Gürcüstan hökumətinin qərarı ilə dövlət dili imtahanının keçirilmə qaydası təsdiq edilib.
Test imtahanı dövlət dilini bilmə səviyyələrinə (A1, A2, B1, B2, C1) uyğun olaraq keçiriləcək. Qeydiyyatdan keçən hər kəsin imtahanda iştirak etmək hüququ var.
Qeyd edək ki, imtahan ildə bir neçə dəfə keçirilə bilər, qeydiyyat isə 50 laridir.
İmtahanın keçirilməsinə Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyi rəhbərlik edəcək, imtahanın keçirilməsini isə mərkəz təmin edəcək.
Mərkəz müraciət etdiyi halda ümumtəhsil müəssisəsi və təhsil resurs mərkəzləri qeydiyyat və imtahanın keçirilməsinə dəstək olacaq şərait yaratmalıdırlar.
“Mərkəz müraciət etdiyi halda dövlət tərəfindən təsis edilmiş təhsil müəssisəsi imtahanı və imtahandan əvvəl yoxlayış testinin keçirilməsi üçün onun istifadəsində olan binaların və ya binadakı lazımi sahənin ayrılmasını təmin etməlidir” – qərarda deyilir.
Mənbə: etaloni.ge