə zaman çərçivəsi, nə də etnik sərhədi var. Xoca Nəsrəddinin sonralar xalq arasında atalar sözünə çevrilmiş bəzi lətifələri yaşlılığına baxmayaraq, bu gün də bizi valeh edir və şənləndirir.

 

İndi isə müəllif təbiətini, daha doğrusu, gülüş keyfiyyətini müxtəlif prizmalarda təqdim edən bu lətifələrin tematik qövsü haqqında bir neçə kəlmə danışaq. Əvvəla, bu lətifələrdə bu ölkənin qüdrətlilərinə qarşı yönəlmiş gülüşləri xatırlamalıyam. Bu silsilənin çoxu Teymurləng ilə bağlıdır ki, bu da, mənə elə gəlir ki, onlar Teymurləngin Səlcuq səltənətinə hücumundan sonra yaranıblar və Teymurləngin yaramaz və amansız şəxsiyyəti qəfil ölüm kimi Kiçik Asiyanın üstünü kəsdirdi, I Bəyazid İldırımdan (miladi 1402-ci il) sonra elə dağıtdı, tamamilə yandırdı və oraları məhv etdi ki, “heç yerdə daha nə itlərin hürməsi, nə xoruz banı, nə də uşaq ağlaması” eşidilirdi, camaatın yaddaşında aydın şəkildə qaldı. Müvafiq olaraq camaat bu unudulmaz şoğərib sifətə gülüşlə qalib gəlməyə çalışır və günahı öz bəsirəti və yumoru ilə bəzən kinayəyə keçir,  Teymurləngin qorxulu kölgəsini dağıdır və onu sadə bir dünya fanisi, axmaq və səfeh bir insan kimi düşüncəsi məhdud, insan ləyaqətini ancaq geyiminə və ya sinəbəndinə görə qiymətləndirilə bilən ədalətsiz despot kimi təsvir edir. Üstəlik, tez-tez dünyanın qorxduğu Teymurləng Xocanı öz eşşəyi və quyruğu səviyyəsində qoyur. Bir sözlə, bu, Xocanın lətifələri ilə tanış olduqdan sonra çəkə biləcəyiniz məşhur karikatura portretidir. Amma burada qeyd etməliyəm ki, Xoca Teymurləngi məsxərəyə qoyur, onu aşağılayır, baxmayaraq ki, o, ona qarşı nifrətini püskürtmür, göstərmir. Güman ki, ona görə ki, ikrah doğuran obyekt hansısa gücü təmsil edir və lətifələrdə tənqid olunan şəxs artıq ölüb gedib və onun zorakılığı, ədalətsizliyi başqa bir zaman və şəraitdə ortaya çıxa biləcək bir hadisə kimi qınanmalı və fərdi xarakter, konkret şəxs kimi deyil. Deməli, hadisəni toz-torpağa atmaq, basdırıb yerlə-yeksan etmək olmaz, amma hadisəyə nifrət etmək yad və insani hisslərə yaraşmaz.

(davamı burada)

Müəllif: Elizbar CAVELİDZE

Gürcü dilindən tərcümə etdi:

Mirzə MƏMMƏDOĞLU