2024-cü il 18 marta olan vəziyyətə görə, Gürcüstanda ümumilikdə 860918 nəfərin elekton və qeyri-elektron şəxsiyyət vəsiqəsi və pasportu yoxdur. Onlardan 691387-si azyaşlı, 169531-i isə yetkinlik yaşına çatmışlardır. Bu barədə Dövlət Xidmətlərinin İnkişafı Agentliyinin məlumatında qeyd olunub.
Qeyd etmək lazımdır ki, aktiv elektron şəxsiyyət vəsiqələrinin sahibi olan Gürcüstan vətəndaşlarının sayı 3138447 nəfər təşkil edir. Gürcüstan pasportuna sahib olan, ancaq şəxsiyyəti təsdiq edən digər sənədləri olmayanların sayı 402347 nəfərdir. Gürcüstanın elektron şəxsiyyət vəsiqəsinin 18 yaşlı şəxslər üçün 10 illik müddəti var. 18 yaşa qədər şəxlsər üçün isə 4 illik müddətə verilir.
Maraqlıdır ki, 2019-cu ilin 26 dekabrından 2024-cü ilin 18 martına qədər Gürcüstan vətəndaşlarına 3238 qeyri-elektron şəxsiyyət vəsiqəsi (1 aylıq/inanca görə) verilib.
Məlumat üçün bildirək ki, Gürcüstan vətəndaşı 14 yaşına çatdıqdan sonra 6 ay ərzində elektron şəxsiyyət vəsiqəsi almağa borcludur. Qanuni nümayəndə arzu edərsə, hətta 14 yaşına çatmamış şəxslər üçün də Gürcüstan vətəndaşının elektron şəxsiyyət vəsiqəsini hazırlamaq mümkündür.
Mənbə: bm.ge