(əvvəli burada)

Düşünürəm ki, bir az qəribə yanaşmadır. Birincisi, Xoca Nəsrəddinin XIII əsrdə yaşayıb-yaşamaması bu günə qədər müəyyən edilməmişdir. Qəti bir iddia deyil, belə bir fərziyyə V.Qordlevskinin qəti təsdiqlədiyi deyimi deyil, bu cür gümanı vardır. Onda biz hər şeydən əvvəl Xoca Nəsrəddin dövrünün cəmiyyətinin personifikasiyasını, onun ləyaqətini və dünyagörüşünü yaxşı tanımalı və formalaşdırmalıyıq. Yalnız bundan sonra onların ləyaqətindən danışmaq olar, bu da bir növ çətindir. Əks halda, biz tədqiqatçının şəxsi, subyektiv intuisiyası ilə məşğul oluruq ki, bu da bizə obyektiv həqiqəti müəyyən etməyə kömək edə bilməz. Şükrü Kurqan mətnşünaslıq axtarışında daha da irəli gedərək Xoca Nəsrəddinə aid olmayanı qətiyyətli avazla təsdiq edir.

 

1. Öz lətifələrində sərxoş və ya şərab içdiyi görünmür.

 

2. O, lətifələrində səfeh və axmaq görünmür, ancaq narahatçılıqlardan qurtulmaq üçün bu yola əl ata bilər.

 

3. Onun var-dövlətin, qulların və kənizlərin sahibi kimi təqdim etdiyi lətifələr ona aid deyil, çünki o, bütün ömrünü yoxsulluq içində keçirmişdir.

 

4. Onun lətifələrində həyasızlıq, vicdansızlıq, qadına xəyanət yoxdur.

 

5. Xocanın xəsislik etdiyini  əks etdirən lətifələr ona aid deyil.

 

6. Onu fiziki cəhətdən güclü insan, mərd, çevik gənc kimi təsvir edən lətifələr də ona aid deyil.

 

7. Onu hiyləgər, ikiüzlü, acgöz insan kimi təsvir edən lətifələr onun deyil.

 

8. Xocanı fiziki gücə malik insan kimi göstərirsə, bu fikir ona aid deyil.

 

9. Sufizmin, Əzəlin və Əbədin inkarını təsvir edən lətifələr, bu cür mövzular ona aid deyil.

 

10. Onun lətifələri geniş deyil (Kurgan Ş., “Nasreddin Hoca Uzerine”, Vol. I. Uluslararası Türk Folklor Semineri Bildirileri, Ankara, 1974, s. 131-133).

 

Bəs bu xeyirxah insan – Nəsrəddinə qarşı nə deyilir? O, öz təxəyyülündə Xocanın müsbət portretini yaratmış və sonra bu portretə uyğun olaraq, müşahidələrinə görə, Nəsrəddinə aid olmamalı olan lətifələri çeşidləmiş və seçmişdir. Yuxarıda müzakirə olunan məsələ ilə bağlı başqa nöqteyi-nəzərlər də var ki, onlara diqqət yetirməkdən əl çəkməyəcəyəm. Amma burada vurğulayacağam ki, bu problem ən akademik şəkildə folklorun ümumi quruluşuna dərindən bələd olan Pertev Naili Boratav tərəfindən müzakirə olunur. Tədqiqatçı Xoca Nəsrəddinin şəxsiyyətini subyektiv təsəvvürə gətirən araşdırmaçıların aktuallığını açıq şəkildə göstərir. Sonra isə öz təxəyyüllərinə uyğun olaraq lətifələrin müəllifinin müəyyənləşdirilməsini ayırd edirlər. Bəziləri Nəsrəddini ideal, savadlı, alicənab və nəcib bir şəxsiyyət, bəziləri isə onu sosiologiyanın və türk xalqının adət-ənənələrinin qüsursuz bilicisi hesab edir və bu yanlış təsəvvürə, fərdi subyektiv baxışlara uyğun olaraq, bəzi lətifələri Xocanın şəxsiyyətinə layiq hesab etmirlər. Xalqar arasında yayılan lətifələri toplayıb bəzilərini kəsib-doğrayırlar, bəzilərini rədd edirlər. Naili Pertev haqlı olaraq belə bir işi və səyi puç iş olaraq hesab edir. Onun haqlı fikrinə görə, Xoca Nəsrəddin tipoloji ikonadır, yəni folklorda müxtəlif zaman və situasiyalarda (kontekstdə) yaradılmış tipi (sifəti) öz personasında birləşdirən şəxsdir (Boratav P.N., Nasreddin Hoca, Edebiyatçılar Derneǧi, Ankara, 1996, s. 52).

 

Qısası, lətifələrə görə, Naili Boratav Xocanı iki fərqli, bir-birinə zidd tip kimi təqdim edir: Müəyyən lətifələrdə Xoca sağlam düşüncəli, iti dünyagörüşlü və uzaqgörən, aydın düşüncəli, hazırcavab, mahir söz sahibidir. Digər lətifələrə görə, o, ətrafdakılara axmaq mimika ilə gülən, cəfəngiyatla dolu, çaşqın (səpələnmiş) söhbətlə gülən zarafatcıl rolunda görünür (Elə orada, səh. 47).

 

Gülüşü (ironiyanı) özünə silah seçmiş qəhrəmana bu ikiüzlülük yad deyil.

