Bu ilki vahid milli, ümumi magistratura və müəllimlərin sertifikasiya imtahanlarında iştirak üçün 57 nəfər təqsirləndirilmiş, məhkum olunmuş şəxs qeydiyyatdan keçib.
“Yeni Yol” Xüsusi Penitensiar Xidmətin məlumatına istinadən bildirir ki, imtahan verənlərdən 5-i yetkinlik yaşına çatmayan şəxsdir.
Qurumdan bildirilib ki, təhsilin təşviqi məhkumların reabilitasiyası və resosializasiyası prosesinin ən mühüm istiqamətlərindən biridir. Peşəkar inkişaf və universitet təhsili almaq imkanı, məhkumların azadlığa çıxdıqdan sonra cəmiyyətə uğurlu inteqrasiyasına şərait yaradacaq.
“Penitensiar Xidmət üçün məhkumların təhsilə çıxışının təmin edilməsi prioritet məsələdir. Hər il ali təhsil almaq istəyənlərin sayı artır, təhsil resurslarına çıxış imkanları genişlənir və tədris prosesi üçün zəruri olan müasir texnoloji şərait yaradılır. Penitensiar müəssisələrdə “Rəqəmsal Universitet” layihəsi uğurla fəaliyyət göstərir ki, bu da məhkum tələbələrə tədris prosesinə distant şəkildə qoşulmaq və keyfiyyətli ali təhsil almaq imkanı verir”, – deyə Xüsusi Penitensiar Xidmətdən bildirilib.