2026-cı ilin yanvar-iyul aylarında Gürcüstana daxil olan pul köçürmələrinin həcmi 2,25 milyard təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,9 % çoxdur.

 

YENİYOL.GE “bm.ge”-yə istinadən xəbər verir ki, Gürcüstan Milli Bankının məlumatına görə, 2026-cı ilin yeddi ayı ərzində pul köçürmələrinin ən böyük mənbəyi ABŞ olub.

 

Amerikadan Gürcüstana 423,6 milyon dollar məbləğində köçürmə daxil olub ki, bu da illik 10,7 %-lik artım deməkdir. İkinci yerdə İtaliya qərarlaşıb, həmin ölkədən Gürcüstana 380,7 milyon dollar köçürülüb, illik artım 8,3% təşkil edib. Üçüncü ən böyük mənbə Rusiya olub. 2026-cı ilin yanvar-iyul aylarında Rusiyadan Gürcüstana 291,8 milyon dollar pul köçürməsi daxil olub ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 10,8 % çoxdur. Rusiyanın Gürcüstana daxil olan pul köçürmələrinin ümumi həcmindəki payı təxminən 13 % təşkil edib. Dördüncü yerdə Almaniyadır, oradan Gürcüstana 197,7 milyon dollar köçürülüb, artım 14,6 % təşkil edib. Almaniyadan sonra İsrail gəlir ki, həmin ölkədən köçürmələrin həcmi 192,1 milyon dollar təşkil edib və illik 21,1 % artıb.

 

İlk onluqda ən yüksək artım Türkiyədən daxil olan köçürmələrdə qeydə alınıb – 27,8 %. Yeddi ay ərzində Türkiyədən Gürcüstana 78,7 milyon dollar köçürülüb.

 

Köçürmələrin əhəmiyyətli dərəcədə artımı həmçinin İsrail, Almaniya, İspaniya və Fransadan da qeydə alınıb.

 

Əks istiqamətdə isə Qırğızıstan, İrlandiya, Kanada və Azərbaycandan olan köçürmələrin vəziyyəti dəyişib. Qırğızıstandan köçürmələr 32,4 % azalaraq 37,8 milyon dollar təşkil edib. İrlandiyadan 35,2 milyon dollar daxil olub ki, bu da 13,3 %-lik azalmadır. Kanadadan köçürmələrin həcmi 3 % azalaraq 15,3 milyon dollara, Azərbaycandan isə 3,4 % azalaraq 22,9 milyon dollara düşüb.

 

2026-cı ilin yanvar-iyul aylarında Gürcüstanda pul köçürmələrinin ümumi həcmi 2,255 milyard dollar təşkil edib ki, bu da illik 9,9 %-lik artım deməkdir. Köçürmələrin böyük hissəsi ABŞ, İtaliya, Rusiya, Almaniya və İsrailin payına düşüb.