Son üç ildə yetklinlik yaşına çatmamış məhkumların sayı 75 % artıb (2022-ci ildə bu göstərici 251 idi, 2024-cü ildə isə 440). Azadlıqdan məhrum edilmiş yeniyetmələrin sayı 78 % artıb. 2022-ci ildə 79, 2024-cü ildə isə 141 yeniyetmə azadlıqdan məhrum edilib. Göstəriciləri Ali Məhkəmənin məlumatlarına istinadən Milli Statistika Xidməti yayıb.
2024-cü ildə qəsdən adamöldürməyə görə 5 yeniyetmə azadlıqdan məhrum edilib. Onlardan 1-i qız, 4-ü oğlandır. Bu göstərici 2023-cü illə müqayisədə (9 məhkum) azalıb və 2022-ci ilin göstəricilərinə bərabərdir (5 məhkum).
Son 3 ildə yetklinlik yaşına çatmamış şəxslər tərəfindən törədilmiş oğurluq faktları mühüm dərəcədə artıb. 2022-ci ildə oğurluğa görə 145 yeniyetmə məhkum edilib. Onlardan 143-ü oğlan, 2-si qızdır. 44 yeniyetmə azadlıqdan məhrum edilib.
2023-cü ildə oğurluğa görə məhkum edilmiş 258 yeniyetmədən (22 qız, 236 oğlan) 62 nəfəri həbs olunub, 2024-cü ildə 270 məhkumdan (25 qız, 245 oğlan) 245 yeniyetmə azadlıqdan məhrum edilib.
2024-cü ildə zorlama cinayəti ilə bağlı 5 yeniyetmə məhkum edilib, onların hamısına həbs cəzası verilib.
Mənbə: edu.aris.ge