Milli Statistika Xidmətinin məlumatına görə, 2024-cü ilin 1 yanvarına olan vəziyyətə əsasən Gürcüstan əhalisinin 61 %-i şəhərlərdə yaşayır. Tbilisi şəhərinin əhalisi ümumi əhalinin üçdə birini təşkil edir.

 

Regionlara görə əhalinin sayı aşağıdakı kimidir:

 

• Tbilisi şəhəri – 1258 milyon;

• İmereti – 442 min;

• Kvemo Kartli – 436 min;

• Acara Muxtar Respublikası – 363 min;

• Kaxeti – 299 min;

• Sameqrelo-Zemo Svaneti – 287 min;

• Şida Kartli – 244 min;

• Samtsxe-Cavaxeti – 142 min;

• Quriya – 101 min;

• Raça-Leçxumi və Kvemo Svaneti – 26 min.

 

Milli Statistika Xidmətinin göstəricilərinə görə, 2024-cü ilin 1 yanvarına olan vəziyyətə əsasən Gürcüstan əhalisinin sayı 3 694 600 nəfər təşkil edib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,1 % azdır.

 

Məlumatda həmçinin Gürcüstanda gözlənilən ömür uzunluğunun 75 yaşa qədər artdığı da qeyd edilib.

 

Bildirilib ki, 2023-cü ildə ötən illə müqayisədə bu rəqəm 1,3 vahid artaraq 75 yaşa çatıb. Ömür uzunluğu kişilər üçün 70,6 yaş, qadınlar üçün isə 79,4 yaş təşkil edib.

 

Əhalinin əmək qabiliyyətli yaş həddi 15-64 yaş təşkil edib ki, bu da ümumi əhalinin 64,3 faizi deməkdir.

 

Ölkə əhalisinin 19,5 faizi 0-14 yaş arasında, 64,3 faizi 15-64 yaşında, 16,2 faizi isə 65 yaşdan yuxarı olanlardır.

 

Mənbə: bpn.ge