 

Yuxarıda qeyd etdim ki, komizm, istər, yaramazlıq, yamanlıq üzərində qurulan gülüş (Aristotel) və ya da başqa filosofların (Şopenhauer, Spenser...) fikirlərini ümumiləşdirsək, gülüş mənfi dəyərlər üzərində “qələbənin əks-sədasıdır” (Карасев Л.В., Парадокс о смехе, Квинтэссенция, философский альманах, М., 1990, стр. 342).

 

Elə burada unutmaq olmaz ki, ümumiyyətlə, gülüş paradoksal xarakter daşıyır, çünki onu doğuran səbəbdən o danışmır (Elə orada, səh. 344). Bu məsələləri müzakirə edərkən gülüşün müxtəlif spektrlərdə keçidliyini və öz təbiəti ilə fərqli olduğunu da nəzərə almalıyıq. Onun müxtəlifliyi mövcuddur: “xeyirxah”, “qayğısız”, “nəvazişli'” və s. Hər halda əsası odur ki, o, subyektiv xarakter daşıyır və qavrayanın təbiətindən çox asılıdır: Komik kontekstə görə biri ürəkdən gülür və qəhqəhə çəkir, digəri isə heç də gülmür! Bu, artıq estetik qavrayışın mətndən kənar sahəsidir ki, burada da obyektiv əsası və ya “qızıl ortanı” qurmaq, demək olar ki, qeyri-mümkündür, çünki o, insanın psixo-bioloji təbəqəsinin öyrənilməsini tələb edir, bu da, mənim tədqiqatımın mövzusu deyildir, digər sahələrdən olan tədqiqatçıların müşahidə və tədqiqatını tələb edir.

 

Amma elə burada qeyd etməliyəm ki, məqsədyönlü gülüş zamanı yaradıcı obyektiv mövcud olan şərdən xəbərdar olur, onu istehza ilə məzəmmət edir, onu havaya sovurur, halbuki o, şərə (yaramazlığa) cavab verdiyi üçün özünün böyüklüyünü yüksəltdiyini zənn edir. Çünki şərə xeyirxahlıqla və gülüşlə cavab verir. Və bu hiss ona ayağa qalxdığını, rəqibinə qalib gəldiyini hiss etdirir. Digər tərəfdən, gülüş insanın öz “mən”inə yönəlir, özü özünə məzəmmət edir, gülür və bu kontekstdə “mən”i dərk edir: “Komik qiymətləndirmənin ən yüksək səviyyəsi kimi, buna ancaq özündən yuxarı qalxmağı, özünə kənardan mənəvi və intellektual həyəcanla baxmağı bacaran, “mən”i başqası kimi qəbul edə bilən kimsə nail ola bilər” (Elə orada, səh. 364).

 

Bütün yuxarıda deyilənlərdən sonra Xoca Nəsrəddinin axmaq kimi göründüyü lətifələri nəzərə alsaq, onun özünüdərkə yüksəlmiş, öz “mən”inə yönəlmiş ironiya ilə mənəvi kamilliyi paylaşan bir insan olduğunu düşünməliyik. Hesab edirəm ki, belə bir nöqteyi-nəzər tamamilə istisna olunmur, amma şəxsən mən Xoca Nəsrəddinin türk xalqı tərəfindən ümumən xalq yaradıcılığı dünyasını səciyyələndirən ikili xarakterli bir qəhrəman kimi yaradılmasını daha inandırıcı hesab edirəm. Və bir qayda olaraq, iki ölçüdə təqdim olunur: Bir tərəfdən müdrik, iti və zirək deyil, həm də öz çevikliyi ilə rəqibini məğlub edib gülüş doğurur. Digər tərəfdən, o, bizə axmaq kimi görünür və öz kütlüyü ilə həm də oxucuda və ya dinləyicidə gülüş yaradır. Onu da unutmaq olmaz ki, folklorda yeganə silahı gülüş olan komediya aktyoru ideal, qüsursuz obraz kimi göstərilmir, şəxsiyyət kimi qüsurlarla, açıq və tünd cizgilərlə müşaiyət olunur. Bir sözlə, Xoca Nəsrəddin insan acizliyindən, axmaqlığından xilas ola bilməyən təbii insandır. Bunu xalqın müdrikliyi də yaxşı bilir ki, bir lətifə aydın şəkildə Xocanın bir taciri, bir qazini necə aldadıb məsxərəyə qoymasından bəhs edildiyini göstərir. Bu sonuncu Xocaya hücum etdi: “İnsan səni başa düşə bilməz. İstəsən, elə ağıllısan, üstəlik şeytan adamı aldadarsan, istəsən, öküzdən də sarsaq görünə bilərsən”. Bu zaman Xoca onların arasında durub dedi: “Mən heç də elə böhtan atan deyiləm, – qazıya işarə etdi, “Bu kimi, nə də bunu kimi öküz”, – taciri göstərdi, “Eləcə də mən sizin aranızdayam”. Onun bu cür insanlar haqqında müdrik, sağlam, təbii qavrayışını mühakimə edin. Belə ki, fədakar tədqiqatçılar Xoca Nəsrəddinin hər şeyi bilən, müdrik, əyan və qüsursuz bir şəxsiyyət olduğunu nə qədər sübut etməyə çalışsalar da bu, yalnız hamı tərəfindən tanınan Don Kixotun  mənimsədiyi yel dəyirmanları ilə mübarizə idi. Yeri gəlmişkən, elə burada vurğulayacağam ki, qüsursuzluqdan və sadəlövhlükdən uzaq Don Kixot oxucunun şüurunda ancaq karikaturaya çevrilir.

 

(davamı burada)

Müəllif: Elizbar CAVELİDZE

Gürcü dilindən tərcümə etdi:

Mirzə MƏMMƏDOĞLU